17 may 14:12idman

Türkiyə liderliyi əlimizdən aldı

Türkiyə liderliyi əlimizdən aldı
Dünən daha 10 növdə (futbol, boks, idman gimnastikası, cüdo, atıcılıq, üzgüçülük, tennis, voleybol, su polosu, ağır atletika) mübarizə baş tutdu. Ölkəmizin hesabına daha 9 qızıl, 6 gümüş və 3 bürünc medal yazıldı. Ancaq Türkiyə daha çox çempionluq əldə etdiyindən medal sıralamasında yenidən liderliyi ələ keçirdi. Qardaş ölkə medalların sayına görə də bizi xeyli qabaqlayır.

Yarımfinalçılar müəyyənləşdi
Futbolda qrup mərhələsinə yekun vuruldu. Yığmamız Mərakeşlə qolsuz heç-heçə edərək minimum vəzifəni yerinə yetirdisə, ikinci yarımfinalçı Kamerun oldu. B qrupunda isə Əlcəzair və Oman yarımfinala adladı. Finalın bir addımlığında “Dalğa Arena”da Azərbaycan – Əlcəzair və Kamerun – Oman oyunları keçiriləcək. Bu görüşlər mayın 18-də baş tutacaq.
A qrupu
AZƏRBAYCAN – Mərakeş 0:0, Kamerun – Səudiyyə Ərəbistanı 3:0
1. Kamerun 3 1 2 0 4-1 5
2. AZƏRBAYCAN 3 1 2 0 2-0 5
3. Mərakeş 3 1 2 0 2-1 5
4. Səudiyyə Ərəbistanı 3 0 0 3 0-6 0
B qrupu
Türkiyə - Fələstin 4:3, Oman – Əlcəzair 1:1
1. Əlcəzair 3 2 1 0 4-2 7
2. Oman 3 1 2 0 6-5 5
3. Türkiyə 3 1 0 2 7-8 3
4. Fələstin 3 0 1 2 5-7 1
Fələstindən uğursuz start
Voleybol yarışında daha 4 oyun keçirildi. Dünən yığmalarımız istirahət etdi. Kişilərin yarışında A qrupunda 2, B qrupunda 1 görüş baş tutdu. Daha bir qarşılaşmanın iştirakçıları isə qadınlar oldu.
Kişilər
A qrupu
Türkiyə - Pakistan 3:2 (25:17, 23:25, 26:24, 22:25, 15:11), Türkmənistan – Fələstin 3:0 (25:15, 25:12, 25:13)
1. Türkiyə 3 2 1 8-5 6
2. AZƏRBAYCAN 2 2 0 6-2 5
3. Türkmənistan 2 1 1 3-3 3
4. Pakistan 2 0 2 2-6 1
5. Fələstin 1 0 1 0-3 0
B qrupu
Qətər – Səudiyyə Ərəbistanı 3:1 (25:16, 25:23, 21:25, 25:23)
1. İran 2 2 0 6-0 6
2. Əlcəzair 2 2 0 6-2 6
3. Qətər 3 1 2 4-7 3
4. Mərakeş 1 0 1 1-3 0
5. Səudiyyə Ərəbistanı 2 0 2 1-6 0
Qadınlar
Türkiyə - Qırğızıstan 3:0 (25:10, 25:11, 25:11)
1. AZƏRBAYCAN 3 3 0 9-0 9
2. Türkiyə 3 2 1 6-3 6
3. Qırğızıstan 2 0 2 0-6 0
4. Tacikistan 2 0 2 0-6 0

Türklər millini darmadağın etdi
Su polosunda növbəti 2 oyun geridə qaldı. Səudiyyə Ərəbistanı İndoneziyaya qalib gəldi – 12:6. Yığmamız isə Türkiyə qarşısında aciz qaldı – 2:18.
1. Türkiyə 2 2 0 39-6 6
2. İran 2 2 0 27-16 6
3. Səudiyyə Ərəbistanı 2 1 1 18-17 3
4. AZƏRBAYCAN 3 1 2 21-41 3
4. İndoneziya 3 0 3 17-42 0

Kişilər “qızıl”, qadınlar “gümüş” qazandı
Cüdoda komanda yarışı keçirildi. Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauridən (+100 kq) ibarət kişi komandamız Qırğızıstan (5:0), Türkiyə (3:2) və Özbəkistana (4:1) qalib gələrək finala yüksəldi. Əlcəzairlə görüş gərgin mübarizə şəraitində keçdi. Tərəflər hərəyə 2 qələbə qazandı. Son qarşılaşmada Kokauri rəqibini üstələyərək komandamızın çempionluğunda böyük pay sahibi oldu. Nəzakət Əzizova (52 kq), İçhinkotloo Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq) və İrina Kindzerskadan (+70 kq) ibarət qadın komandamız Özbəkistana 3:2 hesabıyla qalib gələrək finala yüksəldi. Ancaq həlledici görüşdə bütün yığma üzvləri türk həmkarlarına uduzdu ki, belədə komandamız “gümüş”lə kifayətləndi.

Dəqiq atəş
Ruslan Lunyov dünən daha bir “qızıl” əldə etdi. O, 25 metrdən standart tapança ilə atəş açmada 573 xal toplayaraq hamını qabaqladı. Bununla da “qızıl” sayını 3-ə çatdırdı. Qarışıq komanda halında səngər stendində Əli Hüseynli və Aydan Camalovadan ibarət cütlük 43 xalla “qızıl” əldə etdi. Nurlana Cəfərova isə dairəvi stenddə 42 xal yığaraq gümüş medala yiyələndi.

Biri sıradan çıxdı
“Kristal Zal”da keçirilən boks yarışında ilk dəfə yığma üzvü itki verdi. Rüfət Hüseynov (49 kq) iranlı Omid Əhmədisafayla bacarmadı. Tayfur Əliyev (56 kq) mərakeşli Taoufik Kaçfinı texniki nokautla üstələdi. Naxçıvanlı boksçu yarımfinalda özbək Abdulxay Şaraxmatovla qarşılaşacaq. Tamerlan Abdullayev (69 kq) Qətər təmsilçisi Tulasimaraam Tarumalinqama qalib gəldi. Həmyerlimiz final yolunda qazax İlya Oçkinlə döyüşəcək. Məhəmmədrəsul Məcidov (+91 kq) isə misirli Uosri Hafizdən güclü oldu. İkinci raundda rəqib mübarizədən çəkildi. İkiqat dünya çempionu finala çıxmaq üçün iordaniyalı Hüsseyn İaşaişi sıradan çıxarmalıdı. Qeyd edək ki, yarımfinalçılar ən azı bürünc medalı təmin edib.

On medalla yekun
İdman gimnastikasında mübarizəyə yekun vuruldu. Günün ilk sessiyasında kişilər sərbəst hərəkətlər, paralel qollar və halqalarda medalçıları müəyyənləşdirdisə, qadınlar dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda mübarizə apardı. Yığma üzvləri 4 qızıl, 4 gümüş və 2 bürünc medala yiyələndi. Sərbəst hərəkətlərdə Murad Ağarzayev fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Halqalarda Bense Talas yalnız türk İbrahim Çolakdan az xal topladı. Timur Bayramov paralel qollarda 3-cü yeri tutdu. Qadınların müxtəlif hündürlüklü qollarda mübarizəsində Yekaterina Tişkova “gümüş”ü boynundan asdı. Dayaqla tullanmada Marina Nekrasova eyni nəticəni göstərdi. Günün ikinci sessiyasında kişilər dayaqla tullanma, dəstəli at və turnikdə, qadınlar isə sərbəst hərəkətlər və gimnastika tirində çıxış etdi. Bense dəstəli atda və turnikdə bütün rəqiblərini qabaqladı. Dayaqla tullanmanın finalında təmsilçilərimizdən yalnız Ağarzayev çıxış etdi. Ancaq Murad fəxri kürsüdən kənarda qaldı. İnşina sərbəst hərəkətlərdə rəqib tanımadı. Gimnastika tirində isə Nekrasova “gümüş”ə, İnşina “bürünc”ə sevindi.

Maksim yenə fərqləndi
Su İdmanı Sarayında üzgüçülük yarışı davam edir. Maksim Şemberev ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bir gün əvvəl
sərbəst üsulla 1500 metr məsafəyə üzmədə hamını qabaqlayan təmsilçimiz dünən kompleks üzgüçülükdə fərqləndi. O, 400 metr məsafəni 4 dəqiqə 16,56 saniyəyə qət etdi.

İbrahimli rekord qırdı
Dünən 4 qadın ağır atletimiz “körpücüy”ə çıxdı. 63 kq-da Firuzə İbrahimova və Elnarə Abbasova yarışdı. Firuzə birdənqaldırmada 80, təkanlaqaldırmada isə 100 kq-ı ram etdi. Toplamda 180 kq-lıq nəticəylə ilk “5-liy”i qapadı. Elnarə birdənqaldırmada 82, təkanlaqaldırmada isə 102 kq-ı hesabına yazdı. Toplamda əldə etdiyi 184 kq ona bürünc medal qazandırdı. 69 kq-da Fidan Hüseynzadə və Anastasiya İbrahimli mübarizə apardı. Fidan birdənqaldırmada 69, təkanlaqaldırmada 88 kq-ın öhdəsindən gəldi. Hüseynzadə toplamda 157 kq-la 7-ci yeri tutdu. Anastasiya birdənqaldırmada 100, təkanlaqaldırmada isə 119 kq-ı başı üzərinə qaldırdı. İbrahimli toplamda 219 kq-la qızıl medala sahib çıxdı. Anastasiya həm də İslamiada tarixində bu çəkidə həm birdənqaldırmada, həm təkanlaqaldırmada, həm də toplamda rekord yenilədi.
Reaksiyalar
Rüstəm Orucov: “Yarışda 4 komanda ilə qarşılaşdıq. Onların hamısı çox güclü idi. Bütün güclü komandalar bizim qrupa düşmüşdü. Buna baxmayaraq, çempion olduq. Çiynim və qolum əzilmişdi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Az qala ağlayacaqdım. Komanda uduzsaydı, məğlubiyyətin səbəbini özümdə görəcəkdim. Amma şükür Allaha, Uşanqi Kokauri səhvimi düzəltdi və çempion olduq”.
Nicat Şıxəlizadə: “Əlcəzairlə final görüşümüz gərgin mübarizə şəraitində keçdi. Hesab 2:2 idi və son qarşılaşmada Kokauri qələbə sevincini bizə yaşatdı. Çox yüksək səviyyədə hazırlıq keçmişdik”.
Elnarə Abbasova: “Belə nəticəni gözləmirdim və çox sevincliyəm. Əziyyətimi çəkən məşqçilərimə təşəkkürümü bildirirəm və qarşılarında baş əyirəm. Yarış zalında göz yaşlarımı saxlaya bilmədim. Bu, sevinc göz yaşları idi”.
Anastasiya İbrahimli: “4-cü İslam Həmrəyliyi Oyunları çox yaxşı təşkil olunub. Ölkə prezidentinə və federasiyamızın rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün qazandığım qızıl medal həm mənim, həm də məşqçimin zəhmətinin nəticəsidi. Allaha şükürlər olsun ki, yarışda iştirak etdim və medal qazandım. Buna görə çox sevinirəm”.
Hafiz Süleymanov: “Yarış zamanı Anastasiya İbrahimlidən daha çox mən həyəcanlandım. İdmançı olduğum üçün həmin hisslərin nə olduğunu yaxşı bilirəm. Anastasiya gözlədiyimdən də yaxşı çıxış etdi. Bir sözlə, əziyyətimizin bəhrəsini gördük. Bu qızıl medalı prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Ağır Atletika Federasiyasının başqanı Cahangir Əsgərova və vitse-prezidenti Tofiq Heydərova həsr edirəm. İnşallah, qələbələrimizin davamı gələr”.
**
Medal sıralaması
1 2 3 4 5 6
1. Türkiyə 35 31 26 92
2. Azərbaycan 33 23 12 68
3. Özbəkistan 6 6 18 30
4. İndoneziya 5 13 14 32
5. İran 5 8 11 24
6. Əlcəzair 4 9 11 24
7. Misir 3 2 5 10
8. İordaniya 3 0 2 5
9. Türkmənistan 1 2 2 5
10. Qətər 1 1 4 6
11. Banqladeş 1 1 0 2
12. Qırğızıstan 1 0 3 4
12. Tunis 1 0 3 4
14. Səudiyyə Ərəbistanı 1 0 1 2
15. Pakistan 0 2 2 4
16. Suriya 0 1 2 3
17. Oman 0 1 1 2
18. Qazaxıstan 0 0 2 2
19. Kot d’İvuar 0 0 1 1
19. Kamerun 0 0 1 1
19. İraq 0 0 1 1
19. Livan 0 0 1 1
19. Mərakeş 0 0 1 1
19. BƏƏ 0 0 1 1
Qeyd: 1 – sıra nömrəsi, 2 – ölkə adı, 3 – qızıl, 4 – gümüş, 5 – bürünc, 6 – cəmi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar