17 may 13:55idman

Pula görə yarışanlar, hakim səhvləri və haqsızlıqlar...

Pula görə yarışanlar, hakim səhvləri və haqsızlıqlar...
Asif Məlikov: “Haqqa, ədalətə, düzgünlüyə qiymət verək”

Hazırda idman dünyasının diqqəti Bakıya yönəlib. Bəli, paytaxtımızda 4-cü İslam Həmrəyliyi Oyunları (İHO) keçirilir. İHO-nun ölkəmizdə keçiriləcəyi dəqiqləşən gündən istər idman mediası, istər idmançılar, istərsə də sadə insanlar bu yarışla bağlı müxtəlif fikirlər səsləndirdi. Bəziləri turnirin keçirilməsini böyük uğur saydı, bəziləri isə bu layihəni göylərə üfürülən pullar kimi qiymətləndirdi. Düzünü desəm, mən də ikincilər kimi düşünənlərdənəm. Ölkənin ağır iqtisadi durumunda İHO-ya xərclənən və rəqabətsiz medal qazanan idmançılara paylanacaq milyonlarla manatın böyük biabırçılıq olduğunu düşürəm. İdmançıların da uğurlarına qəti sevinmirəm. Maşallah, medal əlindən tərpənmək olmur. El arasında medalla bağlı məsəllər də yaranıb. Deyirlər ki, İslamiadada medal o qədər çoxdu ki, idmançıları yarış yerlərinə aparan avtobus sürücülərinə də paylayırlar. Zarafat deyil, Olimpiadada 18 medal həddini keçə bilməyən idmançılarımız bir günə İHO-da 22 medal qazanıb. Bu da yarışın nə qədər aşağı səviyyəli və rəqabətsiz olmasından xəbər verir, idmançılarımızın gücündən, səviyyəsindən yox. İHO-da daha bir sıra maraqlı məqamlar yaşanıb ki, onları sizlərə ayrıca çatdırmağı lazım bildik. Odu ki, başlayaq.
Asif Məlikov haqsız atlet seçimini qabartdı
Müzakirələrə səbəb olan idman növlərindən biri də ağır atletikadı. Bəli, burda problem çəki dərəcələri ilə bağlıdı. Ağıq atletika millimizin sabiq üzvü, mütəxəssis Asif Məlikov özünün “feysbuk” səhifəsində yazıb ki, 62 kq çəki dərəcəsində İHO-ya idmançı seçimi zamanı haqsızlığa yol verilib: “Bu çəki dərəcəsində ölkəmizi Allahyar Abışov təmsil etdi. O, birdənqaldırmadan 117 kq, təkanlaqaldırmada isə 135 kq nəticə göstərdi. Bu, toplam 252 kq deməkdi. Bu nəticə ilə Allahyar 10 idmançı arasında 8-ci oldu. İki həftə öncə “AAAF Park”da gənclər arasında keçirilən Azərbaycan birinciliyində 62 kq çəki dərəcəsində Məmməd Məmmədli çempion adını qazanmışdı. O, birdən 123 kq, təkanla isə 148 kq nəticə göstərmiş, ümumilikdə 271 kq toplamışdı. Təəssüf ki, bu cür idmançı bizə müəmmalı, qalmaqallı və qaranlıq səbəblərdən İHO-dan kənarda qaldı. Yəni Məmmədlinin yarışlarda iştirak etməsinə süni manelər yaradıldı. O, İHO-da iştirak etsəydi, ən azı bürünc medal qazanardı”. Asif bəy bildirir ki, Məmməddin kənarda qalmasında dopinqdən söhbət gedə bilməz: “Buna çox təəssüflənirəm. Bu gün ağır atletika üzrə Azərbaycan yığmasının məşqçilər heyəti də təsdiqləyir ki, Məmməddə dopinq yoxdu. Bu yarışda iştirak onun haqqı idi. Bütün haqsızlıqlara son qoymağa çalışmalıyıq. Dünya və Avropa çempionatlarının mükafatçısı kimi sizdən xahiş edirəm ki, idmançılarımıza hərtərəfli qayğı ilə yanaşaq. Onlara mənəvi dəstək və ruh verək. Haqqa, ədalətə, düzgünlüyə qiymət verək”.
Açıqlamalardan görünür ki, Məmmədin İHO-da iştirakı kimlərəsə sərf etməyib. Çünki o hansısa əyarda medal qazanıb, müəyyən mükafat alacaqdı. Allahyar Abışovun isə yəqin “day-dayı” var. Amma o, 8-ci yeri tutmaqla “dayı”sının üzünü qızardıb. Məsələ ilə bağlı AAAF-ın baş katibi Rizvan Rəsulovla əlaqə saxladıq. Onun fikirləri belə oldu: “Asif müəllim nə yazıb, bilmirəm. Bu, onun şəxsi fikridi. Bunu mediaya çıxarmağa nə ehtiyac var ki? Seçimlər məşqçilər heyətinin qərarı ilə aparılır. Ölkədə cəmi 1 yarış keçirilmir ki. Qarşıdan xeyli yarış gəlir. Hər bir idmançının özünü sübüt etmək şansı olacaq. Burda seçimlər kiməsə görə aparılmır. Kiminsə “day-day”a görə İHO-ya qatılması mümkün deyil. Hamısı həqiqətə uyğun olmayan söz-söhbətlərdi. Qərar əvvəlcədən verilmişdi. Azərbaycan çempionatında və kubokunda bütün idmançıları izləyirik. Onların ən yaxşılarını seçirik. Məşqçilər heyəti qərar verib, baş məşqçi də təsdiq edib. Heç kimin inciməyə haqqı yoxdu. Burda heç kimin haqqı yeyilməyib”.
Həndbolda hakim təyinatına bəhreynli cavabdehdi
Komanda növlərində hakimliklə bağlı problemlər var, hakim qərarları mübahisə doğurur. Bu mənada həndbolu daha çox fərqləndirə bilərik. Əsas da türklər referilərin işindən narazı qaldı. Belə ki, Türkiyənin qadınlardan ibarət yığması finalda rumın hakimlərin səyləri nəticəsində Azərbaycana uduzduqlarını iddia etdi. Onlar hakimlərin açıq-aşkar millimizə tərəfkeşlik etdiyini dedilər. Buna etiraz əlaməti kimi baş məşqçi jurnalistlərə açıqlama verməkdən imtina etdi. Həmçinin Türkiyənin kişilərdən ibarət yığmasının nümayəndələri də həlledici görüşdə Səudiyyə Ərəbistanına hakimlərin səhvləri səbəbindən uduzduqlarını iddia etdi. Görəsən, hakim təyinatları necə gerçəkləşir? Ümumiyyətlə, İslamiadaya gələn hakimlər necə müəyyənləşib? Bu məsələ ilə bağlı Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri İsgəndər Əsgərovla danışdıq. O, hakimlərin təyinatı məsələsinə heç bir müdaxilənin olunmadığını bildirdi: “İslamiadada hakim təyinatları xüsusi nümayəndənin göstərişi ilə gerçəkləşir. Həmin şəxs Behrəyndəndi. O həmçinin beynəlxalq federasiyanın nümayəndəsidi. Təyinatları o verir. Heç kim buna müdaxilə edə bilməz. Buna görə də bir çox təyinatlardan narazılıq var. O heç kimi yaxın buraxmır. Kimi hara istəyir, ora da təyin edir. İkincisi, bilirsiz ki, meydan sahiblərinə hər yarışda simpatiya olur. Bu normaldı. Bizim istəyimizlə olmur ki. Hər yerdə bu cür hallar var. Bu o demək deyil ki, biz kiminsə başını doldurub oyuna çıxardırıq. Millimiz Türkiyə ilə finalda sona kimi idman ruhunu qorudu və qalib gəldi. Orda hakim bizə simpatiya bəsləmədi. Haqlı qələbə qazandıq. Məğlub olan tərəf hər zaman hakimlikdən gileylənir. Türkiyənin kişilərdən ibarət komandasının Səudiyyə Ərəbistanıyla matçında səhvlər çox idi. Bu səhvlər hər iki tərəfə idi. O hakimlər təcrübəli deyildilər. Hakimlər bəhreynli idilər. Həmin o xüsusi nümayəndə də öz adamlarını təyin edib. Belə hallar olub. Heç kim buna müdaxilə edə bilmir”.
İlham Zəkiyev finala yüksələ bilməməsinin səsbəblərini açıqladı
Paralimpiyaçı cüdoçuların yarışında İlham Zəkiyevə ümidlər böyük idi. Lakin ikiqat paralimpiya çempionu finala yüksələ bilmədi. 100 kq-dan yuxarı çəkidə yarışan 37 yaşlı gözdən əlil idmançı qrup mərhələsində iki görüşündən birində uduzduğu üçün bürünc medal görüşündə çıxış etdi və qalib gəldi. Qarşılaşmadan sonra isə Zəkiyev haqsızlıqdan gileyləndi. Bildirdi ki, rəqibi tam görürmüş. Üstəlik, o, naməlum səbəbdən püşkatmanın nəticələrinin dəyişdirildiyini iddia edir. Məsələ ilə bağlı özünü danışdırmağı lazım bildik: “Finala çıxa bilməməyimin əsas səbəbi zədələrim idi. İstədiyim vaxt məşq edə bilmirdim. Dizlərim və qolumda zədələr var. Bundan əlavə, mənə qarşı hakimlərin də haqsızlığı oldu. Ona cərimə xalı verilməli olduğu halda, mənə verildi. Birincisi, mən özbək idmançı ilə görüşməliydim. Lakin naməlum səbəblərdən iranlı ilə qarşılaşdım. Onu məğlub etdim, arada heç 5 dəqiqə fasilə olmamış özbəkistanlı idmançı ilə görüş üçün tatamiyə çıxmalı oldum. Yəni hazır deyildim. Amma narazı deyiləm. Medalsız qalmadım. Türkiyəli idmançı Dursun Hayrana qalib gəldim və bürünc medal qazandım. Bütün kateqoriyanın eyni yarışa salınması doğru deyil. Mən B1 kateqoriyadanam. Yəni heç görmürəm. Bura B2 və B3-ü də qoşurlar. Bu haqsızlıqdı. Bu yarışda B1 kateqoriyasına aid yalnız mən idim. Qalanları nisbətən yaxşı görənlər idi. Bunu ədalətsizlik sayıram”.
Kifayət Qasımova pula görə karyerasını bərpa edib?
İslamiadada digər maraqlı məqam idmançılara verilən mükafatla bağlıdı. İddialar var ki, rəqabət aşağı olduğundan, burda hər kəs medal qazana, pul mükafatına sahib çıxa bilər. Hətta karyerasını bitirmiş idmançılar da pula görə yenidən idmana qayıdır. Belə idmançılardan biri də cüdoçu Kifayət Qasımovadı. 2014-cü ilin fevralında Kifayət xanım publika.az saytına açıqlamasında bildirmişdi ki, karyerasını Rio-2016-dan sonra bitirəcək. Amma o, bunu daha tez etdi. Hələ 2016-cı ilin yanvarında karyerasını bitirdiyi məlum oldu. Xanım cüdoçu idmandan uzaqlaşmış, karyerasında ard-arda sıralanan uğursuzluqlar onu idmandan soyutmuşdu. Lakin çox keçmədi ki, Qasımova İslamiadaya görə karyerasını bərpa etdi və ikinci yeri tutdu. Əldə etdiyimiz məlumata görə, Kifayət xanım İHO-da əldə etdiyi mükafatla özünə ev almaq istəyir. Hətta finala qədər irəliləyib, orda uduzacağını da öncədən bilirmiş. Özü isə iddialara belə cavab verdi: “Mükafata görə karyeramı yenidən bərpa etməyim haqda yayılan xəbərlər doğru deyil. Bu heç də yaxşı səslənmir. Heç vaxt konkret deməmişəm ki, karyeramı bitirmişəm. Müsahibələrimdə bildirmişəm ki, İHO-dan sonra keryeramla bağlı qərar verəcəm. Yəni bitirmək fikrim var. Dizimdə ciddi zədə var idi. Bu üzdən uzun müddət məşq edə bilmədim. Kölgədə qalmışdım. Fikrimdə var idi ki, İHO-ya kimi zədəni tam sağaldım. Bunu da bacardım. Düzdü, İslam ölkələrində ciddi rəqiblər yoxdu. Artıq 15-20 ildi güləşirəm. Bütün rəqibləri tanıyıram. Avropa və Asiya ölkələrində güclü rəqiblərim var idi. Amma İHO-da yox. Hər zaman karyeramı zirvədə bitirmək istəmişəm. Avropa Oyunlarında çiynim zədələndi. Orda güclü rəqiblər də çox idi. Bu üzdən yer tuta bilmədim. 2 il əvvəldən İslamiadanın olacağını bilirdim. Sırf qələbə və medalla karyeramı bitirmək üçün bu yarışda iştirak etmişəm. Onda pul mükafatından xəbər yox idi. Bunu yeni açıqlayıblar. Bu xəbəri Atletlər Kəndində yerləşəndən sonra bizə deyiblər. Yəni qayıtmağımın mükafata heç bir aidiyyatı yoxdu. Bunu hamı bilsin”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar