18 dek 17:14idman, manset

Rüstəm Orucov: “Sportinq”lə yeni hədəfə doğru

Rüstəm Orucov: “Sportinq”lə yeni hədəfə doğru
Olimpiadanın gümüş medalçısı Rüstəm Orucov bu gün Çeçenistanın paytaxtı Qroznıda keçiriləcək “Qızıl liqa” turnirində iştirak edəcək. Klublar arasında keçiriləcək yarışda 73 kq-da çıxış edən cüdoçumuz “Sportinq”in şərəfini qoruyacaq. Xatırladaq ki, yığmamızın lideri ötən il Portuqaliya klubunun tərkibində bürünc medal qazanmışdı.
Cüdodan söz düşmüşkən, dekabrın 22-23-də Bakı İdman Sarayında böyüklər arasında ölkə çempionatı keçiriləcək. Birincilikdə ölkənin ən güclü kişi və qadın cüdoçuları da mübarizə aparacaqlar. Çempionatın təntənəli açılış mərasimi dekabrın 22-si saat 17.00-da başlayacaq. Qaliblər millinin növbəti təlim-məşq toplanışına dəvət olunacaq.
Karateçilərimiz Olimpiadaya necə yollana bilər?
Beynəlxalq Karate Federasiyası (WKF) Tokio-2020 ilə bağlı bəzi detalları açıqlayıb. Əvvəlcə onu nəzərinizə çatdıraq ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış arenalarını müəyyənləşdirib. Növbəti Olimpiadada bu növ üzrə yarış Tokionun Nippon Budokan aresnasında keçiriləcək. Budokan Yaponiyada karatenin və digər döyüş idman növlərinin mərkəzi sayılır. Bu arena təsadüfən seçilməyib. Karateçilərin sevimli məkanı sayılan Budokanda 1970-ci ildə karate üzrə ilk dünya çempionatı keçirilib.
Xatırladaq ki, Tokio Olmpiadasında iştirak etmək üçün kişilərdə 60 və 67, eləcə də 84 və +84 kq birləşdiriləcək. Qadınlarda 50 və 55, 68 və +68 kq-da çıxış edənlər vahid kateqoriyada yarışacaq. Beləliklə, kişilər kumitedə 67, 75 və +75 kq-da, qadınlar isə 55, 61 və +61 kq-da mübarizə aparacaq. Həmçinin kataçılar Tokioda tatamiyə çıxacaq. Hər çəkidə, o cümlədən katada 10 idmançı mübarizə aparacaq. Olimpiadada komanda yarışları keçirilməyəcək. Olimpiya təsnifatına gəlincə, WKF-in reytinq cədvəlinə əsasən dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında WKF tərəfindən bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə isə karatenin zəif inkişaf etdiyi ölkələrə “güzəştli kart” prinsipi ilə təqdim olunacaq. Avropa və dünya çempionatlarının medalçıları Olimpiadaya birbaşa vəsiqə qazana bilməsələr də, onların nəticələri reytinqlərinə müsbət təsir edəcək.
Karate həmçinin BOK İcraiyyə Komitəsinin qərarı ilə 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil edilib. Argentinanın paytaxtı Buenos-Ayresdə həmin il oktyabrın 1-12-si aralığında keçirilməsi nəzərdə tutulan bu yarışın detalları isə yaxın müddətdə bilinəcək.
Bəs yığma üzvlərinin hazırki reytinqi necədi? Bu baxımdan ən yaxşı durumda olan İrina Zaretskadı. Ukraynalı legioner 68 kq-da reytinqdə ilk “3-lüy”ü qapayır. Başqa qadın karateçilərimizin reytinqi yüksək deyil. Nuranə Əliyeva (50 kq) 28-ci, İlahə Qasımova (55 kq) 57-ci, Fəridə Abıyeva (61 kq) 56-cı, Fəridə Əliyeva (+68 kq) isə 53-cü pillədə qərarlaşıb. Bu yaxınlarda “milliləşdirilən” slovakiyalı kataçı Dorota Baltsiarova 14-cü yerdədi. Kişilərə gəlincə, kataçı Roman Heydərov ilk “20-liy”i qapayır. Kumitedə Firdovsi Fərzəliyev (60 kq) 7-ci, Niyazi Əliyev (67 kq) 12-ci, Rafael Ağayev (75 kq) 4-cü, Ayxan Mamayev (84 kq) 4-cü, Şahin Atamov (+84 kq) isə 6-cı pillədə qərarlaşıb.
Rza Əliyev “birinci” oldu
Azərbaycanın gimnastika tarixində ilk dəfə kişi idman gimnastikası üzrə hakim Rza Əliyev Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş qitələrarası hakimlik kurslarında iştirak edərək ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə edib. Bu kateqoriya qarşıdakı 4 ildə qüvvədə qalacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar