11 may 19:09idman

Tomaş Ayan indi ölkəmizi müdafiə edir

Tomaş Ayan indi ölkəmizi müdafiə edir
“Niyə biz bu adamlara cəza verək?”

Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov Çexiyanın paytaxtı Praqada bu ölkənin müvafiq federasiyası tərəfindən təşkil olunan simpoziumda iştirak edib. Tədbirə Avropa və Asiya ölkələrindən olan 15-dən çox federasiyanın prezident və baş katibləri qatılıb. Müzakirələrdə Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) prezidenti Tomaş Ayan da iştirak edib. Gündəlikdə bir neçə məsələ olub. Onların arasında mayın sonunda Taylandın Banqkok şəhərində keçiriləcək ali qurumun prezident seçkiləri, dopinqlə mübarizə, ağır atletika avadanlıqlarındakı yeniliklər, məşqçilər, hakimlər və texniki rəsmilər üçün seminarların keçirilməsi, ağır atletikanın inkişaf etmədiyi, 3-cü dövlətlər adlanan ölkələrə yardım proqram-layihələrinin müzakirəsi, ağır atletikanın maddi təminatının yaxşılaşdırılması məqsədilə marketinq fəaliyyətinin genişləndirilməsi və başqa mövzular olub. Yetərincə məqsədəuyğun, gündəmlə üst-üstə düşən və müzakirəsi vacib olan məsələlər olduğundan simpozium maraqlı müzakirə və çıxışlarla yadda qalıb. Gündəlikdən kənara çıxılan yeganə məsələ isə Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunları, bu yarışın hazırlıq prosesi olub. İWF prezidentinin xahişiylə AAAF-ın baş katibi bu haqda geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan İslamiadaya böyük dəyər verir və onun ən yüksək səviyyədə təşkili üçün əlindən gələni edir, xırdalıqlardan tutmuş bütün detallara xüsusi diqqət yetirilir, qonaqların rahatlığı, məşq, yarış və istirahət şəraitinin maksimum yaxşı olmasına çalışılır. Ağır atletika yarışının təşkili haqda da məlumat verən Rəsulov iştirakçı dövlət və atlet sayı, onların yerləşmə, qidalanma, məşq və yarış sistemi, istifadə olunacaq avadanlıqlar, könüllülərin inteqrasiyası, nəqliyyat məsələləri, hakimlər və texniki rəsmilərin iş fəaliyyəti üçün şəraitin yaradılması və başqa işlərlə bağlı danışıb. Məruzə böyük razılıqla qarşılanıb, məmnunluq ifadə edilərək, təşkilatçılara təşəkkürlərin çatdırılması istənilib. Asiya Ağır Atletika Federasiyasının baş katibi Cəlud Məhəmməd Həsən də çıxış edərək, İslam Oyunlarının Təşkilat Komitəsi ilə sıx əlaqədə olduğunu, görülən işlərin ən yüksək səviyyədə qurulduğunu təsdiqləyib. Daha sonra Tomaş Ayan çıxış edib. O, ilk olaraq dopinqlə mübarizə məsələlərinə toxunub. İWF rəhbəri Türkiyə, Qazaxıstan, Belarus, Moldova, Azərbaycan, Rusiya və başqa güclü ağır atletika ölkələrinin cəzalandırılma məsələsinin gündəmdə olmasını qeyd edib, ancaq bu durumdan narazılığını ifadə edib. Ayan bildirib ki, bu ölkələr ağır atletikanın inkişafında böyük rol oynayır və bir rəhbər olaraq bu cəzaların olmaması üçün mübarizə aparır. Federasiya prezidentinin sözlərinə görə, cəza almağa namizəd ölkələrdə böyük işlər aparılır, təşkilati strukturlarda dəyişikliklər edilib, inkişaf üçün lazımi addımlar atılır. O, dopinqə qarşı ciddi mübarizə aparıldığının canlı şahidi olduğunu dilə gətirib. Hətta Ayan ölkəmizi nümunə kimi də göstərib: “Ötən il Azərbaycanda oldum, ordakı həm böyük (“AAAF Park”dakı mərkəzi baza), həm də kiçik akademiyanı (liseyi) da gördüm. Onların qurduğu işləri, təlim-məşq bazalarını, infrastrukturunu, qidalanma, təhsilalma yerlərini, həmçinin Şüvəlandakı akademiyanı gördüm. Bu insanlar ağır atletikanı sevir və onun inkişafı üçün kifayət qədər böyük vəsait sərf edirlər. Belə olan halda niyə biz bu adamlara cəza verək, hətta bunu gündəmdə belə saxlayaq? Dövlətlərin bu idman növünə münasibəti, fikirləri, baxış bucağı dəyişirsə, yenidənqurma edirlərsə, maddi-texniki bazanı təkmilləşdirirlərsə, dopinqə qarşı ciddi mübarizə aparırlarsa, biz onların tərəfində olmalı, bu məsələlərdə dəstək olmalıyıq”.
İWF ilə sıx əlaqələrin qurulduğunu qeyd edən Rizvan bəy bu il qurumun qrantı hesabına federasiya tərəfindən hakimlər üçün iki seminar, üstəlik, anti-dopinq seminarının da keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. AGİN, MOK və AAAF-nın dəstəyi ilə məşqçilər üçün iki, həmçinin yarışlara xidmət edən texniki rəsmilər üçün də bir seminar təşkil ediləcək. Simpoziumda belə təlimlərin vacibliyi və effektivliyi haqda danışılıb. Yekun olaraq innovasiya fəaliyyətinin genişləndirilməsi və sponsorların cəlbi nəticəsində ağır atletikada böyük inkişafa nail olunacağı qeyd olunub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar