18 dek 17:11idman, manset

Mariana Vasilyeva Stepkonun məşqçisini və sevgilisini niyə qovub?

Mariana Vasilyeva Stepkonun məşqçisini və sevgilisini niyə qovub?
Ötən sayımızda bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyevanın idman gimnastı Oleq Stepkoyla niyə yola getmədiyini, bu iki əcnəbi arasında hansı anlaşılmazlığın yaşandığını nəzərinizə çatdıracağımızı yazmışdıq. Bəlkə də az qala bu məsələyə toxunmamaq da olardı. Çünki burda daha çox idmandan kənar münasibətdən söhbət gedir. Ancaq məsələ burasındadı ki, bolqar çalışdırıcı bu ziddiyyətləri o qədər kəskinləşdirib ki, artıq soyuq savaş idman müstəvisinə keçib. Ona görə də məsələni ictimaiyyətin diqqətinə çatdırmağı vacib saydıq.
2014-cü ilin fevralında Stepko və şəxsi məşqçisi Pavel Netreba ölkəmizə gəldi. Oleq “milliləşdirildi” və bundan sonra beynəlxalq yarışlarda ölkəmizi təmsil etməyə başladı. Stepkonu Azərbaycanda ən çox məşhurlaşdıran ilk Avropa Oyunlarında 5 medal (1 “qızıl”, 2 “gümüş”, 2 “bürünc”) qazanması oldu. Bu müddət ərzində Vasilyeva ilə idmançı arasında münasibətlər çox yaxşı imiş. Bunun da əsas səbəbi ukraynalı idmançının baş məşqçinin qızı Siyana ilə isti münasibətlərinin olmasıymış. Ancaq bir müddət sonra çalışdırıcı Oleqə qızıyla ünsiyyəti rəsmiləşdirməsini, başqa sözlə, bədii gimnastika üzrə qrup komandamızın üzvü Siyana ilə ailə həyatı qurmasını tələb edib. Ancaq Stepko bunu qəti şəkildə rədd edib. Bundan sonra əsl vəzifəsi bədii gimnastikaya uğur qazandırmaqdan ibarət olan bolqar məşqçi idman gimnastını məqsədli şəkildə sıxışdırmağa başlayıb. Elə bu yaxınlarda Oleqin şəxsi məşqçisi Pavel Netrebanın ölkəsinə yola salınması da soyuq müharibənin nəticəsiydi. Əslində hələ Olimpiadadan öncə idmançı – məşqçi qarşıdurması baş qaldırıbmış. Stepko ümid edirmiş ki, Rio-2016-da fəxri kürsüyə qalxdıqdan sonra Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyevanın qəbuluna düşəcək və bu zaman Vasilyevadan şikayət edəcək. Ancaq onun planları alt-üst oldu. Olimpiya Oyunlarında zəif çıxış edən idmançı arzusuna çatmadı. Bəlkə də indi Vasilyeva onun özünün də yığmadan uzaqlaşdırılmasının cizgilərini cızır. İki şəxsin münaqişəsindən Leyli Mişina zərbə yeyib. Bu şəxs yığmamızda xoreoqrof kimi çalışırmış. Hazırda Stepkoyla eşq macərası yaşaması işindən azad olunmasıyla nəticələnib. Belə ki, Vasilyeva “ya işdən gedirsən, ya da Stepkodan ayrılırsan” tələbini qoyub. Leyli işini sevgisinə qurban verməyi üstün tutub. Təəssüf ki, hələ nə Mişinanı, nə də Stepkonu danışdıra bilmişik. Hər halda, qarşıdakı saylarımızda onların bu məsələylə bağlı fikirlərini öyrənib diqqətinizə çatdırmağa çalışacağıq.
Ümumiyyətlə, baş məşqçi özünü əsl diktator kimi aparır. Hər yerdə Mehriban Əliyeva ilə münasibətinin çox yaxşı olduğunu söyləyərək mövqeyini qoruyur. Ölkənin birinci xanımına görə Vasilyeva güldən ağır söz deyilmir. Belədə əl-qolunu daha geniş açan mütəxəssis bildiyini edir. Maraqlıdı ki, bir neçə ay əvvəl “Neftçi”nin açıq çempionatını işıqlandırdığı üçün “CBC Sport”a zəng etdirib və bu yarış haqda xəbərin verilməməsini tələb edib. Halbuki məntiqlə bədii gimnastikanın başında duran adam sevinməlidi ki, bu idman növü efirdə təbliğ olunur. Vasilyevanın bu addımı isə sırf “Neftçi”nin baş məşqçisi Nurcahan Əsgərovanı xoşlamamasından qaynaqlanıb. Nə onu, nə də AGF-nin baş katibi Fərid Qayıbovu bədii gimnastikanın kütləviləşməsi maraqlandırır. Belə olsaydı, o zaman yarışlar zamanı arenaya girişi pulsuz edər, hər idmançıdan turnirdə iştirak üçün 100 manat tələb olunmazdı. Bu adamlar artıq bədii gimnastikanı şəxsi bizneslərinə çeviriblər. Onlar açıq-aşkar Mehriban Əliyevanın əməyini yerə vururlar. Çünki bu şəxslər üzündən indi bədii gimnastikadan gedənlərin sayı gələnlərdən çoxdu. Kim Lalə Yusifova, Ləman Dadaşlı, Ruqiyyə Səttarova və Aelita Xələfovanın başına gələnləri yaşamaq istəyər ki?! Əslində baş məşqçinin əzab verdiyi, haqqını tapdaladığı gimnastlar o qədərdi ki. Xüsusən adını çəkdiklərimizdən başqa Ləman Hacızadə, Aişə Mustafayeva və Aynur Cabbarlı da yığmada çox zülm görüb. Ancaq hələ ki onlar özlərində cəsarət tapıb, başına gələnləri ictimaiyyətə açıqlamayıb.
Daha bir dəhşətli faktı diqqətinizə çatdıraq. Bəzi şəxslər AGF-də yazılmamış qanun müəyyənləşdirib. Yığmada çalışan hər hansı məşqçinin doğum günü olanda mütləq gimnastlar bunun üçün pul yığıb hədiyyə almalıdı. Hətta bir-iki il əvvəl Mariana Vasilyevanın ad günü üçün hər gimnastdan, federasiyanın, demək olar ki, hər işçisindən 100 manat pul yığılıb. Bundan sonra bolqar məşqçi yaxınlarıyla birgə məzuniyyətə çıxaraq Maldiv adalarında dincəlib. İndi özünüz fikirləşin, bu hansı mənəvi dəyərlərə sığar?
Mehriban Əliyevanın gimnastlara töhfəsi olan Milli Gimnastika Arenası da klub və cəmiyyətlərin üzünə bağlıdı. Hər cür şəraiti olan məkanda yalnız yığma üzvləri hazırlıq keçə bilər. Amma əcnəbilər istisnadı. Belə ki, AGF az qala hər ay bir çox ölkələrin yığmalarının Bakıya səfərini təşkil edir. Həmin komandaların otel xərcini qurum üzərinə gətirir. Həmçinin qonaqlar MGA-dan pulsuz yararlana bilir. Halbuki bir çox cəmiyyətimiz gimnastlar üçün normal məşq keçməyə yer tapmır. Deməli, əcnəbiyə olar, amma özümüzkünə yox. Məqsəd odu ki, əcnəbilər bura gəldikdən sonra MGA-dakı şəraiti tərifləsinlər. Bununla şöhrət qazanmaq eşqinə düşüblər.
Göründüyü kimi, AGF-də şəxsi maraqlar ifrat həddə çatıb. Amma biz bu idman növünün bəzi şəxslərin əlindən xilas olması üçün əlimizdən gələni edəcəyik. Yetər ki, bu işdə gimnastika ictimaiyyəti də bizə dəstək olsun. Səsinizi çıxarın, haqqınızı tələb edin! Tələb edin ki, bolqar məşqçi və “silahdaşları” AGF-dən uzaqlaşsın!
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar