09 may 00:04idman

İslamiada xəbərləri

İslamiada xəbərləri
* Bakı-2017-də iştirak etmək məqsədilə 58 dövlətin idmançıları ölkəmizə gələcək. Açılış mərasiminin ölkənin böyük mədəni zənginliyi və dərinliyini əks etdirən yaradıcı, ruhlandırıcı və yaddaqalan bir hadisə olacağı gözlənilir. Əksəriyyəti Azərbaycandan olan 4000 könüllü ifaçı oyunlara cəlb edilib və onların arasında əcnəbilər də yer alacaq. Artıq idmançılar paytaxtımıza gəlməyə başlayıb və burda son hazırlıq prosesini davam etdirirlər. Açılış mərasimi ərəfəsində futbol, həndbol və voleybol üzrə yarışlara start veriləcək. Bu baxımdan “qaranquş” rolunu futbol oynayacaq. Çünki “idmanın şahı” üzrə mübarizə bu gün start götürəcək. Biletlərə böyük maraq var. İzləyicilər arasında əcnəbi azarkeşlər az olmayacaq. Mayın 22-dək davam edəcək yarış ərzində idmançılar Bakıda yerləşən 17 məkanda 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq.
* 4-cü İslam Həmrəyliyi Oyunlarının yayın hüququ ilə bağlı əlavə müqavilələr imzalanıb. Nəticədə yarışın 4 qitəni əhatə edən 58 ölkədə yayınlanması təmin olunacaq. Asiya – Sakit Okean Ölkələri Yayın Birliyi (ABU) ilə əldə olunan razılaşma İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına Bakı-2017-ni izləmək imkanı verəcək. Oyunlar Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda da yayınlanacaq. Radio Televizionit Şqiptar (RTSH) şirkəti ilə imzalanan müqavilə Albaniya tamaşaçılarına oyunları izləmək imkanı verəcək. Teleyayın şirkətləri açılış və bağlanış mərasimlərinin canlı yayınını, mübarizələrin həlledici məqamlarını özündə əks etdirən birsaatlıq gündəlik icmal proqramını, futbol oyunlarının hamısının yayınını, Oyunlara aid 2 saatlıq icmalı nümayiş etdirəcək. Bu müqavilələr daha öncə Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və Azərbaycan ərazisində Bakı-2017-ni yayınlamaq haqda Ərəb Dövlətlərinin Yayın Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və Az.TV ilə artıq mövcud olan anlaşmaların fonunda yer alır. Bakı-2017-nin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd məsələylə bağlı belə deyib: "İslamiadanın bu qədər böyük beynəlxalq auditoriyaya yayınlanmasından məmnunuq. Müqavilə 4 qitəni əhatə edən 58 ölkədə, 1,3 milyard tamaşaçıya Oyunları izləmək imkanı verəcək”.
* İslamiadada çıxış edəcək boksçularımızdan biri də Teymur Məmmədovdu. Yenidən 91 kq-da mübarizə aparacaq 24 yaşlı idmançı Boks Federasiyasının mətbuat xidmətinə verdiyi açıqlamada yarışa hazırlığını dəyərləndirib: “Təlim-məşq toplanışımız çox yüksək səviyyədə davam edir. Güclü hazırlıq keçirik. Qəbələdə fiziki çalışmaları başa vurduqdan sonra Bakıda sınaq döyüşlərində də təcrübəmizi artırırıq. Hiss edirəm ki, mən və komanda yoldaşlarım ən yaxşı formamamıza çatırıq”.
O bildirib ki, komandanın hər üzvü çempionluğa iddialıdı: “Düşərgəmizdə yüksək ab-hava hökm sürür. Hamımız İslam Həmrəyliyi Oyunlarına köklənmişik. Qızıl medaldan başqa heç nə haqda düşünmürük. Yaxşı mübarizə aparsaq, 10 çəkinin hamısında birinci yeri tutmaq gücündəyik. İlk Avropa Oyunlarında olduğu kimi, İslamiadada da yarışın ən güclü yığması adını qazanmağı hədəfləmişik. Ancaq rəqiblər haqda hələ dəqiq nəsə deyə bilməyəcəm. Bakıya gələcək yığmalar məlumdu. Amma həmin ölkələrin əsas və ya ikinci heyətlə yarışa qatılacağı haqda məlumatım yoxdu”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar