16 dek 16:25idman

ATF bölgələrdə taekvondo zalları açacaq

ATF bölgələrdə taekvondo zalları açacaq
Dünən Gənclər və İdman Nazirliyinin (AGİN) inzibati binasında dünya çempionu olmuş kişilərdən ibarət taekvondo yığmamızın və federasiyanın üzvləriylə görüş baş tutdu. Mətbuat nümayəndələrinin qatıldığı tədbirdə nazir müavini İsmayıl İsmayılov və AGİN-in idman şöbəsinin rəhbəri Fərid Mansurov da iştirak edirdi. İlk öncə İsmayılov çıxış edərək nazir Azad Rəhimov adından taekvondoçuları təbrik etdi. Olimpiya növü olan taekvondoda güclü rəqabət fonunda uğur qazanmağın çətin olduğunu söyləyən İsmayıl bəy Rio-2016-da əldə edilən medallardan danışdı və Tokio-2020-də də bunun davamının gələcəyinə inandığını bildirdi.
Daha sonra ATF-nin vitse-prezidenti Nağı Səfərov söz aldı: “Ötən il ilk dəfə Mexikoda dünya çempionu olduq. Bakıda bu uğuru təkrarladıq. Ölkəmizdə olimpiya növləri arasında 2 dəfə Dünya Kubokunu qazanan ilk komanda kişilərdən ibarət yığmamız oldu. Baş məşqçimiz Rza Mehmandostun dünyanın ən yaxşı baş məşqçisi seçilməsi də böyük uğurdu”.
ATF-nin yığmalar üzrə vitse-prezidenti Niyaməddin Paşayev isə bunları dedi: “Olimpiadaya çox yaxşı hazırlaşmışdıq. Nəticədə Rio-2016-dan 3 medalla qayıtdıq. Olimpiya Oyunlarından bir müddət sonra yığmanı yenidən toplayıb, Bakıdakı yarışa hazırlaşdırdıq. Nəticədə çempion olduq”.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Rza Mehmandostun fikirləri belə oldu: “Komanda uduzanda jurnalistlərin qarşısında cavab vermək asan olur. Deyirsən ki, rəqib güclü idi. Qalib gələndən sonra isə danışmaq çətindi. Bu qələbəni əldə etmək üçün çox çalışdıq, çox şeyi dəyişdik. Yığmada qida rasionuna kimi bir çox şeyləri dəyişdirdik. Azərbaycana gələndə hələ komanda o qədər də güclü deyildi. ATF prezidenti tərəfindən bizim üçün tələb olunan hər cür şərait yaradıldı. Ən güclü idmançıları yığmaya cəlb etdik və bütün bunların faydasını gördük. Çox şey danışa bilərəm. Amma buna qulaq asmağa hövsələniz çatmaz (gülür). Qalib gəlmək asan məsələ deyil. Bunun üçün çox şey tələb olunur. Ancaq yenə də bəzi məsələlərlə bağlı dəstəyə ehtiyacımız var”.
İranlı mütəxəssis bəzi çəkilərdə dəyişiklik olacağını da söylədi: “54 və 58 kq-da yenilik edəcəyik. Əslində mənim prinsipim belədi ki, hansısa yarış başa çatırsa, idmançılara sıfırdan yanaşıram. Məşqlərdə özünü yaxşı göstərən, yüksək formada olan idmançılar millidə yer alacaq. Bu zaman idmançıların titullarına baxmayacam. Tokio-2020 üçün gənc taekvondoçuları da sınaqdan keçirməyi planlaşdırıram”.
Olimpiya çempionu Radik İsayev “Qran-pri”dəki uğursuz çıxışını belə əsaslandırdı: “Olimpiadadan sonra toparlanmaq çətin idi. Həm mənəvi, həm də fiziki cəhətdən problemlər var idi. Zədəmi müalicə etdirmək üçün çox çalışdıq. Bilmirəm, bəlkə də funksional hazırlıqda problem olduğundan “Qran-pri”də yaxşı çıxış edə bilmədim. Ancaq Dünya Kubokunda pis təsir bağışlamadım”.
Onun çıxışına Niyaməddin Paşayev də münasibət bildirdi: “Olimpiadada iştirak etmiş idmançı əslində ən azı 3-6 ay istirahət etməli, bu müddət ərzində bərpa dövrü keçməlidi. Əslində biz Radikin “Qran-pri”də yarışmasını istəmirdik. Yalnız Dünya Kubokunda komandanın heyətində yer almasını planlaşdırırdıq. Ancaq WTF-nin qaydalarından biri budu ki, “Qran-pri”dən yalnız tibbi arayış təqdim etməklə imtina edə bilərsən. Onsuz da Radik yenə reytinqdə liderliyini qorudu. Çünki o ən yaxın izləyicisini 100 xal qabaqlayırdı. “Qran-pri”də birinci yeri tutan taekvondoçu isə 80 xal əldə edir”.
Qadınlardan ibarət yığmamızda yerli idmançıların olmamasıyla bağlı suala Paşayev belə cavab verdi: “Olimpiadadan sonra Patimat Abakarova və Fəridə Əzizova zədəliydi. Onlar yanvardan yığmaya qoşulacaq. Bu üzdən onları Dünya Kubokunda heyətə cəlb edə bilmədik. Əslində bu yarışın bizə həvalə olunacağını bilmirdik. Çünki təqvim planında bu turnir yox idi. Ancaq 2-3 ay əvvəl WTF qərar çıxardı ki, həm “Qran-pri”, həm də Dünya Kuboku Bakıda keçirilsin. Bu üzdən qadınlardan ibarət yığmanı istədiyimiz kimi formalaşdıra bilmədik. Uğursuz çıxış da bununla bağlıdı. Baş məşqçi məsləhət gördü ki, 57 kq-da Günay Ağakişiyeva yox, Yaprak Eriş iştirak etsin. Yanvarda keçiriləcək ölkə çempionatında hər iki taekvondoçu bu kateqoriyada yarışacaq. Kim güclü olsa, o da milliyə cəlb olunacaq”.
Sonda Nağı Səfərov gələn il bir neçə bölgədə taekvondo bazalarının yaradılacağını, belə zallardan birincisinin Ağdamda istifadəyə veriləcəyini söylədi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar