06 may 01:07idman

2 “gümüş”, 1 “bürünc”

2 “gümüş”, 1 “bürünc”
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir. Üçüncü yarış günündə 55 və 75 kq-da qadın, 61 və 74 kq-da sərbəst güləşçilər mübarizə aparıb. Alyona Kolesnik (55 kq) startda türk Bediha Günə “tuşe” ilə qalib gəldikdən sonra 1/4 finalda almaniyalı Sandra Paruşevskiyə şans tanımayıb – 10:0. Yarımfinalda bolqar Bilyana Jivkova-Dudovayla baş tutan görüş gərgin məcrada keçib və rəqib 12:10 hesablı qələbəyə sevinib. Kolesnik bürünc medal uğrunda qarşılaşmada yerli Merima Qaletini 6:0 yenib.
Əhmədnəbi Qvarzatilov (61 kq) ilk mərhələdə macar Jozef Molnarı rahat məyus edib – 10:2. Ancaq 1/4 finalda dünya və olimpiya çempionu Vladimir Xinçeqaşviliylə bacarmayıb – 5:9. Qvarzatilov təsəlliverici görüşdə moldovalı Andrey Perpelitaya da uduzub – 10:12.
Böyük perspektiv vəd edən Murad Süleymanov (74 kq) ümidləri puça çıxarmayıb. Gəncə güləş məktəbinin yetirməsi finaladək ispan Teymuraz Friev Naskidaev (4:1), fransalı Zəlimxan Hacıyev (10:5) və rusiyalı Əhməd Hacıməhəmmədovu (5:3) sıradan çıxarıb. Gənc pəhləvan finalda ötən il Avropa çempionu olmuş türk Soner Demirtaşa uduzub – 4:6.
Xatırladaq ki, ilk 2 gündə təmsilçilərimiz 4 medal qazanıb. Mariya Stadnik (48 kq) və Georgi Edişeraşvili (57 kq) “qızıl”ı, Aleksandr Qostiyev (86 kq) “gümüş”ü, Tatyana Omelçenko (60 kq) isə “bürünc”ü boynundan asıb.
DÇ-də dörd şahmatçı fərqləndi
Rumıniyada məktəbli şahmatçılar arasında dünya çempionatı keçirilib. 42 ölkədən 600-dən artıq məktəblinin yarışdığı mundialda müxtəlif yaş qrupları üzrə Ziya Məmmədov, Fərid Orucov və Süsən Məmmədova gümüş, Leyla Budaqova isə bürünc medal qazanıb.
Kiyevdən üç medalla
Yeniyetmə tamblinqçilərimiz Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirdə iştirak edib. 2005-06 təvəllüdlü gimnastlar arasında Adil Hacızadə (59,9 xal) və Zeynəb Qasımlı (62,7 xal) çoxnövçülükdə çempion olub. Tofiq Əliyev isə 2003-04 təvəllüdlü gimnastların yarışında (56,3 xal) gümüş medal qazanıb.
Ukrayna ilə əməkdaşlıq ediləcək
Bu gün Milli Olimpiya Komitəsi (MOK) ilə Ukrayna Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləni Ukrayna tərəfindən bu qurumun prezindeti Sergey Bubka və MOK-un 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə imzalayacaq. Tədbir saat 12.00-da MOK-un inzibati binasında başlayacaq.
Boksçular Qazaxıstana yollanacaq
Mayın 8-də Qazaxıstanın Çimkənd şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 13 idmançı təmsil edəcək. Qazaxıstanda rinqə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədov (+85 kq) çıxacaq. Turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.
Belarus ölkəmizə gəlməyəcək
Qadınlardan ibarət voleybol yığmamızın toplanış planında dəyişiklik baş verib. Sloveniyanın Maribor şəhərində hazırlığı başa vuraraq vətənə qayıdan milimiz 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir. Ancaq Belarus yığmasıyla nəzərdə tutan yoxlama oyunları keçirilməyəcək. Buna səbəb bu ölkənin komandasının paytaxtımıza gəlməkdən imtina etməsidi. Bu üzdən İslamiadanın startına qədər Faiq Qarayevin yetirmələri məşqlərlə kifayətlənəcək. Əsas komanda hazırda Dərnəgül Voleybol Mərkəzində toplanış keçir. Yığmanın düşərgəsinə legionerlərdən Kseniya Poznyak da qoşulub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar