06 may 01:04idman

İslamiada xəbərləri

İslamiada xəbərləri
* Bakı-2017-də ölkəmiz 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq. Kişilərin fərdi yarışında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) mübarizə aparacaq. Komanda mübarizəsində isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokaurinin (+100 kq) də xidmətindən istifadə olunacaq. Qadınların fərdi turnirində Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Daha üç cüdoçu - Purevsuren Buyanxişiq (52 kq), Gülsədəf Kərimova (63 kq) və Kristina Jukavets (70 kq) komanda yarışı üçün sifariş olunub. Qeyd edək ki, bu növ üzrə yarış mayın 13-dən 16-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.
* Dünən Milli Gimnastika Arenasına mediatur təşkil olunub. 9600 yerlik kompleks iki hissədən ibarətdi. Oturacaqlar açıq və qapalı yerlərdə istifadə olunur. Dünyada analoqu olmayan, xüsusi texnologiya əsasında hazırlanan arena genişlənə bilir. Arenada 200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam etdirirlər. AGF-nin baş katibi Fərid Qayıbov idman zalının yarışlara ümumi hazırlığı haqda jurnalistlərə məlumat verib. Bildirilib ki, ötən həftə keçirilən bədii gimnastika üzrə Dünya Kubokundan dərhal sonra zalın İslam Həmrəyliyi Oyunlarına hazırlığına başlanılıb. Proses başa çatmaq üzrədi. Artıq yarışların keçiriləcəyi arena hazırdı. Məşq zalında da işlər tamamlanır. Mayın 6-dan etibarən məşq zalı idmançıların ixtiyarına veriləcək. İslamiadada 3 bədii gimnast və 3 idman gimnastı ölkəmizi təmsil edəcək. Bədii gimnastika üzrə yığmamızın baş məşqçisi Mariana Vasilyeva bunları deyib: “Oyunlara çox böyük məsuliyyətlə hazırlaşırıq. Ötən həftə keçirilən, 21 ölkənin təmsil olunduğu Dünya Kubokunda idmançılarımız çox layiqli çıxış etdilər və 12 ən güclü komanda arasına düşdük. Jalə Piriyeva, Zöhrə Ağamirova və Marina Durunda İslamiadada çıxış edəcək. Onlar 4 hərəkətlə çıxış edəcək. İdmançılarımız yarışa çox böyük həvəs və məsuliyyətlə hazırlaşır. Oyunlara böyük ümid bəsləyirəm. Bütün ölkə idmançılarımızdan uğurlu çıxış gözləyir”.
* Paralimpiya millimizin heyəti açıqlanıb. Bildiyiniz kimi, paralimpiyaçılar Bakı-2017-də iki növdə mübarizə aparacaq. Atletikada Elçin Muradov, Nurlan İbrahimov, Elmir Cəbrayılov, Ülvi Şıxəliyev, Kamil Əliyev, Teymur Qasımov, Zeynidin Bilalov, Rasim Babayev, Samir Nəbiyev, Oloxan Musayev, Vladimir Zayets, İslam Qəhrəmanzadə, İradə Əliyeva, Yelena Çebanu, Oleq Panyutin və Zeynal Misgərli, cüdoda İlham Zəkiyev, Kənan Abdullaxanlı, Rövşən Səfərov, Tofiq Məmmədov, Ramil Qasımov, Elçin Talıbov, Ramin Əliyev, Bayram Mustafayev, Sevda Vəliyeva, Afaq Sultanova, Ramilə Kaştayeva və Turanə Ağayeva qüvvəsini sınayacaq. İslamiadada 19 ölkədən 93 paralimpiyaçı mübarizə aparacaq.
* Qadın voleybolunun ardınca kişi voleybolçuların yarışında da təqvim dəyişib. Kamerunun qadınlardan ibarət millisinin Bakıya gəlməkdən imtinası kişilərin turnirinin təqviminə də təsir göstərib. Hər 2 yarış “Kristal Zal”da keçiriləcəyindən saatları dəyişmək məqsədəuyğun hesab edilib. Bu üzdən Fərid Cəlalovun komandasının ilk 2 görüşü saat 21.30-a çəkilib. 3-cü oyuna 19.00-da çıxacaq voleybolçularımızın qrupda son qarşılaşması 12.30-da başlayacaq.
11 may
10.00 Türkiyə - Türkmənistan, 21.30 AZƏRBAYCAN – Pakistan
12 may
10.00 Qətər – Əlcəzair, 12.30 İran – Səudiyyə Ərəbistanı
13 may
10.00 Türkmənistan – Fələstin, 21.30 AZƏRBAYCAN – Türkiyə
14 may
10.00 Mərakeş – Əlcəzair, 21.30 İran – Qətər
15 may
10.00 Türkiyə - Pakistan, 19.00 AZƏRBAYCAN - Fələstin
16 may
10.00 İran – Mərakeş, 21.30 Qətər - Səudiyyə Ərəbistanı
17 may
10.00 Pakistan – Fələstin, 12.30 AZƏRBAYCAN – Türkmənistan
18 may
10.00 İran – Əlcəzair, 12.30 Səudiyyə Ərəbistanı - Mərakeş
19 may
10.00 Türkiyə - Fələstin, 12.30 Türkmənistan – Pakistan, 17.00 Qətər – Mərakeş, 19.30 Əlcəzair - Səudiyyə Ərəbistanı
20 may
Yarımfinal
17.00 A1 – B2, 19.30 A2 – B1
21 may
17.00 3-cü yer uğrunda oyun, 19.30 Final
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar