16 dek 15:38idman, manset

Vüqar Həşimov Akademiyasında şahmat festivalı başladı

Vüqar Həşimov Akademiyasında şahmat festivalı başladı
Dünən Vüqar Həşimov Şahmat Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Vüqar Həşimov Fondunun prezidenti Anar Allahverdiyev festivalın önəmini yüksək qiymətləndirib. O, mərhum qrossmeysterin əldə etdiyi uğurlar haqda məlumat verib. Bildirib ki, sentyabrda fəaliyyətə başlamasına baxmayaraq, akademiya bir çox ilklərə və uğurlara imza atıb. Akademiyada ilk dəfədi belə festival keçirilir. Yarışa İran və Fransa şahmatçıları da qatılıb. Mərasimə qatılan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə bunları deyib: “Bu gün Vüqarı sevənlər və şahmat həvəskarları bu tədbirdə iştirak edir. Şahmatçılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir. Bu yaxınlarda Səmra Qasımova məktəblilər arasında dünya çempionu olub”.
Vüqarın atası Qasım Həşimov oğlunun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. Vüqarın xatirəsinin yaddaşlarda qalması üçün bundan sonra da müxtəlif layihələrin həyata keçiriləcəyini bildirən Həşimov bunları əlavə edib: “Akademiya fəaliyyətə başlamasından ötən qısa müddətdə bir çox nailiyyətlərə imza atıb. Bu yaxınlarda akademiyada Qədir Hüseynov tərəfindən ustad dərsi təşkil olunub. Həmçinin yığmanın digər üzvləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun da ustad dərsləri və seansları keçiriləcək. Hazırda bir neçə layihə üzərində iş gedir. Ümid edirəm ki, gələcəkdə akademiyamızın yetirmələri beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklər. Bu uğurda bizim də payımızın olmasını istəyirik”.
Turnirin baş hakimi, FIDE arbitri Cavanşir Bağırov reqlament və qaydalar haqda məlumat verdikdən sonra yarış açıq elan olunub. Festival çərçivəsində açıq turnir, 10 yaşadək uşaqların qrupunda yarış (hər iki turnirdə FİDE reytinqi nəzərə alınacaq), rapid və blits turnirləri keçirilir.
Açıq turnirdə qrossmeyster Ülvi Bacarani, FİDE ustası Andrey Mustafin, Məhəmməd Muradlı, ustalığa namizədlər Kənan Qarayev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ayan Allahverdiyeva, Read Səmədov, Mələk İsmayıl, Ümid Aslanov və başqaları iştirak edir. Rapid və blits yarışlarında qrossmeysterlər Vüqar Rəsulov, Ülvi Bacarani, Zaur Məmmədov, Ürfan Sevdimalıyev, beynəlxalq usta Orxan Abdulov, FİDE ustaları Elvin Bayramov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Toğrul Həsənzadə, ustalığa namizədlər Əhməd Əhmədzadə, Ayan Allahverdiyeva, Ümid Aslanov və başqaları güclərini sınayır. Festivalda ümumilikdə 200-dən çox şahmatçı iştirak edir.
Pevtsov mövqeyini qorudu
Beynəlxalq Triatlon Federasiyası idmançıların yeni reytinq cədvəlini açıqlayıb. Rio-2016-nın iştirakçısı Rostislav Pevtsovun reytinq cədvəlindəki mövqeyi dəyişməyib. Yığmamızın lideri 3209,77 xalla 17-ci pillədədi. Reytinq cədvəlinə 7014,70 xalla ispaniyalı Mario Molaya liderik edir.
BP əməkdaşlığı uzatdı
BP şirkəti Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) ilə tərəfdaşlığı 2020-ci ilədək davam etdirəcək. Dünən bununla bağlı MOK-un inzibati binasında Böyük Britaniya şirkəti ilə bu idman qurumları arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
“Sinerji Bakı” reytinqdə dördüncüdü
Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb. "Sinerji Bakı" cari ildə əldə etdiyi nəticələrə əsasən 176 kontinental klub arasında 4-cü yerdə qərarlaşıb. Bu reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. İlk “3-lük”də məhz bu ölkənin komandaları yer alıb.
Qeyd edək ki, bu il "Sinerji Bakı" iştirak etdiyi 4 qitə yarışında - "Tour of Croatia", "Tour d’Azerbaïdjan", "Tour of Serbia" və "Tour of Szeklerland"da (Rumıniya) komanda hesabında çempion olub. Klubun üzvləri il ərzində 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər.
Dağıstana geniş heyətlə
Bu gün Dağıstanın Kaspiysk şəhərində dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında 7-ci beynəlxalq turnirə start veriləcək. İki gün davam edəcək ənənəvi yarışda böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında 19 güləşçimiz döşək üzərinə çıxacaq. Heyətdə Tofiq Əliyev, Elmir Cəlilov (hər ikisi 42 kq), Məhəmmədsaleh Abakarov (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev, Uğur Novruzov, Vüsal Hüseynov (hamısı 54 kq), Turan Bayramov, Elmar Kazımov, Seymur Cəbrayılov (hamısı 58 kq), Əşrəf Əşrəfov, Vahid Əliyev, Hacımurad Hacıyev (hamısı 63 kq), Nəsib İsayev, Murad Ömərov, Davud İbrahimov (hamısı 69 kq), İslam Əliyev, Abubakr Abakarov və Abdulmuslim Məmmədov (hamısı 76 kq) yer alıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.
Samboçumuz dünya çempionu oldu
Cənubi Kiprin paytaxtı Nikosiyada tələbə samboçular arasında dünya çempionatı keçirilib. Mundialda ölkəmizi baş məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında Heydər Həşimov (62 kq) və Kamran Əskərov (68 kq) təmsil edib. Hər iki samboçumuz finala kimi irəliləyib. Həlledici görüşlərdə Həşimov belaruslu Vae Tutxaliana, Əskərov isə rus Sergey Korobkinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Sambodan söz düşmüşkən, həmin ölkənin Limassol şəhərində yeniyetmələr arasında sambo üzrə dünya çempionatı keçirilir. Mundialda 2 idmançımız fəxri kürsüyə qalxıb. Hacəli Qasımov (42 kq) finalda Ermənistan samboçusuna qalib gələrək dünya çempionu olub. Vilayət Bayramov (55 kq) isə bürünc medalı boynundan asıb.
“Neftçi”nin iki üzvü Dubayda fərqləndi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. 21 klubun qatıldığı yarışda ölkəmizi “Neftçi” İdman Klubunun gimnastları təmsil edib. Nurcahan Əsgərovanın rəhbərliyi altında BƏƏ-yə yollanan komandanın 2 üzvü fəxri kürsüyə qalxıb. 2002 təvəllüdlü gimnastların yarışında Turan Əsədova topla hərəkətlərdə üçüncü yeri tutub. Nəzrin Rəcəbli isə 2004 təvəllüdlü gimnastlar arasında fərqlənib. Həmyerlimiz gürzlərlə hərəkətdə bürünc medal qazanıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar