28 apr 19:42idman

AÇ üçün heyətlər açıqlandı

AÇ üçün heyətlər açıqlandı
Yığma türkiyəli məşqçiyə tapşırıldı

Mayın 2-dən 7-dək Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Qitə birinciliyinin ilk günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaq. “Sərbəstlər” hazırda Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Hazırlıqda İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir. Əcnəbilər arasında dünya çempionu, İtaliyanı təmsil edən kubalı Frank Çamizo da var. Dünən müvafiq yığmamızın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti açıqlayıb. Məsul yarışda ölkəmizi Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. Göründüyü kimi, məşqçilər korpusu cəmi 1 yerli güləşçiyə heyətdə yer ayırıb ki, bu da xoş mənzərə deyil. Əslində mövcud heyət ölkəmizdə ənənələri zəngin olan sərbəst güləşimizin bəzi şəxslər tərəfindən hansı kökə salındığını əyani şəkildə göstərir. Sözsüz, bunda obyektiv səbəblər də sözünü deyir. Məsələn, Toğrul Əsgərov çiynindəki zədəyə görə qeyri-müəyyən müddətə sıradan çıxıb. Mahir Əmiraslanov, Əli Rəhimzadə, Hacı Əliyev və Cəbrayıl Həsənov isə böyük ehtimalla, İslam Həmrəyliyi Oyunlarına görə ehtiyatda saxlanılıb. Çünki əvvəldən elan edilmişdi ki, İslamiadada əsas heyət üzvləri çıxış edəcək. Çox güman, AÇ-yə yollananlardan yalnız Cəmaləddin Məhəmmədov Bakı-2017-də mübarizə aparacaq ki, bu da ən ağır çəkidə rəqibsiz olmasından irəli gəlir.
Artıq qadınlardan ibarət yığmamızın da heyəti açıqlanıb. Hazırda Ukraynanın paytaxtı Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında yerli güləşçilərlə toplanış keçən milli əsas heyətlə qitə birinciliyinə yollanacaq. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Serbiyada Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Natalya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) qüvvəsini sınayacaq. Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək.
Güləşdən söz düşmüşkən, yunan-Roma güləşi yığmamızda baş məşqçi dəyişikliyi baş verib. Olimpiadadan sonra Cəmşid Xeyrabadini bu postda əvəzləyən Akif Əliyev yenə böyük məşqçi kimi fəaliyyətini davam etdirəcək. Baş məşqçi funksiyasını isə Şaban Donat yerinə yetirəcək. Xatırladaq ki, türkiyəli mütəxəssis 2011-ci ildə Salih Bora ilə birgə ölkəmizə təşrif buyurub və London-2012-dək əsas komandada
çalışıb. Olimpiadadan sonra Borayla yollar ayrılsa da, Donatla əməkdaşlıq davam etdirildi. Ancaq Şaban bəy o vaxtdan gənclər yığmamızı çalışdırırdı. Görünür, bu komandada uğurlu nəticələr əldə etməsi və güləşçilər arasında böyük nüfuza sahib olması əsas komandaya yolunu açıb. Halbuki Rio-2016-dan sonra elə məhz onun millinin “sükanı arxasına” əyləşəcəyi haqda söz-söhbətlər dolaşırdı. Federasiya isə Donatı İslamiada ərəfəsində əsas komandanın başına gətirmək qərarı verdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar