27 apr 15:20idman

Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı

Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı
“Dünya çempionluğu uğrunda oynamaq istəyirəm”

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2017” turnirində Şəhriyar Məmmədyarov üzümüzü güldürsə də, Teymur Rəcəbov haqda eyni sözləri demək mümkün deyil. Şahmatçımız hələ ki mənfi saldodadı və ilk 5 turda qələbə qazana bilməyib. O Maykl Adamsla görüşdən sonra yarışın rəsmi saytına müsahibə verib:
- İlk 5 turda çıxışını necə dəyərləndirirsən?
- Hesabımda 2 xal var. Sözsüz, daha yaxşı çıxış etmək mümkündü. Fikrimcə, yarışın yekunları haqda danışmaq hələ tezdi. Qarşıda 4 tur var. Sözsüz, Şəmkirdə mümkün qədər yaxşı oyun nümayiş etdirmək istəyirəm. Bəzən istədiyin alınmır.
- Səndən həmişə qələbə gözləyirlər. Demək olar ki, son yarışlarda, o cümlədən Şəmkirdəki turnirdə qələbə qazanmaqda çətinlik çəkirsən. Təzyiq altında oynamaq çətindi?
- Memorialda güclü şahmatçılar toplaşıb. Belə heyətlə oyunlarda qələbə qazanmaq asan deyil. İlk turda qara fiqurlarla görüşdə məğlub oldum. Sözsüz, məğlubiyyətlə başlayandan sonra toparlanmaq çətindi. Bütün turnirlərdə qələbə qazanmaq olmur. Başa düşürəm ki, məndən yalnız uğur gözləyirlər. Bəhanələri sevmirəm. Təzyiq hiss etmirəm. Şəmkirdə çıxış etmək çox rahatdı. Burda iştirakçılara bütün şərait yaradılıb. Ötən gün Şəhriyar da söylədi ki, vətəndə oyun alınanda deyirlər rahatdı. Oyun getməyəndə isə doğma şəhərdə mübarizə aparmağın çətin olduğunu söyləyirlər. Şəmkirdə mübarizə aparan bütün şahmatçılar dünya reytinqində yüksək yerlərdə qərarlaşıb. Belə yarışlarda hamıda çətinlik ola bilər.
- Şəhriyarla özünün cari turnirdə şanslarını necə dəyərləndirirsən?
- Əvvəlcə Vüqar Həşimovun xatirəsinə belə möhtəşəm yarış təşkil etdiyinə görə “Sinerji Qrup”a təşəkkür edirəm. Bu yarışda həmişə ən güclülər iştirak edib. Təşkilatçılar tərəfindən bütün qonaqlara əla şərait yaradılıb. Şəmkir turniri artıq dünya şahmat təqvimində özünəməxsus yeri tutur. Belə yarışlar ölkədə şahmata marağı da artırır. Sualınıza gəlincə, biz yaxşı oynayanda qalib gəlmək şanslarımız yüksək olur. Millidə çıxış edəndə hər birimizin oyunu nəzərə alınır. Turnirdə isə fərdi oyun vacib olur. Ötən il Şəhriyarın qələbəsinə çox sevindim. O, son turları yüksək səviyyədə keçirdi. Tay-brekdə Fabiano Karuana üzərində vacib qələbə qazandı. Bu il də çalışırıq. Doğma məkanda yerli şahmatçı qələbə qazananda həm azarkeşlər, həm də təşkilatçılar üçün yaxşı olur.
- Reytinqə görə Uesli So və Vladimir Kramnik favorit sayılır. Səncə, titula əsas namizəd kimdi?
- Turnirdən əvvəl, adətən, reytinqə görə müzakirələr aparılır. So dünya reytinqində 2-ci, Kramnik isə 4-cü yerdədi. Reytinqə görə onları favorit saymaq olar. Amma Şəmkirə dəvət olunan hər şahmatçı qələbə qazanmaq gücündədi. So yarışa məğlubiyyətlə başladı. Gözlənilməz nəticələr çox olur. Yekun haqda danışmaq çətindi.
- Hamını Teymur Rəcəbovun hazırda hansı məşqçilərlə çalışması maraqlandırır. Çox vaxt adları sirr saxlayırsan…
- Uşaq yaşlarımdan atam yanımda olub. İndinin özündə də atam mənə kömək edir. Mən heç vaxt məşqçilərimi sirr saxlamamışam. Dünya şahmat tacı uğrunda yarışanda köməkçilərin adını gizlədirlər. Adi vaxtda isə buna ehtiyac yoxdu. Bir neçə il əvvəl Vladimir Çuçelovla çalışmışam. Bütün turnirlərə birgə gedirdik. İndi konkret məşqçim yoxdu. Sınaqçı tərəfdaşlarım var. Bütün şahmatçılar kimi, mən də bəzən kompüterdən istifadə edirəm.
- Şəmkirdən sonra hansı turnirlərdə çıxış etməyi planlaşdırırsan?
- Hazırda əsas diqqət “Qran-pri” seriyasına yönəlib. Çünki İddiaçıların Turnirinə vəsiqə qazanmaq üçün “Qran-pri”də yaxşı çıxış etmək lazımdı. Karyeram ərzində çoxlu mötəbər yarışda iştirak etmişəm. 12 yaşımdan müxtəlif turnirlərdə mübarizə aparmışam. İndiyə qədər Dünya Kubokunda, Avropa çempionatında, superturnirlərdə qələbə qazanmışam. Əsas hədəfim dünya şahmat tacı uğrunda mübarizəyə qoşulmaqdı. Dünya çempionluğu uğrunda oynamaq istəyirəm.
- Teymur Rəcəbovun əsas hədəfi dünya şahmat tacını Azərbaycana gətirməkdi. Bu iddia bir neçə ildi səslənmir. Deməli, fikrin dəyişməyib...
- Bir müddət bu haqda danışmırdıq. Çünki şahmatda mənim üçün çətin dönəm oldu. Oyunum alınmırdı. Artıq həmin dövr arxada qaldı. Əsas hədəfim dünya çempionuna qarşı oynamaqdı. Çətin dönəmdə superturnirlərdə iştirak etmirdim. İndi “Qran-pri”də mübarizə aparmaqla İddiaçıların Turnirinə qoşulmaq istəyirəm. Dünya çempionu olandan sonra şahmatçının karyerasında yeni mərhələ başlayır. Nə vaxtsa arzuma çatacağıma inanıram. Baxın, Maqnus Karlsen çempion olandan sonra ancaq titulunu qorumaq haqda düşünür.
- Əksəriyyət söyləyir ki şahmatda indi onun dövranıdı. Yəni doğrudan Karlseni dayandırmaq çətindi?
- Maqnusun məğlubedilməz olmasıyla razılaşmıram. Onunla birgə çoxlu turnirdə iştirak etmişəm, dəfələrlə ona qarşı mübarizə aparmışam. Nəzərə almaq lazımdı ki Karlsenin liderliyi o qədər uzun müddət deyil. 2-3 il əvvəl bütün turnirlərdə vahid lider kimi qəbul olunurdu. Amma hazırda belə deyil. Dünya çempionudu, lakin onun çoxlu sayda güclü rəqibləri var.
- Vüqar Həşimovla bağlı hansı xatirələri bizimlə bölüşə bilərsən?
- Vüqarla bağlı yalnız xoş xatirələrim var. Onun xatirəsinə keçirilən yarış yüksək səviyyədə təşkil olunub. Şəmkir turniri indiyə qədər iştirak etdiyim ən möhtəşəm yarışlardan biridi. Hər il Vüqarın adı bizləri yenə birləşdirir. Bu gün onun da iştirakçılar sırasında olmağını istərdim.
- Ötən il Bakıda keçirilən Şahmat Olimpiadasında millimiz bizi sevindirmədi. Yığmanın uğursuzluğunun səbəbi nə idi?
- Təşkilatçılıq yüksək səviyyədə oldu. Amma nəticəmiz yaxşı deyildi. Olimpiadadan 8 ay keçib. İndi bu haqda danışmaq olar. Millinin uğur qazanması üçün bütün şahmatçıların yüksək formada olması vacibdi. Olimpiada zamanı bəzi şahmatçılarımız o qədər yaxşı çıxış etmədi. Bəzi partiyalarda mənim, eləcə də Arkadi Naydiçin oyunu alınmadı. Komanda kimi qalib gəlmək üçün bütün lövhələrdə yaxşı nəticə lazımdı. Biz iki dəfə Avropa çempionu olmuşuq. Ancaq hələ Olimpiadada medalımız yoxdu. Bakıda mübarizə aparmaq böyük məsuliyyət idi. Hamımız nəticə qazanmaq istəyirdik. Təəssüf ki alınmadı. Mehriban komandamız var. Gələcəkdə Olimpiada da uğur qazanmaq şanslarımız çoxdu.
- Teymur Rəcəbovdan öyrənmək istəyən yeniyetmələr çoxdu. Gələcəkdə şəxsi şahmat akademiyanı və ya məktəbini açmaq haqda düşünmürsən?
- Gənclərlə görüşmək, təcrübəni bölüşmək çox maraqlıdı. Həmin məktəbdə müxtəlif seanslar keçirmək olar. Uşaqlara təcrübəli qrossmeysterlə görüş yaxşı mənada təsir edir. Hazırda bu haqda plan yoxdu. Olacaqsa, özüm orda olmaq istəyirəm. Yoxsa şahmat akademiyası və ya məktəbi açırsan, amma özün ildə bir-iki dəfə ora gəlirsən – bu doğru deyil. Onda belə çıxır ki, kommersiya məqsədi əsas götürülür. Hazırda bütün fikrimi karyerama yönəltmişəm. Əlbəttə, millimizə yaxşı şahmatçılar hazırlayacaq məktəbin olmasını istərdim. Orda müntəzəm seanslar və görüşlər təşkil etmək olardı. Məsələn, uşaq yaşlarımda Viktor Korçnoyun seansında iştirakımı indiyə qədər xatırlayıram. Bu üzdən uşaqlar üçün elə şərait yaratmaq əla ideyadı. Amma bu haqda heç bir planım yoxdu.
- Məryəm adlı qızın var. Övladın şahmatla maraqlanır?
- Qızım hələ kiçikdi. Fiqurları tanıyır, onların düzülüşünü bilir. Şahmatçı ailəsində olan uşaq, sözsüz ki, bu oyunu tanıyır. Qızıma təzyiq etmirəm. Gələcəkdə şahmata marağının hansı səviyyədə olacağını zaman göstərəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar