15 dek 13:36idman

“Baku Fires”in dağılması təsdiqləndi

“Baku Fires”in dağılması təsdiqləndi
Bir neçə ay əvvəl “Baku Fires”in dağılması haqda xəbər yaymışdıq. Həmin vaxt klubdan təkzib gəlmişdi. Ancaq vaxt ötdü, aylar keçdi və xəbərimizin əsassız olmadığı üzə çıxdı. Bir neçə gün əvvəl İsveçrənin Cenevrə şəhərində Dünya Boks Seriyasının (WSB) püşkatma mərasimi keçirilib. Gələn ilin fevralında başlayacaq 7-ci mövsümdə də 12 komanda iştirak edəcək. Artıq onlar 3 qrupa bölünüb. İştirakçılar Qazaxıstan, Kuba, Rusiya, Argentina, Çin, Meksika, Venesuela, Mərakeş, İtaliya, Fransa, Böyük Britaniya və Özbəkistanı təmsil edir. Göründüyü kimi, onlar arasında Azərbaycan təmsilçisi yoxdu. Bu da “Baku Fires”in dağılmasından xəbər verir. Bəlkə də klub hələ də yaşayır. Ancaq yaşasa belə, “Rabitə”, “Dinamo” və başqa klub və cəmiyyətlərimiz kimi daxili yarışlarda qüvvəsini sınayacaq. Gələcəkdə maliyyə durumu yaxşılaşsa, yenidən WSB-də iştirakı istisna olunmur.
Xatırladaq ki, “Baku Fires”in əsası 2010-da Rizvan Gənciyev tərəfindən qoyulub. Dağıstanlı menecerin araya-ərsəyə gətirdiyi klub yığmamızın “milliləşdirilmə” mərəzinə tutulmasının əsas səbəbkarıdı. Çünki məhz bu klubda çıxış etmiş bir çox şimallı boksçuya sonradan Azərbaycan pasportu verilib və onlar yığmaya cəlb olunub. “Baku Fires”in 6 mövsüm ərzində ən uğurlu çıxışı 2013/14 mövsümünə təsadüf edir. Həmin mövsümdə Nuripaşa Talibovun yetirmələri finala yüksəlmiş, “Sərhədçi”də keçirilən həlledici döyüşdə “Cuba Domadores”ə uduzaraq gümüş medalla kifayətlənmişdi.
Yığma üzvləri AÇ-də
Bu gün Estoniyanın paytaxtı Tallində şahmatın rapid və blits növü üzrə Avropa çempionatı start götürür. Qitə birinciliyinin ilk iki günündə rapid, növbəti 2 gündə isə blits üzrə mübarizə baş tutacaq. 150 zəka sahibinin qatıldığı məsul yarışda ölkəmizi kişilərdən ibarət yığmamızın 3 üzvü –Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədov təmsil edir. Rəcəbov həm rapiddə, həm də blitsdə reytinq favoritdi. Rapiddə mübarizə 11 tura yekunlaşacaq. Mükafat fondu 20 min avrodu. Avropa çempionu 4000, ikinci yerin sahibi 2500, üçüncü pillədə qərarlaşan şahmatçı isə 1500 avro qazanacaq. İlk “24-lük”də yer alan zəka sahiblərinə pul mükafatı veriləcək. Blitsdə 13 tura çempion müəyyənləşəcək. Burda mükafat fondu 10100 avro təşkil edir. İlk “3-lük”də yer alanlar uyğun olaraq, 2000, 1000 və 750 avro qazanacaq. Ən az mükafat 100 avrodu ki, bu da 20-ci yeri tutan şahmatçının hesabına yazılacaq.
Yeri gəlmişkən, dekabrın 13-də Milli Məclisin Gənclər və İdman Komitəsində şahmat yığmalarımızın bəzi üzvləriylə görüş keçirilib. Komitə sədri Fuad Muradov və komitənin sədr müavini Ülvi Quliyevlə görüş zamanı Şahmat Federasiyasındakı mövcud problemlər, bu idman növünün sonrakı inkişaf perspektivləri ətrafında önəmli fikir mübadiləsi aparılıb.
Voleybolçuların Estoniya sınağı
18 yaşadək oğlanlardan ibarət voleybol yığmamız Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında iştirak edəcək. Bu gün başlayacaq və dekabrın 19-dək davam edəcək yarış Estoniyanın Juro şəhərində baş tutacaq. Cəlil Baxtiyozinin rəhbərlik etdiyi komanda Estoniya, Ukrayna və Polşayla münasibətləri aydınlaşdıracaq. Turnir gələn il keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
Taekvondo yığmamız dünya çempionu oldu
Bakıda kişi və qadın taekvondoçular arasında keçirilən komandalararası dünya çempionatı başa çatdı. Dekabrın 14-də “Sərhədçi”də həlledici döyüşlər baş tutdu. Qrup lideri kimi yarımfinala yüksələn yığmamız finalın biraddımlığında Türkiyə ilə münasibətləri aydınlaşdırdı.
Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bəhrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayevdən (+87 kq) ibarət heyət qardaş ölkənin komandasına aman vermədi - 33:3. Millimiz həlledici görüşdə yarımfinalda Belçikanı 43:13 hesabıyla məğlub edən Koreya ilə qarşılaşdı. Taekvondonun yaradıcıları da Rza Mehmandostun komandasına müqavimət göstərə bilmədi. Asiyalıları 21:5 hesabı ilə üstələyən yığmamız ardıcıl 2-ci il dünya çempionu oldu. Bununla da millimiz titullarının sayına görə lider Koreyaya çatdı. Kişilərin yarışında Türkiyə, İran, Rusiya və Meksikanın hərəyə bir çempionluğu var.
İndi isə qadınların yarışından bəhs edək. Yarımfinalda Çin Türkiyəni (9:6), Koreya Rusiyanı (17:10) məğlub etdi. Həlledici görüşdə asiyalıların duelindən isə çinlilər qalib ayrıldı - 6:4.
Voleybol üzrə birinci divizion yaradılır
Voleybolda maliyyə problemlərinin yaranmasıyla klubların sayının ildən-ilə azalması müşahidə olunur. Hazırda çempionatda çıxış edən cəmi 4 komanda (Gürcüstanı saymırıq) var. Belədə nə qədər voleybolçu klubsuz qalır. Voleybol Federasiyası bu problemi aradan qaldırmaq və bu idman növündə nisbətən kütləvilik yaratmaq üçün 1-ci dəstəni yaratmaq qərarına gəlib. Gəncə, Qax, Şəki kimi bölgələrin komandalarının cəlb olunduğu yarış həm kişilər, həm də qadınlar arasında baş tutacaq. Təsdiqlənən ilkin siyahıya görə, kişilərin yarışında 12, qadınların turnirində isə 9 komanda çıxış edəcək. Dekabrın 17-də başlayacaq divizion oyunları aprelədək davam edəcək. Turnir 2 dövrədən ibarət olacaq. Masallı və Salyan komandalarının maliyyə problemi üzündən divizionda mübarizə apara bilməyəcəyini də nəzərinizə çatdıraq.
Voleyboldan söz düşmüşkən, kişilərin ölkə çempionatının ikinci dövrəsinin Bakıda təşkil olunacağını bilirsiz. Federasiya təqvimi açıqlasa da, oyunların hansı idman kompleksində baş tutacağına aydınlıq gəlməyib. Dünən bu məsələylə bağlı AVF-nin çempionatların təşkili üzrə əlaqələndiricisi Oqtay Musayevdən məlumat aldıq. 2-ci dövrədə “Lokomotiv” ev oyunlarını Biləcəridə yerləşən bazasında keçirəcək. Əksər görüşlər AVF-in zalında baş tutacaq. Ancaq iddialıların qarşılaşmasının (“Neftçi” – “Lokomotiv”) Dərnəgül Voleybol Mərkəzində keçirilməsi nəzərdə tutulub. Məqsəd bu matçın televiziya vasitəsiylə yayınını təşkil etməkdi. Ancaq həmin oyunun “İdman Azərbaycan”, yoxsa “CBC Sport” tərəfindən mavi ekranlara daşınacağı açıqlanmayıb.
Xatırladaq ki, kişilərin çempionatında 2-ci dövrənin oyunları dekabrın 22-26-da keçiriləcək.
AİBA boksda ciddi islahatlar edəcək
Məcidov ölkə çempionatında iştirak etmək istəyir
Olimpiadadan sonra boks aləmində durğunluq yaşanır. Kişilərdən ibarət yığmada qeyri-müəyyənlik davam edir. Kubalı baş məşqçi Pedro Rokye istefaya göndəriləndən sonra millinin “sükan”ı heç kimə tapşırılmayıb. Halbuki bu məsələyə çoxdan aydınlıq gətirilməliydi. Bəlkə də federasiyada ötən ildən baş qaldırmış maliyyə problemlərinin də durğunluqda böyük rolu var. Rəhbərlik əsas komandanı yerli, ya əcnəbi mütəxəssisə həvalə etmək üzərində baş sındırır. Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda məsələylə bağlı federasiya rəhbərliyi səviyyəsində iclas olmalıdı. Bundan sonra yığmanın məşqçi heyətiylə bağlı ortaya çıxmış suallara aydınlıq gələcək. Hələlik dəqiqləşən odu ki, ölkə çempionatı yanvarın 24-30-u aralığında keçirəcək.
Bu haqda qəzetimizə yığmanın böyük məşqçisi Nəriman Abdullayev məlumat verdi: “Ölkə çempionatında yığma üzvlərinin də iştirakı planlaşdırılır. Məhəmmədrəsul Məcidov bir neçə dəfə mənimlə əlaqə saxlayıb. Çempionatın nə vaxt keçiriləcəyini soruşub. İkiqat dünya çempionu da birincilikdə iştirak etməkdə maraqlıdı. Albert Səlimovun Olimpiadadan sonra bir dəfə ölkəmizə gəlib, daha sonra vətəninə qayıtdığını eşitmişəm. Ancaq mənimlə görüşməyib. 60 kq-da çıxış edən boksçunun karyerasını davam etdirib-etdirməyəcəyi hələ bilinmir. Eyni sözləri Əbdülqədir Abdullayev haqda da deyə bilərəm. Bu boksçuyla bağlı qeyri-müəyyənlik davam edir. Heybulla Musalova gəlincə, bildiyiniz kimi, onun gözündə ciddi problem var. Həkimlər ona döyüşməyi qadağan edib. Hələ bir müddət rinqə çıxa bilməyəcək. Bunun nə qədər davam edəcəyini bilmirəm”.
Olimpiadada boks yarışında idarəçilik birmənalı qarşılanmadı. Əksər ölkələr hakimləri qərəzli idarəçilikdə suçladı. Elə bizimkilər də bir neçə boksçumuzun referilərin yanlış qərarlarıyla uduzduğunu bildirdi. AİBA bir çox ölkələrin narazılığını nəzərə alaraq, bu sahədə islahatlar həyata keçirməyi planlaşdırır. Abdullayevi dinləyək: “Olimpiadada hakimlik etmiş 36 referi vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra hər raundda toplanan xalların tabloda göstərilməsi planlaşdırılır. Belədə boksçular hər raunddan sonra kimin öndə olacağını biləcək. Bu da şəffaflığı təmin etmək üçün atılmış addımdı. Ancaq bu qərar hələ müzakirə olunur, təsdiqlənməyib. Digər bir məsələ isə raundların artırılmasıyla bağlıdı. Döyüşün 5 raundadək davam etməsi mümkündü. Bu qərar qəbul edilsə, hər raund 2 dəqiqə çəkəcək”.
“Azərreyl” ÇL-ə qələbəylə başlayacaqmı?
AZƏRREYL – Tauron (Polşa)
Hakimlər: İvan Lazareviç (Serbiya), Stefano Çesare (İtaliya).
15 dekabr. Bakı. Dərnəgül Voleybol Mərkəzi. Saat 18.00
Bu gün “Azərreyl” Çempionlar Liqasında yeni mövsümə start verəcək. Təmsilçimiz C qrupundakı əsas rəqiblərindən birini qəbul edəcək. “Tauron” hər nə qədər güclü rəqib olsa da, çempionumuz qrupdan çıxmaq istəyirsə, evdə polşalılara qalib gəlməlidi. Hərçənd gənc Famil Ağayevin təcrübəsizliyi fonunda ÇL-də uğurlu çıxış dumanlı görünür. Heyətin də iddialı olduğunu söyləmək olmaz. Odina Bayramova və Kseniya Poznyak kimi yığma üzvləri komandadan ayrılıb. “Azəryol”dan cəlb olunan Yekaterina Jidkova yaxşı formada olsa da, eyni sözləri Malika Kansonq haqda söyləyə bilmərik. Sanki yaş artıq sözünü deyir. Xüsusən “Telekom”la oyunlarda həlledici məqamlarda səhvlərə yol verməsi taylandlı voleybolçudan çox şey gözləməyin əbəs olduğunu deyir. Qalan legionerlər də hələ ki özünü sübut edə bilməyib.
Bəs “Tauron”da vəziyyət necədi? Polşa çempionatında 6-cı pillədə qərarlaşan Dabrova Qornitsa təmsilçisində cəmi 4 legioner var ki, onların da üçü bizə tanışdı. Alman Ketlin Vays və argentinalı Yael Kastiqlione 2010/11 mövsümündə “İqtisadçı”nın formasını geyib. Amerikalı Reqan Hud isə 2011/12 mövsümündə “Bakı”nın şərəfini qoruyub. Komandanın 4-cü legioneri çex Helena Horkadı. Düzdü, Polşada hazırda ÇL-i qazanmağa ən iddialı komanda “Xemik” sayılır. Ancaq “Tauron” da asan təslim olan komandalardan deyil. Ümumiyyətlə, Polşa klubları intizamlı oyunuyla seçilir və sonadək mübarizə aparır. Bu oyunla bağlı proqnoz vermək çətindi. Ancaq meydanda gərgin mübarizənin yaşanacağını söyləyə bilərik. Təəssüf ki, “Azərreyl” rəqibini Bakı İdman Sarayında yox, Dərnəgül Voleybol Mərkəzində qəbul edir. Bu isə o qədər də böyük azarkeş kütləsinin olmayacağı anlamına gəlir. Bu da çempionumuzun işini çətinə salacaq amillərdəndi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar