26 apr 20:07idman

Azərbaycan derbisində yenə “sülh”

Azərbaycan derbisində yenə “sülh”
Məmmədyarov: “Teymura qarşı çox vaxt sərf etmirəm”

Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirə turniri davam edir. Dünən 4-cü turun oyunları keçirildi. Bu tur Azərbaycan derbisi baş tutdu və gözlənilən nəticə qeydə alındı. Belə ki, Şəhriyar Məmmədyarovla (2772) Teymur Rəcəbov (2710) 24-cü gedişdə heç-heçəyə razılaşdı. Rodislav Voytaşek (Polşa, 2745) – Sergey Karyakin (Rusiya, 2783), Maykl Adams (İngiltərə, 2761) – Pavel Elyanov (Ukrayna, 2751) və Veselin Topalov (Bolqarıstan, 2741) – Uesli So (ABŞ, 2822) duellərində də qalib müəyyənləşmədi. Sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2811) isə turnirdə ilk qələbəsini Pentala Harikrişna (Hindistan, 2755) üzərində qazandı.
Xal durumu: MƏMMƏDYAROV – 3, Topalov, Elyanov, Adams, Kramnik – 2,5, RƏCƏBOV, Karyakin, Voytaşek, So – 1,5, Harikrişna – 1.
Bu gün 5-ci turun görüşləri baş tutacaq: So – Kramnik, Karyakin – Topalov, Elyanov – Voytaşek, RƏCƏBOV – Adams, Harikrişna – MƏMMƏDYAROV.
Reaksiyalar
Teymur Rəcəbov: "Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Ümumiyyətlə, komanda yoldaşına qarşı mübarizə aparmaq asan deyil. Bu gün heç-heçə qaçılmaz oldu. Ümumilikdə 4 turu qiymətləndirmək çətindi. İlk turda məğlubiyyəti nəzərə almasaq, çıxışımı normal adlandırmaq olar. Daha yaxşı oyun nümayiş etdirmək istəyirəm. Qarşıdakı oyunlara hazırlaşacam. Turnirdə əsas partiyalar irəlidədi".
Şəhriyar Məmmədyarov: "Bizim qələbə və ya məğlubiyyətlə nəticələnən partiyalarımız az olmayıb. Dünya Kubokunda, eləcə də başqa turnirlərdə açıq mübarizə aparmışıq. Rəqiblərə saatlarla hazırlaşıram. Amma Teymura qarşı çox vaxt sərf etmirəm. Bu dəfə Şəmkirdə, ümumiyyətlə, hazırlaşmadım. Rəcəbov çox güclü şahmatçıdı. Amma ən əsası, o mənim komanda yoldaşım, dostumdu. Uzun illər onunla birgə millinin şərəfini qoruyuruq. İki dəfə Avropa çempionatının qalibi olmuşuq. Elə yarış olub ki, orda Teymura azarkeşlik etmişəm. Yaxşı münasibətimizin olması sirr deyil. Teymura qarşı oynamaq çətindi. Çünki bir-birimizi yaxşı tanıyırıq. Açıq mübarizə aparmaq həmişə mümkün olmur".
Radoslav Voytaşek: "Şəmkirdə bütün rəqiblər güclüdü. Karyakinlə oyuna gəlincə, üstünlüyüm yox idi. Sergey heç bir səhvə yol vermədi. Debütdən istədiyim üstünlüyü əldə etmədim. Bu üzdən uğur qazanmaq mümkün deyildi. Risk etmək mənasız idi. Adətən, turnirlərə dəvət aldığım zaman həyat yoldaşımla məsləhətləşirəm. Gedəcəyim yeri birinci ona söyləyirəm. Bəzən turnirlərə birgə yollanırıq".
Sergey Karyakin: "Maykl Adamsa uduzmaq mənə pis təsir etdi. Ona böyük hörmətim var. Dünən oyuna ciddi hazırlaşmışdım. Rəqibin gözlənilməz gedişləri partiyada vəziyyəti tam dəyişdi. Bu gün qara fiqurlarla üstünlük qazanmaq istəsəm də, alınmadı. Açılışdan sonra bərabər səviyyədə mübarizə getdi. Azərbaycanda hər bir şahmat yarışı yüksək səviyyədə keçirilir. Şəmkirə böyük həvəslə gəlirəm. Burda uğur qazanmaq üçün şahmatçılara bərabər səviyyədə şərait yaradılır. Təəssüf ki, indiyə qədər dostum Vüqarın xatirəsinə keçirilən yarışda çempion olmamışam. Qarşıda 5 tur var. Bu oyunlarda özümü yaxşı tərəfdən göstərməliyəm".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar