24 apr 18:39idman

Şəhriyar Şəmkirdə ağalıq edir

Şəhriyar Şəmkirdə ağalıq edir
Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirə turniri davam edir. Şənbə günü 2-ci turun oyunları keçirildi. Şəhriyar Məmmədyarov (2772) ağ fiqurlarla Sergey Karyakinlə (Rusiya, 2783) qarşılaşdı. Tərəflər 22-ci gedişdə heç-heçəyə razılaşdı. Teymur Rəcəbovun (2710) “qaralar”la sabiq dünya çempionu Vladimir Kramniklə (Rusiya, 2811) görüşü ağır mübarizə şəraitində keçdi. 73-cü gedişdə şahmatçılar masadan “sülh”lə ayrılmaq qərarına gəldi. Daha bir sabiq dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2741) Radoslav Voytaşeki (Polşa, 2745), Pavel Elyanov (Ukrayna, 2751) isə Pentala Harikrişnanı (Hindistan, 2755) məğlub etdi. Maykl Adams (İngiltərə, 2761) - Uesli So (ABŞ, 2822) görüşündə qalib müəyyənləşmədi.
Dünən isə 3-cü tur geridə qaldı. “Qaralar”la oynayan Məmmədyarov Rəcəbovun qisasını Elyanovdan aldı. Ardıcıl 2-ci qələbədən sonra Pavel 66-cı gedişdə Şəhriyara təslim oldu. Teymur isə “ağlar”la 28-ci gedişdə Harikrişnayla xal bölgüsünə razılaşdı. Topalov – Kramnik, So – Voytaşek duellərində də “sülh” qeydə alındı. Adams isə gözlənilmədən “qaralar”la Karyakindən güclü oldu.
Xal durumu: MƏMMƏDYAROV – 2,5, Elyanov, Topalov, Adams – 2, Kramnik – 1,5, Harikrişna, Karyakin, So, Voytaşek, RƏCƏBOV – 1.
Bu gün 4-cü turun oyunları baş tutacaq: MƏMMƏDYAROV – RƏCƏBOV, Kramnik – Harikrişna, Adams – Elyanov, Voytaşek – Karyakin, Topalov - So.
Reaksiyalar
Şəhriyar Məmmədyarov: "Karyakin çox güclü şahmatçıdı. Sözün əsl mənasında favoritlərdən biridi. Statistikaya nəzər salsaq, məhsuldar oyunlarımız heç-heçədən çox olub. Sadəcə, bu gün alınmadı. Debütdən üstünlük qazanmağa imkan verilmədi. Daimi şah vermək heç-heçəyə gətirdi. Etiraf edim ki, bir-birimizi çox yaxşı tanıyırıq. Bu üzdən rəqibi məğlub etmək çox çətindi. Dünya çempionluğu uğrunda yarışmaq istəyirəm. Fikrim bütövlüklə karyerama yönəlib. İddiaçıların Turnirində iştirak edərək uğur qazanmaq arzusundayam. Bəlkə gələcəkdə başqa sahədə çalışmaq haqda düşündüm. Amma həmişə şahmatda qalmaq istəyirəm. Fərq etmir, şahmatçı və ya məşqçi kimi. “El Klasiko”nu izləyəcəm və "Barselona"ya azarkeşlik edəcəm”.
Sergey Karyakin: "Heç-heçələrimiz az olmayıb. Amma Şəhriyarı yaxşı tanıdığımdan həmişə qələbəyə oynayıram. Gedişlərinə fikir verirəm. Səhv etmir, çox diqqətli oynayır. Ötən il İddiaçıların Turnirində Şəhriyar komandamda yer almışdı. Məşqçi kimi mənə kömək etdi. Birgə hazırlığın bəhrəsi oldu. Məşqlər zamanı blits oynayırdıq. Hətta o zaman bir-birimizə fikirləşməyə vaxt vermirdik. Şəhriyar gözəl insan, daim dostuna sadiq şahmatçıdı. Bakıdakı Dünya Kubokunda üstünlüyü var idi. Sonradan vəziyyət bərabərləşdi və heç-heçə qeydə alındı. Nəticədə sonda mən qalib gələrək növbəti mərhələyə keçdim. Şəhriyarın uğur qazanmasını arzulayanlardan biri mənəm. Əlbəttə, rəqib olanda dostluq müəyyən müddətə unudulur. İlk növbədə təşkilatçılara təşəkkür edirəm. Möhtəşəm turnirdi. Özümü burda evimdə olduğu kimi hiss edirəm. Yalnız şahmat haqda düşünürük. “El Klasiko”ya birgə baxmağı planlaşdırırıq. Kimə azarkeşlik edəcəm? Maqnus Karlsen "Real"a azarkeşlik edirsə, mən də "Barsa"ya dəstək olacam".
Uesli So: "Adams böyük təcrübəyə malikdi. Üstünlük əldə etməyə imkan vermədi. Bir neçə gedişdən sonra rəqibin səhv edəcəyini gözləsəm də, alınmadı. Heç-heçə ədalətli nəticədi. Hərçənd yekunda yüksək yerdə qərarlaşmaq istəyirəmsə, qalib gəlməyə borcluyam. Şəmkirə yarışdan 3 gün əvvəl gəlməyimdə məqsəd bura öyrəşmək idi. Saat fərqi problem yaratmır. 3 gün Şəmkirə öyrəşməyə kifayət etdi. Yuxuyla bağlı da narahatlıq yaşamıram. Hər gün oyunlara 1-2 saat hazırlaşıram".
Maykl Adams: "So ilk turda Şəhriyara uduzandan sonra bu gün çətin olacağını bilirdim. Partiya o qədər maraqlı olmadı. Gedişlər bir neçə dəfə təkrarlandı. Nəticədə heç-heçə qeydə alındı. Şəmkir turnirində özümü yaxşı tərəfdən göstərmək istəyirəm. İddiaçılar sırasında olmasam da, yaxşı oyunla yadda qalmaq niyyətindəyəm".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar