Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”

Fariz Yusifov hakim-inspektor kimi qayıdır
24 apr 18:12idman
Xəzərdən su səyahəti Mingəçevirə çatdı

4-cü İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şəmkirdən sonra növbəti ünvanı dünən Mingəçevir olub. Şəhərdə su səyahətinə Kür çayından su götürülməklə start verilib. Kür çayında hərəkət edən motorlu qayıqda olan sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında ölkə çempionu Cavanşir Qasımov və üzgüçülük həvəskarı İsfəndiyar Kərimov Bakı-2017-nin misdən hazırlanmış səhəngini Kür çayının suyu ilə dolduraraq axşam saatlarında Heydər Əliyev parkında keçirilən “Su festivalı”nda nümayiş etdirib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. İslamiadanın təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Yarışda komanda hesabında Mingəçevir şəhər 3 və 10 saylı orta məktəblərinin və Texniki Humanitar Liseyin şagirdləri uyğun olaraq ilk “3-lük”də qərarlaşıb. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikatlar, məlumat kitabçaları, biletlər təqdim olunub.
Şərh yaz