23 apr 12:56idman

Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır

Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır
Dünən mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" superturnirinin açılış mərasimi keçirildi. Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonun icra başçısı Alimpaşa Məmmədov bütün qonaqları salamladı. O, artıq 4-cü ildi turnirin Şəmkirdə çox uğurla həyata keçirildiyini bildirdi: "İldən-ilə turnirin reytinqi artır. Dünyanın ən ünlü qrossmeysterlərinin bu yarışa marağı çoxalmaqdadı. Bu dəfə 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində belə yarışı paytaxtdan 400 km aralıda keçirmək qabiliyyətinə malik olduğumuzu göstəririk".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bütün yarış iştirakçılarına uğurlar arzuladı. O, xatirə turnirinin gələcəkdə də yüksək səviyyədə təşkil olunacağına inam ifadə etdi. Nazir müavini ölkədə şahmatın kütləviliyindən danışaraq, orta məktəblərdə bu növ üzrə dərslərin keçirildiyini xatırlatdı. İsmayılov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinova da Azərbaycanda şahmatın inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov ardıcıl 4-cü dəfə keçirilən "ShamkirChess" turnirinin ölkə hüdudlarını aşdığını vurğuladı. O, dünyanın bir çox nüfuzlu şahmatçısının bu yarışda iştirakı özünə şərəf bildiyini söylədi: "Şübhəsiz, bu, Vüqar Həşimovun dünyada tanınmış şahmatçılar sırasında yer alması, fərdi şəkildə və Azərbaycan yığmasının heyətində böyük uğurlar qazanması ilə bağlıdı. Dünya şahmat ailəsi Azərbaycanı təkcə Harri Kasparovu yox, Vüqar Həşimov kimi şahmatçını yetişdirən ölkə kimi tanıyır. Ötən il Şəhriyar Məmmədyarov gərgin mübarizədə "ShamkirChess"in qalibi oldu. Bu il də böyük rəqabətin olacağına inanıram".
Daha sonra ötən il Bakıda keçirilmiş Şahmat Olimpiadasından hazırlanmış videoçarx nümayiş etdirildi.
Kirsan İlümjinov artıq 3-cü dəfədi Şəmkirə gəldiyini bildirdi: "Bağışlayın, hələ rusca danışacam. Turnir 5-ci dəfə keçiriləndə söz verirəm ki, Azərbaycanca danışacam. Vüqar Həşimovun valideynlərinə minnətdaram ki, belə oğul böyüdüblər. Yadımdadı, 2004-cü ildə Vüqar Həşimov atası ilə Yunanıstanda mənə yaxınlaşdı və dedi ki, mən Heydər Əliyevin komandasındanam. Yəqin ki, Heydər Əliyevin, İlham Əliyevin dövlət səviyyəsində şahmata dəstəyi olmasaydı, bu cür yüksək nailiyyətlər göstərən şahmatçılar yetişməzdi".
İlümjinov bildirdi ki, keçmiş dünya çempionu Vladimir Kramnik bu yaxınlarda verdiyi müsahibədə Şəmkiri balaca şəhər adlandırıb. O, həmin müsahibəyə görə etiraz məktubları aldığını söylədi: "Şəxsən Alimpaşa Məmmədov etiraz etdi ki, Şəmkir balaca yox, böyük şəhərdi. Həqiqətən də Şəmkir Azərbaycanın Linaresidi. Linares də məhz dünyanın tanınmış şahmatçıları hər il oynadıqdan sonra dünyada məşhurlaşdı. Gələn il Şəmkiri Azərbaycanın Linaresi adlandıracağıq".
Mərhum qrossmeysterin atası Qasım Həşimov turnirin dünya səviyyəsində yer tutduğunu bildirdi. O, artıq Şəmkirin Linares turnirini üstələməyə başladığını vurğuladı. Ata Həşimov turnirdə FİDE başqanının üçüncü dəfə iştirakını yüksək qiymətləndirdi: "Elə bilirlər ki, mən burda doğulmuşam. Amma məndən soruşanda "şəmkirlilər hamısı mənim qohumumdu" deyirəm. Xalqıma təşəkkür edirəm ki, belə oğulları var və olacaq. Hər il Veyk-an-Zeedə keçirilən turnirdə Vüqar Həşimovun adına mükafat verilir. Digər oğlum Sərxan gedib mükafatı təqdim edir. Vüqar Həşimovun xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun adına Şahmat Akademiyası açılıb".
Açılış mərasimindən sonra püşkatma baş tutdu. Nəticədə ilk turun cütlükləri müəyyənləşdi. Maraqlıdı ki, hər iki şahmatçımız mükafat fondu 100 min avro olan memoriala qara fiqurlarla başlayacaq. Bu gün saat 15.30-da başalayacaq ilk turdakı qarşılaşmalar bunlar olacaq:
Radoslav Voytaşek (Polşa, 2745) - Vladimir Kramnik (Rusiya, 2811), Veselin Topalov (Bolqarıstan, 2741) - Maykl Adams (İngiltərə, 2761), Uesli So (ABŞ, 2822) - ŞƏHRİYAR MƏMMƏDYAROV (2772), Sergey Karyakin (Rusiya, 2783) - Pentala Harikrişna (Hindistan, 2755), Pavel Elyanov (Ukrayna, 2751) - TEYMUR RƏCƏBOV (2710).
Xatırladaq ki, "ShamkirChess"də 2014 və 2015-ci illərdə norveçli dünya çempionu Maqnus Karlsen, ötən il isə Şəhriyar Məmmədyarov qalib gəlib.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar