20 in 15:11idman

“Çox güman, yunan-Roma güləşi 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramında yer almayacaq”


Namiq Əliyev AGF-nin maliyyə problemiylə üzləşəcəyini düşünmür
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti əvəzi, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev AGF-nin saytına müsahibə verib. Qurum rəhbəri bir sıra aktual məsələlərə toxunub.
- UWW-nin İcraiyyə Komitəsinin son iclasında bir sıra qərarlar qəbul olundu. Beynəlxalq yarışlara qoyulan qadağa avqustun 31-dək uzadıldı. Buna münasibətiniz necədi?
- Bilirsiz ki, bu qərarların verilməsinə səbəb bütün dünyada davam edən pandemiyadı. Bəzi ölkələrdə koronavirusa yoluxanların sayı artmaqdadı. Ona görə də bu qərarın doğru olduğunu düşünürəm. Düzdü, yarışların keçirilməməsi bütün idmançılara mənfi təsir göstərir. Hamı çalışır ki, turnirlər mümkün qədər tez başlasın. Ancaq bunu mövcud vəziyyətdə verilmiş doğru qərar hesab edirəm.
- Dekabrda böyüklər arasında dünya çempionatı keçirilə bilər. Bu yarışın bu il təşkili nə dərəcədə real və vacibdi?
- Fikrimcə, dünya çempionatının dekabrda keçirilməsi realdı. Olimpiada olan ildə bu yarış keçirilmir. Olimpiya Oyunları gələn ilə təxirə salındığı üçün gələn il keçirilməli olan dünya çempionatının bu ilin dekabrında baş tutması məntiqəuyğundu. Bu, hazırlıq prosesində güləşçilərin motivasiyasını da artıracaq. Artıq Serbiya DÇ üçün namizədliyini irəli sürüb. Daha 5-6 ölkə bu yarışı keçirmək istəyir. Büronun iclasında pandemiya şəraitində yarışlarla bağlı A, B və C variantları irəli sürüldü. Artıq bəzi idman növlərində turnirlər bərpa olunub. Fikrimcə, sentyabrdan güləşdə də yarışlara start veriləcək.
- 2022-ci ildə Dakarda keçiriləcək yeniyetmələrin Olimpiadasının proqramından yunan-Roma güləşi çıxarılıb və onun yerinə çimərlik güləşi əlavə edilib. Bu qərardan sonra Paris-2024 və ya Los Anceles-2028-in proqramından da yunan-Roma güləşinin çıxarılacağını gözləmək olarmı?
- Yunan-Roma güləşin ən qədim növü hesab olunur. Bunu adından da görürük. Sadəcə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) özünün prinsipləri var ki, onlardan da biri idmanın baxımlı olmasıdı. Bu yanaşma doğrudu. Bütün idman növləri hərtərəfli təhlil olunur. Son zamanlar güləşin bu növündə baxımlılıq, izləyici kütləsi azalıb. Baxmayaraq ki, UWW müəyyən qaydalarda dəyişikliklər etməklə baxımlılığı artırmağa çalışır. Yeniyetmələrin Olimpiadasına çimərlik güləşi daxil edilib. Artıq bir neçə ildi ki, güləşin bu növü üzrə yarışlarda təmsil olunuruq, çempionlarımız var. Ötən il ilk dəfə keçirilən Dünya Çimərlik Oyunlarında iki medal qazandıq, Oyan Nəzəriani dünya çempionu oldu. Bu sahədə fəaliyyətimizi daha da gücləndirəcəyik. UWW-nin İcraiyyə Komitəsinin iclasında gedən müzakirələrə əsasən deyə bilərəm ki, çox güman, yunan-Roma güləşi 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramında yer almayacaq.
- Pandemiyaya görə gələn il Olimpiadanın keçirilməsi də sual altındadı. Sizcə, Tokio Yay Olimpiya Oyunlarının baş tutmama riski varmı?
- Dünənki iclasda da UWW-nin prezidenti Nenad Laloviç bu fikrə neqativ münasibətini ortaya qoydu. Məsələ burasındadı ki, Tokioda mer seçkiləri keçiriləcək. Namizədlərdən biri platformasında qeyd edib ki, seçkilərdən qalib çıxsa, Olimpiadanın Tokioda keçirilməməsinə çalışacaq. Bu, daha çox siyasi bəyanatdı. Olimpiya Oyunları sıradan yarış deyil ki, onu ləğv edib-etməmək hansısa merin qərarından asılı olsun. Hesab edirəm ki, bununla bağlı problem olmayacaq. Gələn il Olimpiada baş tutacaq. Əks halda Yaponiya idman aləmində etibarını itirəcək. O zaman gələcəkdə Yaponiya Olimpiadanın təşkilatçılığıyla bağlı namizədliyini irəli sürsə, hansısa ölkənin onların lehinə səs verəcəyini düşünmürəm. BOK bəyan edib ki, Olimpiya Oyunları gələn il də baş tutmasa, ləğv olunacaq və 2024-cü ildə Parisdə keçiriləcək. Çünki bütün federasiyaların çoxlu yarışları var. Bu prosesin uzadılması bütün idman növlərində xaos yarada bilər.
- Olimpiadanın gələn ilə təxirə salınması bəzi güləşçilərimizin xeyrinə oldu. Zədəlilər zədələrini sağaldır, bəzi perspektivli gənclər böyüklər kateqoriyasına keçir və bu idmançılar Olimpiadada iştirak etmək şansı qazanacaq. Ancaq bəzi təcrübəli güləşçilərimizin yaşının üstünə yaş gəlir və get-gedə daha gənc rəqiblərlə mübarizə aparmaq çətinləşir. Olimpiadanın gələn ilə təxirə salınmasını ümumilikdə güləşimiz üçün necə qiymətləndirirsiz?
- Bu suala birmənalı cavab vermək çətindi. Bilirsiz ki, son vaxtlar yığmalarımızda gəncləşdirmə siyasəti həyata keçiririk. Bəzi zədəli güləşçilərimiz gələn ilə kimi tam bərpa olunmaq şansı əldə edib. Sərbəst güləşdə 74 və 86 kq-da bununla bağlı problemlər var idi ki, Olimpiadanın gələn ilə təxirə salınması həmin problemləri aradan qaldırmağa imkan verdi. Ancaq məsələnin digər tərəfinə də baxmaq lazımdı. Olimpiadanın zirvəsində gördüyümüz Mariya Stadnikin yaşı artıq 30-u keçib. Olimpiya çempionu olacağına inandığımız Şərif Şərifov da yaş problemiylə üzləşir. Düzdü, Mariya o səviyyədə idmançıdı ki, onu kiminləsə əvəzləmək çətindi. Ancaq Şərifin çəkisində gənc və perspektivli, onu əvəzləyə biləcək idmançılar var. Müsbət və mənfi məqamları tərəzinin gözünə qoyanda bu təxirəsalmanın lehimizə olduğunu söyləyə bilərəm.
- Olimpiya kvotası azaldılıb və hər çəkidə cəmi 16 güləşçi çıxış edəcək. Bu səbəbdən lisenziya qazanmaq uğrunda çox ağır mübarizə gedəcək. Bu şəraitdə neçə lisenziya qazanmaq əsas hədəf kimi götürülüb?
- Bizim lisenziya qazanmaqla bağlı problemimiz yoxdu. Çünki güləşçilərimizin gücü və hazırlıq səviyyəsi buna imkan verir. Biz heç vaxt çalışmamışıq ki, lisenziya qazanmaq xatirinə Olimpiadaya turist aparaq. Olimpiya Oyunlarına qatılan bütün güləşçilərimizə potensial medalçı gözüylə baxırıq. Həmin idmançılar da lisenziya qazanmağa qadirdi. Rio-2016-da 18 çəkidən 14-də təmsil olunmuşduq. Onlardan da 9-u medala dönmüşdü. Bu, həqiqətən böyük göstəricidi. Olimpiada kimi ağır yarışda buna nail olmaq heç də asan deyil. Düşünürəm ki, bu dəfə də lazımlı lisenziyaları əldə edəcəyik. Güləşçilərimizin böyük potensialı var. Son Avropa çempionatında “2-3-cü nömrələri” sınaqdan keçirdik və onlar ümidləri doğrultdu. Bütün bunlar lisenziya yarışlara nikbin baxmağa əsas verir və bununla bağlı problem olacağını düşünmürəm.
- Azərbaycanda güləş hər zaman beynəlxalq arenalarda ən yaxşı nəticə verən idman növü olub. Bunu statistikaya baxanda da aşkar görürük. Ötən il Minskdə keçirilən 2-ci Avropa Oyunlarında qazanılan nəticələr də bunu bir daha sübut etdi. Ölkəmizin qazandığı 28 medaldan 10-u güləşçilərin payına düşdü. Beş qızıl medaldan üçünü güləşçilər əldə etdi. Azərbaycanda güləşin uzun illər davam edən liderliyini nə ilə izah edə bilərsiz?
- Bunun bir çox səbəbləri var. Düzdü, bütün idman növlərinə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Cənab prezidentin güləşə xüsusi rəğbəti var. Bakıda keçirilən Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında özü və Mehriban xanım gəlib, güləş yarışlarını canlı izləyirdi. Əlbəttə, bu da güləşçilərdə böyük motivasiya yaradır. Digər tərəfdən, ölkəmizdə güləşin böyük ənənələri var. Milli idman növü sayılır. Dövlətin qayğısı nəticəsində güləş daha da inkişaf edib və bu ənənələr davam etdirilib. Yeniyetmələr, gənclər və böyüklər arasında hər il Avropa və dünya çempionlarımız olur. Ötən il Avropa Gənclər Olimpiya Festivalında 18 güləşçimizdən 16-nın medal qazanması da böyük potensialdan xəbər verir. İnşallah, güləşin bu liderliyi belə də davam edəcək. Yeniyetmələrin Olimpiadasında həmişə çempionlarımız olub. Bütün bunlar deməyə əsas verir ki, güləşin gələcək perspektivləri də doğru istiqamətdədi. Yarışlar da bunu göstərəcək.
- Yeniyetmə və gənclərdən xüsusilə fərqləndirdiyiniz və böyüklər arasında da ciddi uğurlar qazanacaqlarına əmin olduğunuz güləşçilər varmı?
- Yeniyetmələrdən kiminsə adını çəkmək çətindi. Bu, idmandı. Bəzən perspektivli idmançılar ağır zədəylə üzləşir. Çox böyük potensialı olan yeniyetmə və gənc güləşçilərimizi qorumalıyıq. Son mərhələyə kimi onları çatdırmaq lazımdı. Bəzi yeniyetmələr arasında olimpiya çempionlarımız müəyyən səbəblərdən itdilər və bu gün yoxdular. Halbuki dünya güləş aləmində deyirdilər ki, bu uşağa qarşıdakı 10 il ərzində heç kim qalib gələ bilməyəcək. Ona görə də kiminsə adını çəkib, onu arxayınlaşdırmaq olmaz, ehtiyatı qorumaq lazımdı.
- Əvvəllər qadın güləşində bütünlüklə legionerlər ölkəmizi təmsil edirdi. Ancaq tədricən bu komandanın tərkibinə perspektivli yerli idmançılar cəlb olunmağa başladı. Yeniyetmə və gənclər arasında dünya və Avropa çempionu olan azərbaycanlı qadın güləşçilər var. Ötən il festivalda 3 qız güləşçimizin medal qazanması da bu sahədə inkişafın getdiyindən xəbər verir. Ölkəmizdə qadın güləşinin inkişaf sürəti və kütləvilik sizi qane edirmi?
- Qadın güləşi son 15 ildə yaranıb. Yaponlar bundan çox məharətlə istifadə etdilər və bu gün qadın güləşində dominantlıq edirlər. Yeri gəlmişkən, son iclasda qeyd olundu ki, qadınlar arasında yunan-Roma güləşinin inkişaf etdirilib, Olimpiadanın proqramına salınması məsələsi gündəmdədi. Bu da BOK-un gender bərabərliyi prinsiplərinə uyğundu. Hər idmançını yetişdirmək üçün vaxt lazımdır. Üç-beş ilə heç kim dünya səviyyəli idmançı olmur. Bunun üçün uzun müddət lazımdı. Vaxtilə bizdə mentallığa görə qadın güləşinə axın yox idi. Artıq belə problem yoxdu. İndi valideynlər uşaqların əllərindən tutub, güləşə gətirirlər. Zalımızda çoxlu yeniyetmə və gənc qızlar güləşlə məşğul olur. Nəticələr də gündən-günə yüksəlir. Qadın güləşinin hazırkı səviyyəsi bizi qane edir. Yeniyetmələrin Olimpiadasının proqramına qadınlar arasında çimərlik güləşi də salınıb. Bu gün artıq bu sahə üzrə də fəaliyyətə başladıq ki, 2 ildən sonra Dakardakı yarışda qadın çimərlik güləşçilərimiz olsun.
- İstənilən idman növünün daha da inkişaf etməsi üçün infrastrukturun yaxşılaşdırılması, zalların inventarla təminatı, maddi-texniki bazanın yaxşılaşdırılması, ölkədaxili yarışların sayının artırılması, yığma komandaların xaricdə təlim-məşq toplanışlarında və turnirlərdə daha çox iştirak etməsi lazımdı. Bütün bunlar isə böyük maliyyə tələb edir. Azərbaycan Güləş Federasiyası hazırda dövlət dəstəyi ilə fəaliyyətini davam etdirir. Necə düşünürsüz, idmanımızın lideri sayılan güləşə müxtəlif şirkətlər də sponsor kimi dəstək olmalıdı?
- Bu proses bütün dünyada gedir. Hər idman növünün sponsoru var. UWW özü də sponsor tərəfdaşları ilə fəaliyyətini aparır. Əlbəttə, sponsorların cəlb olunması güləşin daha da təkmilləşməsinə kömək edər. Ancaq daha öncə də qeyd etdiyim ki, Azərbaycanda güləş kifayət qədər dövlət dəstəyi görür. Bu gün Rusiya, ABŞ və İran kimi böyük güləş ölkələriylə rəqabət apara biliriksə, bu, həmin dəstəyin nəticəsidi. Adlarını sadaladığım ölkələrin böyük əhalisi və çoxlu güləşçiləri var. 10 milyonluq Azərbaycanın onlarla rəqabət aparması çox çətindi. Bütün bunlara baxmayaraq, əksər yarışlarda komanda hesabında ilk “3-lük”də oluruq. Kifayət qədər dəstək olmasaydı, bu rəqabəti apara bilməzdik. Şükürlər olsun, hər şey qaydasındadı. Güləşimizin gələcəyinə nikbin baxırıq.
- Bildiyiniz kimi, Rusiya Olimpiya Komitəsi WADA tərəfindən 4 illik cəzalandırılıb. İdman Arbitraj Məhkəməsi (CAS) bu cəzanı təsdiqləsə, rusiyalı idmançılar Olimpiadada öz bayraqları altında çıxış edə bilməyəcəklər. Belə olsa, rusiyalı güləşçilər yalnız BOK-un bayrağı altında Olimpiadada iştirak edə bilər. Bu da onların motivasiyasına mənfi təsir göstərəcək və başqa ölkələrin güləşçilərinin uğur qazanmaq şanslarını artıracaq. Sizin bu məsələdə mövqeyiniz necədi?
- WADA-nın qərarına indi münasibət bildirməyimiz doğru olmaz. Çünki bu prosesi dərinliyinə kimi bilmirik. Yəqin ki, CAS hər şeyi detallı açıqlayaraq, yekun qərarı verəcək. Bəlkə də WADA-nın qərarı ləğv ediləcək. Hər şey ola bilər. Bu məsələni siyasiləşdirməyə çalışanlar oldu. İdmanı siyasiləşdirmək olmaz. İdmanın sərhədi yoxdu. Baxın, 300 milyondan artıq əhalisi olan ABŞ-ı hansısa afrikalı idmançı təmsil edir. Əlbəttə, hər bir idmançı üçün ona uğur qazanmağa şərait yaradan ölkənin bayrağını yüksəltmək böyük şərəfdi. Düşünmürəm ki, rusiyalı idmançılar Olimpiadada BOK-un bayrağı altında zəif çıxış edə bilər. Əksinə, bəlkə də daha böyük motivasiya ilə mübarizə aparıb, özlərini sübut etməyə çalışacaqlar. Əsas odu ki, idmançıların əziyyəti boşa getməsin. Bəziləri üçün bu Olimpiada sonuncu yarış olacaq. O qədər titullu idmançı var ki, olimpiya çempionu ola bilməyib. İstənilən idmançı Olimpiadaya medal qazanmaq üçün yollanır. Yəqin ki, yaxın müddətdə CAS qərarını verəcək.
Wow, fantastic blog layout! How long have you been blogging for?
you make blogging look easy. The overall look of
your site is magnificent, as well as the content!

This article about - <A HREF='https://buymaleenhancementpills.com/increase-semen-volume/'>over here</A>
- bigger cumshot

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar