19 apr 19:43idman

Yığma üzvü Afrika çempionu oldu

Yığma üzvü Afrika çempionu oldu
Rostislav Pevtsov Mərakeşin paytaxtı Rabatda keçirilmiş triatlon üzrə açıq Afrika Kubokunda qızıl medal qazanıb. Pevtsov 44 idmançının mübarizə apardığı yarışda finişə 57 dəqiqə 28 saniyəyə çatıb. Ancaq çempionluq Rostislava asan başa gəlməyib. Çünki legionerimiz fransalı Maksim Нüber-Müsbrügeri cəmi 1 saniyə qabaqlayıb. Qadınların mübarizəsində isə yığmanın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə 6-cı olub.

Rabatda uğurlu sonluq
Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı 10 günlük “Tour du Maroc” yarışına yekun vurulub. Velotur “Sinerji Bakı” üçün uğurlu başa çatıb. Sonuncu - 10-cu mərhələdə iştirakçılar Rabatdan Kasablankaya qədər olan 120 km məsafəni qət ediblər. Velosipedçilərimizin hamısı – Elçin Əsədov, Samir Cəbrayılov, Kiril Pozdnyakov və Yosip Rumaç məsafəni 2 saat 30 dəqiqə 31 saniyəyə başa vuran pelotonun içərisində olub və bununla da yekun sıralamada demək olar ki, heç bir dəyişiklik baş verməyib. Yarışın 1-ci və 4-cü mərhələlərində qalib olan Pozdnyakov ümumi təsnifatda 3-cü yeri tutmaqla fəxri kürsüyə qalxıb. İlk “20-lik”də Rumaç (11) və Əsədov (13) da yer alıb. Cəbrayılov isə 25-ci olub. Yosip eyni zamanda turnirin “Dağlar Kralı” köynəyinə yiyələnib. 4-cü mərhələdən etibarən bu nominasiyada liderliyə yüksələn velosipedçi bu üstünlüyünü sonadək qorumağı bacarıb və cari mövsümdə komandasına ilk köynəyi qazandırıb.

Natiq Qurbanlı Rusiyanı “fəth etdi”
Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçirilib. Yarışda ölkəmizi 26 cüdoçu təmsil edib. Onlardan yalnız üçü fəxri kürsüyə qalxıb. Natiq Qurbanlı (55 kq) sırayla Vano Niniaşvili (Gürcüstan), Murad Mirzəxanov (Rusiya), Nika Alxazaşvili (Gürcüstan) və Jaba Papinaşvilini (Gürcüstan) devirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kəramət Hüseynov (60 kq) rusiyalı Əzəmət Axmizov, qırğız Asman Axılbəy və fransız Romarik Budaya qalib gəlməklə yarımfinala çıxıb. Finalın biraddımlığında rusiyalı Ramazan Abdullayevə uduzan olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğlu Rusiyanın digər təmsilçisi Tolib Cebovu üstələyərək bürünc medal qazanıb. Musa Şəkərəliyev (100 kq) debütdə britaniyalı Aleks Vasekini sıradan çıxardıqdan sonra Rusiyanı təmsil edən erməni Arman Adamyanla bacarmayıb. Ruhdan düşməyən həmyerlimiz təsəlliverici görüşlərdə Rusiyanın iki cüdoçusunu – Lazar Tçkayev və Əzəmət Plievi üstələyib. Son qarşılaşmada tacik Teymur Rəhmanova qalib gələn Şəkərəliyev “bürünc”lə təsəlli tapıb. Nurlan Osmanov, Fərid Qəzənfərov, Rövşən Əliyev, Nəriman Əhmədov, Ağabəy Ağazadə, Raşxan Baxışəliyev (hamısı 55 kq), Namiq Abaslı, Tofiq Məmmədov, Elçin Hüseynov (hamısı (60 kq), İbrahim Əliyev, Kərim Allahverdiyev, İsmayıl İbrahimov, Famil Məmmədzadə (hamısı 66 kq), Kənan Quluzadə, Hasil Cəfərov, Paşa Əliyev, Murad Fətiyev (hamısı 73 kq), Nəriman Baxışov (81 kq), Cavid Muradov, Azər Yaqubov, Aslan Mirzəyev (hamısı 90 kq) və İmran Yusifov (100 kq) medalsız qalıb. Millimiz 1 “qızıl”, 2 “gümüş”lə komanda hesabında 6-cı yeri tutub. Ölkəmizi Rusiya (5-6-13), Yaponiya (4-1-4), Fransa (3-1-4), Hollandiya (2-2-2) və Gürcüstan (1-5-2) qabaqlayıb.

Mərakeşdən iki “qızıl”la
Mərakeşin paytaxtı Rabatda keçirilən karate üzrə “1 Premyer Liqa” turniri başa çatıb. Komandamız yarışı iki qızıl medalla başa vurub. Karatenin “brilyant”ı sayılan Rafael Ağayev (75 kq) və Ayxan Mamayev (84 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Asiman Qurbanlı (+84 kq) ilk “5-liy”i qapayıb. Firdovsi Fərzəliyev (60 kq) və Tural Ağalarov (67 kq) isə 9-cu pilləylə kifayətlənib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar