19 apr 19:37idman

İslamiada xəbərləri

İslamiada xəbərləri
* 4-cü İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) dünən İslamiadada İHİF-in bütün 57 üzv ölkəsinin idmançılarının yarışacağını rəsmən elan edib. Əldə olunan razılaşmaya əsasən, Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən çıxarılmış Küveytin idmançılarının İHİF–in bayrağı altında Bakı-2017-yə qatılacağı dəqiqləşib. Razılığa əsasən, yalnız idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyəcək. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. İdmançıların iştirakının təşkili məsələlərinin həlli və hərtərəfli təmin olunmaları məqsədi ilə İHİF tərəfindən onlar üçün müstəqil nümayəndə heyətinin rəhbəri də təyin olunub. Ali qurumun baş katibi Faysal Əbdüləziz Əl-Nassar məsələ ilə bağlı bunları deyib: "İslam Həmrəyliyi Oyunları birlik və sülh ruhunu özündə yaşadan çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridi. Əminik ki, İslam dünyasının idmançılarını bir araya gətirəcək İslamiada cəmiyyətin müxtəlif gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək. İHİF-in bütün 57 ölkəsindən olan idmançıların bu Oyunlarda iştirakı bizi çox sevindirir və bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk".
Məlumat üçün bildirək ki, Bakı-2017-də iştirak üçün dörd qitədən 5000-ə qədər idmançı və rəsmi şəxsin Bakıya gəlməsi gözlənilir. İdmançılar 20 idman növü üzrə 270 dəst medal uğrunda mübarizə aparacaq.
* Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Füzuli rayonu olub. Horadiz qəsəbəsinin 1 saylı tam orta məktəbinin şagirdi Zenfira Zalova, sərbəst güləş üzrə SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi Fərrux Qurbanov, karate üzrə Avropa və dünya çempionu İsrail Əsgərov Bakı-2017-nin misdən hazırlanmış səhəngini Araz çayının suyu ilə doldurublar. Bu su qabı axşam saatlarında Horadiz şəhərindəki Qəhrəmanlar parkında keçirilən su festivalında nümayiş etdirilib. Horadiz Olimpiya İdman Kompleksində “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. İslamiadanın təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları və İslamiadanın bağlanış mərasiminə biletlər təqdim olunub.
* İslamiadanın açılış mərasiminin başlama saatı dəqiqləşib. Mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir 21.00-da başlayacaq.
Mərasimin 3 saat yaxın davam edəcəyi gözlənilir.
* Bakı-2017-də futbol yarışının təqvimi dəqiqləşib. Mayın 8-də start götürəcək yarışda yığmamızın A qrupunda Səudiyyə Ərəbistanı, Mərakeş və Kamerunla qarşılaşacağını bilirsiz. B qrupunda
isə Türkiyə, Əlcəzair, Fələstin və Oman yer alacaq. Turnirin təqvimi belədi:
8 may
10.30 Səudiyyə Ərəbistanı – Mərakeş (AZAL Arena)
12.30 Əlcəzair – Türkiyə (Bayıl Arena)
16.30 Fələstin – Oman (AZAL Arena)
18.30 AZƏRBAYCAN – Kamerun (Bayıl Arena)
11 may
10.30 Oman – Türkiyə (AZAL Arena)
12.30 Kamerun - Mərakeş (Bayıl Arena)
16.30 Fələstin – Əlcəzair (AZAL Arena)
18.30 AZƏRBAYCAN – Səudiyyə Ərəbistanı (Bayıl Arena)
15 may
12.30 Oman – Əlcəzair (AZAL Arena)
12.30 Türkiyə - Fələstin (Bayıl Arena)
18.30 Kamerun – Səudiyyə Ərəbistanı (AZAL Arena)
18.30 Mərakeş – AZƏRBAYCAN (Bayıl Arena)
18 may
12.30 A2 – B1 (Dalğa Arena)
18.30 A1 – B2 (Dalğa Arena)
21 may
14.00 3-cü yer uğrunda oyun (Tofiq Bəhramov adına Respublika stadionu)
20.00 Final (Tofiq Bəhramov adına Respublika stadionu)
* İslamiadanın proqramında yer alan qadın voleybolu üzrə yarışın da təqvimi müəyyənləşib. Bildiyiniz kimi, bu turnirdə cəmi 5 komanda yarışacaq. Əvvəlcə yığmamız Türkiyə, Kamerun, Tacikistan və Qırğızıstanla mübarizə aparacaq. İlk 4 yerin sahibi yarımfinala vəsiqə qazanacaq. Bütün oyunlar “Kristal Zal”da keçiriləcək. Təqvim belədi:
1-ci tur, 11 may
19.00 Türkiyə - Kamerun, 21.30 AZƏRBAYCAN – Qırğızıstan
2-ci tur, 13 may
19.00 Türkiyə - Qırğızıstan, 21.30 AZƏRBAYCAN - Tacikistan
3-cü tur, 14 may
19.00 Tacikistan – Kamerun, 21.30 AZƏRBAYCAN – Türkiyə
4-cü tur, 15 may
19.00 Tacikistan – Qırğızıstan, 21.30 AZƏRBAYCAN – Kamerun
5-ci tur, 16 may
19.00 Kamerun – Qırğızıstan, 21.30 Türkiyə - Tacikistan
Yarımfinal, 17 may
17.00 1-ci yer – 4-cü yer
19.30 2-ci yer – 3-cü yer
18 may
17.00 3-cü yer uğrunda oyun, 19.30 Final
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar