19 apr 19:36idman

Sergey Karyakin Şəmkir sindromunu qırmaq istəyir

Sergey Karyakin Şəmkir sindromunu qırmaq istəyir
“Məmmədyarov özünü yaxşı hiss edirsə, ona rəqib olmaq çətindi”

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2017” turnirinin iştirakçısı Sergey Karyakin yarışın rəsmi saytına müsahibə verib. Mərhumun yaxın dostu olmuş və memoriala daim qatılan rusiyalı qrossmeyster Şəhriyar Məmmədyarov haqda maraqlı fikirlər səsləndirib.
- Memorialda iştirak edəcək şahmatçılardan sənin üçün uğursuz rəqib kimdi?
- Dostum Vüqarın xatirə turnirində böyük həvəslə mübarizə aparacam. İndiyə qədər Şəmkir turnirinin qalibi olmaq mənə nəsib olmayıb. Həmişə hədəfim ilk pillədə qərarlaşmaqdı. Heyətə gəlincə, Şəmkirə ən güclülərin dəvət olunduğunu söyləmək olar. Bu üzdən aşkar favoritim yoxdu. Uğursuz rəqib deməzdim. Ancaq hər biriylə oyun asan olmayacaq.
- Dünya çempionu Maqnus Karlsenin Şəmkirdə olmaması mübarizəni asanlaşdırır?
- Karlsen dünya çempionudu. FİDE reytinqinə başçılıq edir. Sözsüz, onun hər yarışda iştirakı rəqabəti artırır. Bununla belə, Şəmkir turnirində Maqnus olmadan belə güzəştsiz mübarizənin olacağına əminəm. Karlsen iştirak etdiyi yarışlarda favoritdi. Amma heç kim Maqnusun bu il Şəmkirə gələcəyi halda çempion olacağını söyləyə bilməz. Karlsen iştirak etsəydi belə, bəlkə də birinci olmayacaqdı. İştirak etmək hələ qalib gəlmək demək deyil.
- Turnirdə sabiq dünya çempionları Vladimir Kramnik və Veselin Topalov da iştirak edəcək. Onların görüşünü prinsipial qarşılaşma adlandırmaq olar?
- Fikrimcə, hər turdan sürpriz nəticələr gözləmək olar. Amma Kramniklə Topalov arasında görüşü həm də prinsipial adlandırmaq olar. Şahmat dünyasının iki güclü nümayəndəsinin maraqlı oyun nümayiş etdirəcəyinə inanıram. Biz ilk növbədə peşəkar şahmatçılarıq. Mübarizəmizi şahmat taxtası arxasında aparmalıyıq. Hisslərə sahib çıxmaq lazımdı. Kramniklə Topalovun münasibətlərinin o qədər də yaxşı olmadığı hamıya məlumdu. Bununla belə, hər iki insan şahmat dünyası üçün dəyərlidi.
- Şəhriyar Məmmədyarov bu il də Şəmkirdə qalib gəlmək istəyir. Onun şanslarını necə qiymətləndirirsən?
- Şəhriyar güclü şahmatçı olmaqla yanaşı, həm də dostumdu. Həm İddiaçıların turnirində, həm də Karlsenlə çempionluq matçında mənə kömək edən şahmatçılardan olub. Məmmədyarov məşqçi komandamın tərkibində çalışıb. Yüksək oyun keyfiyyətlərinə malikdi. Bəzən debüt seçimini müəyyən etmək çətin olur. Şəhriyarın əhvalından çox şey asılıdı. Məmmədyarov özünü yaxşı hiss edirsə, ona rəqib olmaq çətindi. Turdan əvvəl gülür və görürsən ki, 10 dəqiqəyə partiyada böyük üstünlük qazanır. İstənilən şahmatçıya problem yaratmağı bacaran həmkarımdı. İnanıram ki Şəmkirdə çempion olsam, Şəhriyar inciməyəcək.
- Şəmkir təəssüratlarını bizimlə bölüşərdin. Bu turnir yadında necə iz buraxıb?
- Şəmkir turnirinin təşkilatçıları hər qonağa özünəməxsus tərzdə yanaşır. Qonaqpərvərlik artıq Gəncədə hiss olunur. Hava limanında qarşılanma, oteldə yerləşdirmə yüksək səviyyədə icra olunur. Ona görə bu gün “ShamkirChess” dünyanın aparıcı şahmat turnirləri sırasındadı. Hətta istirahət günündə qonaqlar darıxmır. Adətən, yeniyetmə şahmatçılarla görüşürük, sonra futbol oynayırıq. Şəmkirdə Vüqarın adına layiq yarış keçirilir. Bu il 21-ci kateqoriyalı yarış izləyəcəyik. Ciddi mübarizə olacaq.
- Vüqar Həşimovu necə xatırlayırsan?
- Dost və sevimli həmkar kimi. Həmişə gülərüz olub. Hətta çətin günlərində belə gülməyi bacarırdı. Müsbət enerji ötürürdü. Əksər yarışlardan əvvəl onunla söhbət edirdik. Müzakirələr bəzən ciddi mübahisələr yaratsa da, həmişə mehriban olmuşuq. Yadımdadı, bir gün bilyard oynamağa getdik. Vüqar o qədər yaxşı oynamadığını deyirdi. Amma məni məğlub etdi. Sonra mən qalib gələrək ümumi hesabı bərabərləşdirdim. Bilyard oynamağı da yaxşı bacarırdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar