02 may 18:01idman

“Teymur 2022-ci ildə İddiaçıların turnirində oynayacaq”


Azər Mirzəyevin fikrincə, FİDE Mahir Məmmədova təzyiq edə bilər
Əksər idman növlərindən fərqli şahmat təsərrüfatında həyat dayanmayıb, əksinə, karantin günlərində hərəkətlilik yaşanır. İnternet üzərindən təşkil olunan onlayn turnirlər sıralanır. Yığmamızın üzvləri də daxil olmaqla, dünyanın əksər tanınmış qrossmeysterləri seanslar keçir. FİDE-nin bu məsələlərdə fəallığını da görməzlikdən gəlmək olmaz. Elə deyəsən, ali şahmat qurumu ilə Teymur Rəcəbov arasında buzlar da ərimək üzrədi. Hər halda, yığma üzvü son açıqlamasında buna işarə vurub. Onun FİDE prezidenti Arkadi Dvorkoviçin kapitanı olduğu dünya yığmasına dəvət alması və Millətlər Kubokunda bu komandanın birinci lövhəsində mübarizə aparacağı da münasibətlərin istiləşməsinin göstəricisi sayıla bilər. Elman Rüstəmovun bir neçə gün öncə FİDE-yə rəsmi məktubla müraciət etdiyini də unutmayaq. AŞF-nin prezidenti Dvorkoviçdən məlum səbəblərdən İddiaçıların turnirindən kənarda qalan Rəcəbovun haqqının bərpasını xahiş edib. İndiki məqamda həmyerlimizin ikinci dövrədən yarışa qatılması çətin görünsə də, fakt faktlığında qalır. Bir sözlə, FİDE – Rəcəbov münasibətlərində ciddi hərəkətlilik müşahidə olunur. Bu məqamların hara qədər gedib cıxacağı, hansı nəticələrin olacağı maraq doğurur. Ehtimallar üzərində çox dayanmaqdansa, mütəxəssis fikrini dinləmək daha məqsədəuyğun olar. Yığmamızın sabiq üzvü, tanınmış qrossmeyster Azər Mirzəyevlə bu və başqa mövzular ətrafında söhbətə keçid alaq.
“Elman Rüstəmovun məktubu formal xarakter daşıyır”
- Elman Rüstəmovun FİDE-yə göndərdiyi məktubun effekti ola bilərmi?
- Fikrimcə, Elman Rüstəmovun məktubu formal xarakter daşıyır. Şahmat Federasiyası bununla göstərmək istəyir ki, guya işləyir və nəsə edir. Dvorkoviç son müsahibəsində qeyd edib ki, Teymurla razılıq əldə olunub. Və belə başa düşmək olar ki, Teymur 2022-ci ildə İddiaçıların turnirində oynayacaq.
- Teymur Rəcəbovun Millətlər Kuboku üçün Arkadi Dvorkoviçin kapitanı olduğu dünya yığmasına dəvət olunmasının arxasında nə durur? Bu addım nəyə hesablanıb?
- Bu suala birmənalı cavab vermək çətindi. Ola bilər ki, elə son hadisələrin təsiri olsun. Bəlkə də dunya yığmasının 1-ci masasında yer alacağı Rəcəbovla Dvorkoviç arasında razılaşmanın bir hissəsidi. Digər tərəfdən, Teymur hazırda dünyanın 10-cu sahmatçısıdı, sonuncu dunya kubokunun qalibidi. Yəni real gücünə görə də turnirdə yer ala bilər. Fikrimcə, hər iki məqamın rolu var burda. Amma FİDE Teymuru dəvət etməyə də bilərdi. Bu rəsmi turnir deyil və ali şahmat qurumu kimi istəyirsə, onu da dəvət edir.
- Teymur FİDE ilə güzəştli qərar əldə etdiklərini, amma bunu Dvorkoviçin açıqlamasının doğru olacağını söyləyib. Sizcə, söhbət nədən gedir?
- Yəqin ki razılaşma növbəti turnirlərdən, qonorarlardan və hansısa maddi təzminatdan ibarətdi. Çünki FİDE-nin bütün turnirlərin təşkilatçılarına sözü keçir. Bu üzdən onlara iştirakçı qismində Teymuru da dəvət etməyi məsləhət görə bilərlər. Şəxsən mən düşünürəm ki, FİDE Teymura 2022-ci ildə baş tutacaq İddiaçıların turniri üçün “wild card” verə bilər. Elə Dvorkoviç də son açıqlamasında qeyd edib ki, Rəcəbov 2022-də iştirak etməyə layiqdi. Amma söhət builki yarışdan getmir.
- Həm FİDE rəsmiləri, həm də turnirin iştirakçıları Rəcəbovun ikinci dövrədən yarışa qoşulmasının mümkün olmadığını deyirlər. Belə olan halda nəyə ümid etmək olar?
- İştirakçıların yeni bir oyunçunun yarışa qoşulmasının əleyhinə olmaları təbiidi. Bu, xüsusilə də liderlərə zərbə olar.
“FİDE üçün bu o qədər də ciddi məbləğ deyil”
- Yeri gəlmişkən, hazırlıq üçün 100 min dollardan çox xərcləndiyi deyilir. Rəcəbov ən azı bunu tələb edə bilərmi?
- Bəli, hesab edirəm ki, hazırlıq üçün xərclənən vəsaitin qaytarılmasına nail olmaq mümkündü. FİDE üçün bu o qədər də ciddi məbləğ deyil.
- Teymur haqqını tələb etmək üçün bütün lazımi instansiyalara müraciət edəcəyini də deyib. Sizcə, bu yöndə konkret hansı addımlar atıla bilər?
- Bu məsələni gərək hüquqşünaslar araşdırsınlar. Amma həqiqətən deyildiyi kimi FİDE ilə güzəştli qərar əldə olunubsa, artıq başqa instansiyalara muraciət etməyə ehtiyac qalmır. Burda başqa bir məsələ də var. Mahir Məmmədov FİDE-də yüksək vəzifə tutur. Həmçinin onun SOCAR-dakı şefi (Elşad Nəsirovu nəzərdə tutur – K.) Teymurun qayınatasıdı. Rəcəbov bu məsələdə çox dərinə gedərsə, FİDE də Mahir Məmmədova təzyiq edə bilər. Fikir verin, başqa vaxt bütün telekanallara, qəzetlərə müsahibələr verən Məmmədov bu məsələ ilə bağlı tam kənarda dayanıb. Çünki istənilən addım onu pis vəziyyətdə qoya bilər. Ona görə də bu məsələdə çox dərinə gediləcəyinə inanmıram. Təzminat və yeni turnirlərə dəvətlərlə məsələ bağlanacaq.
- İddiaçıların turnirinin ilk dövrəsinin nəticələri sizin üçün gözlənilməz olmadı? İkinci yarı ilə bağlı proqnozunuz necədi?
- Əlbəttə, sürpriz nəticələr qeydə alındı. Turnirin favoritlərindən Karuana və Dinq zəif çıxış etdi. Dinq, umumiyyətlə, sonuncu yeri bölüşür. Qrişuk da səviyyəsinə uyğun nəticə göstərə bilmədi. Son anda Teymurun əvəzinə yarışa qatılan Vaşye-Laqrav isə liderdi. İndidən 2-ci dövrənin necə olacağını demək çox cətindi. Hər şey dəyişə bilər. Karuananın hazırlıq səviyyəsi çox yaxşıdı. Xatırlayırsızsa, 1992-ci ildə son anda Yuqoslaviyanı əvəzləyən Danimarka bir çox favoritləri arxada qoyaraq gözlənilmədən futbol üzrə Avropa çempionu oldu. Eyni ssenari İddiaçıların turnirində də yaşana bilər.
- Millətlər Kubokunda mübarizə aparacaq komandaların heyətləri açıqlanıb. Görünən budu ki, ən zəif heyət Teymurun çıxış edəcəyi dünya yığmasındadı. Sizcə, bu komanda nəyə ümid edə bilər? Ümumiyyətlə, hansı komandanı favorit sayırsız?
- Virtual şahmat canlı şahmatdan çox fərqlənir. Burda bir çox başqa amillər rol oynayır. Yəqin ki Çin yığması favorit olacaq. Onların qadın masasında yer alan Xou İfan açıq-aşkar dünyanın ən güclü şahmatçısıdı. Amma az öncə qeyd etdiyim kimi, virtual şahmat çox fərqlidi. Teymurun Avropa yox, dünya yığmasında yer alması böyük önəm daşımır. Əsas odu ki, təmsilçimiz var. Bir də deməzdim ki, Teymurun komandası zəifdi. Reytinq aldadıcıdı. Bu komandada gənc Əlirza Firuca var ki, bir neçə gün öncə Karlseni məğlub edib. Sabiq dünya çempionu Muzıçuk da zəif sayıla bilməz. Misirli Amin Bassem də çox güclü şahmatçıdı.
“Virtual bir yarışa 15 min manat xərcləmək ağılsızlıqdı”
- Bu yaxınlarda onlayn Azərbaycan kuboku keçirildi və Eltac Səfərli qalib oldu. Bu yarışla bağlı təəssüratınız necədi?
- Eltacı qələbə münasibətilə bir daha təbrik edirəm. Turnirlərin çox olması yaxşı haldı. Ancaq təsəvvür edin ki, 1 dəqiqə+1 saniyə vaxt verilir. Bu daha cox əyləncə xarakterli yarışdı. Və belə bir turnir üçün 15 min manat mükafat fondu ayrılmasını məqsədəuyğun saymıram. Ən vacib daxili yarışlar ya heç keçirilmir, ya da çox aşağı səviyyədə təşkil olunur. Bu üzdən 2-ci, 3-cu, bəlkə də 5-ci dərəcəli, virtual bir yarışa 15 min manat xərcləmək ağılsızlıqdı. Ən vacib daxili turnirin - kişilər arasında ölkə çempionatının mükafat fondu cəmi 4000 manat olub. Liqa turniri uzun illərdi keçirilmir. Bir cox ölkələrdə sürətli şahmat üzrə ölkə çempionatı təşkil olunur. Biz isə artıq 28 ildi mustəqil dövlət olsaq da, bu turnir bir dəfə də keçirilməyib. Olmaz ki, həmin 15 min manatı ya ilk dəfə bu yarışın təşkilinə, ya da başqa vacib turnirə yönəldələr? Bu üzdən 1 dəqiqəlik onlayn yarışa bu qədər xərc çəkilməsini başa düşə bilmirəm. Deyilənə görə, Şahmat Federasiyası “Futbol+”in və bəzi idman saytlarının obyektiv tənqidlərindən sonra kişilərin növbəti ölkə çempionatını daha yüksək səviyyədə keçirmək istəyir. Hələ ki bu ancaq söz-söhbətdi. Çünki federasiyanın nə işləyən saytı, nə də sosial şəbəkə hesabı var. Sadəcə, FİDE-nin səhifəsində yarışın 10 iştirakçıyla, dairəvi sistemlə təşkil olunacağı qeyd edilib. Belə olarsa, yenə bir çox gənc və perspektivli şahmatçı kənarda qalacaq. Belə turnirlər 20-22 nəfərin iştirakıyla və İsveçrə sistemiylə təşkil olunmalıdı ki, gənc və perspektivli şahmatçılara faydası dəysin.
- Bir müddət öncə Günay Məmmədzadə federasiyanın laqeydliyindən şikayətləndi və hətta FİDE-nin bayrağı altında çıxış etməyi düşündüyünü bildirdi. Sizcə, ölkəmizdə nüfuzlu yarışlar təşkil edən bir qurumun yerli şahmatçılara belə münasibətinin səbəbi nədi?
- Günay dünya kubokuna vəsiqə qazanıb və bu yarışa əcnəbi məşqçiylə hazırlaşmaq, yəni təlim-məşq toplanışı keçmək üçün federasiyaya müraciət edib. Elman Rüstəmov 6-7 ay öncə kömək edəcəklərinə söz versə də, ortada real heç nə yoxdu. Bu azmış kimi, özünün tapdığı sponsora da federasiya mane olub. Bir təlim-məşq toplanışına 4-5 min dollar tələb olunur. Mahir Məmmədov Arkadi Naydiçlə aylıq 8000 avrodan 5 illik müqavilə bağlayıb. Və Naydiç ildə cəmi bir turnirdə oynayır. Bu, ildə bir turnirdə oynamaq üçün astronomik rəqəmdi. Yeri gəlmişkən, Naydiçlə biabırçı müqavilənin müddəti bu il bitir. Fikrimcə, yeniləyəcəklər… Cənab Prezidentin şahmatın inkişafına ayırdığı 1 milyon manatdan digər vitse-prezident Faiq Həsənov özünə 100 min manat mükafat yazıb. İndi dünya kubokuna hazırlıq üçün 4-5 min tapılmır? Yəqin ki danışıb anlaşacaqlar. Federasiyanın iş üslubu belədi. Problemi həll etmək əvəzinə şahmatçını bezdirib son həddə çatdırırlar. Və problemlər ictimailəşəndən sonra həll etməyə çalışırlar. Amma şahmatçıların itirilmiş illərini heç kim qaytarmayacaq. İnanmıram ki, Günay FİDE-nin bayrağı altında oynasın. Mütləq razılaşma olacaq. Sadəcə, bu nə birinci, nə də sonuncu hadisədi. Məlumat üçün bildirim ki, FİDE-nin bayrağı altında oynamaq üçün ciddi siyasi səbəblər olmalıdı. Hər öz federasiyasından inciyən FİDE-nin bayrağı altında oynaya bilsəydi, yüzlərlə belə nümunənin şahidi olardıq.
- Azərbaycan şahmatında Aydın Süleymanlının timsalında yeni ulduzun yetişdiyini söyləmək olarmı? Bir neçə ildən sonra milli komandada yer ala bilərmi?
- Aydının böyük şahmata ilk addımı “Aeroflot Open”də qələbə oldu. Va dərhal iki sponsor ona kömək etmək arzusunu bildirdi. İdmanda irəli getmək üçün bu çox vacib məqamdı. Federasiyanın ümidinə qalsaydı, çox çətin olardı. Fikrimcə, yaxın 2-3 ilə milli komandaya daxil ola bilər. Ölkəmizdə Aydından başqa da istedadlı şahmatçılar var. Bunlardan biri Vüqar Əsədlidi, reytinqi sürətlə 2600-ə yaxınlaşır. İstedadlı məşqçi, ölkədən didərgin salınaraq Türkiyəyə köçən Cəmil Ağamalıyevin şagirdi olub.
- Ümumiyyətlə, Azərbaycanda şahmatın hazırkı durumunu necə qiymətləndirirsiz? Gələcək adına ümidverici məqamlar varmı?
- Fikrimcə, vəziyyət ürəkaçan deyil. Qısa zamanda təkcə Türkiyəyə 30-dan çox məşqçi gedib. Gənc və perspektivli şahmatçılar da vətəni yərk edirlər. Federasiya yarışlar, təlim-məşq toplanışları ilə gənc və istedadlı şahmatçılara yardım etmir. FİDE ustası adı üçün 150 manat rüsumu ikiqat Avropa çempionu olan şahmatçıya ödətdiriblər. Federasiyanın məşqçiləri, demək olar ki, dərs keçmirlər, keçəndə də bunun üçün əlavə pul alırlar. İstedadlı biri 15-16 yaşına çatanda şahmatdan uzaqlaşmağa məcbur olur. Kimsə deyə bilər ki, bu çətinliklərə rəğmən, istedadlı uşaqlar necə yetişir? Cavab sadədi. Azərbaycanın böyük şahmat ənənələri var. Bütün ölkə üzrə pulsuz məktəblər fəaliyyət göstərir və hələ ki yaxşı müəllimlər var. Bununla belə, ən böyük yük valideynlərin üzəriə düşür. Məhz bu üzdən aşağı yaş qruplarında nəticələr yaxşı olur. Sonradan isə diqqət və qayğı olmadığından geriləyirlər. Ümumiyyətlə, federasiyanın gənc şahmatçıların inkişafına dair heç bir proqramı yoxdu. Hazırda milli komandamız güclüdü. Federasiya da bundan qalxan kimi yararlanır. Amma yeni və güclü nəslin yetişməsi üçün heç nə etmirlər.
KƏNAN HƏSƏNOV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu Dünən, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb Dünən, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” Dünən, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu Dünən, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir Dünən, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb Dünən, 14:46 PFL dünən 90 medal təqdim etdi Dünən, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” Dünən, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi Dünən, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? Bütün xəbərlər
Ən çox oxunanlar