Badminton yığmamızın “milliləşdirilən” üzvü Edi Reski Dviçayo ölkəsinin mətbuatına açıqlama verib. 22 yaşlı indoneziyalı legioner milli komandanın baş məşqçisi Morteza Validarvinin tapşırığı əsasında məşq etdiyini deyib: "Bakıda karantin qaydalarına riayət etməyə çalışıram. Lazım deyilsə, evdən çıxmıram. Validarvi mənimlə əlaqə saxlayır, lazımi təpşırıqlar verir. Ümid edirəm ki, dünya bu fəlakətdən xilas olacaq və tezliklə idmana qayıdacam".
Badmintonçu ötən il Milanda keçirilən beynəlxalq turnirdə fransalı Avropa çempionu Bris Leverdeni yenməsini belə xatırlayıb: "Ona qalib gəlmək unudulmaz an oldu. Bu qələbə məni gələcək uğurlara ruhlandırdı".