17 apr 00:00idman

Kramnik Şəmkirdə yalnız titula köklənib

Kramnik Şəmkirdə yalnız titula köklənib
“Şəhriyar öz oyununu göstərəndə onu dayandırmaq çətindi”

Xəbər verdiyimiz kimi, aprelin 20-də Şəmkirdə şahmat üzrə 4-cü Vüqar Həşimov memorialına start veriləcək. “Sinerji Qrup” və Şahmat Federasiyasının təşkil etdiyi məsul yarışın iştirakçısı, rusiyalı dünya çempionu Vladimir Kramnik turnirin rəsmi saytına müsahibə verib.
- Memorialda sizi görmək çox xoş olacaq. Hansı təəssüratlarla Şəmkirə qayıdacaqsız?
- İlk olaraq dəvətə görə turnirin Təşkilat Komitəsinə təşəkkür edirəm. İki il əvvəl Şəmkirdən böyük təəssüratlarla ayrılmışam. Adətən böyük şəhərlərdə keçirilən yarışlarda iştirak etməyi o qədər xoşlamıram. Şəmkir balaca və sakit şəhərdi. İnsanları çox qonaqpərvərdi. Orda keçirilən yarışlarda bütün diqqətini oyuna yönəldirsən. Şahmat oynamaq üçün iştirakçılara ideal şərait yaradılır. “ShamkirChess 2017” turnirində yüksək hədəflər uğrunda mübarizə aparmağı planlaşdırıram.
- Deməli Vladimir Kramnik Şəmkirdə yalnız qələbə uğrunda mübarizə aparacaq...
- İştirak etdiyim bütün yarışlarda yüksək yerlər uğrunda mübarizə aparıram. 2015-ci ildə Şəmkirdə bütün oyunlar istədiyim kimi olmadı. İstirahət gününə qədər bəzi partiyalarda yaxşı nəticə qazanmadım. Bununla belə, bu dəfə yarışı birinci pillədə başa vurmaq üçün əlimdən gələni edəcəm. İlk pillədən başqa qalan yerlərə o qədər sevinə bilmərəm.
- Şəmkir turnirində qarşılaşacağınız rəqiblər haqda nə deyə bilərsiz?
- Həmişə olduğu kimi, Şəmkirdə zəif şahmatçı olmayacaq. Deməli hər oyunda güclü mübarizə gözlənilir. Reytinq favorit Uesli So son aylar kifayət qədər yaxşı oyun nümayiş etdirir. Rusiya yığmasında komanda yoldaşım olan Sergey Karyakini qeyd etməliyəm. Eyni zamanda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovu unutmaq olmaz. Onlar güclü və iddialı rəqiblərdi. Mənim üçün Şəmkir turniri bu il klassik şahmatda ilk yarış olacaq. Bu üzdən rahat oyunlar gözləmirəm.
- Ötən il Şəhriyar Məmmədyarovun Şəmkirdəki qələbəsi sizin üçün gözlənilməz oldu?
- Gözlənilməz olmadı. Məmmədyarov yüksək kateqoriyalı şahmatçıdı. Son turları çox yaxşı oynadı. Sanki qələbə ruhunu hiss edirdi. Ümumiyyətlə, onun özünəməxsus oyun tərzi var. Şəhriyar öz oyununu göstərəndə onu dayandırmaq çətindi. Rəqibi səhv etməyə məcbur edir. Bu ilki turnirdə də əsas rəqiblərdən bir olacaq. Fikrimcə, Şəhriyar növbəti dəfə Şəmkirdən qalib kimi ayrılmağa çalışacaq.
- Qələbəyə namizədlərdən biri də siz olacaqsız. Reytinqə görə turnirin ikinci şahmatçısı olmaq məsuliyyəti artırır?
- İnanın şahmatda reytinq çox vaxt heç nəyi həll etmir. 9 turdan ibarət yarışın sonunda reytinq favorit cədvəldə aşağı pillədə qərarlaşa bilər və ya əksinə. Reytinqdən çox şahmatçının göstərəcəyi oyun vacibdi. Sözsüz, qələbəyə əsas namizədlərdən biri olmağım məsuliyyəti artırır. Çalışacam ötən ilkindən daha yaxşı çıxış edim.
- Turnir Vüqar Həşimovun xatirəsinə keçirilir. Azərbaycan şahmatçısını necə xatırlayırsız?
- İlk öncə təşkilatçılara Vüqar Həşimovun xatirəsinə layiqli turnir keçirdiklərinə görə təşəkkür edirəm. Vüqarla tez-tez müxtəlif turnirlərdə qarşılaşırdıq. Daha çox sürətli şahmatda rəqib olmuşuq. Çox pozitiv, gülərüz insan kimi xatırlayıram. Şəmkir turniri həm də Vüqarın dostlarını birləşdirir. Onun yoxluğu təkcə Azərbaycan yox, dünya şahmatı üçün itkidi. Gənc olmasına baxmayaraq, çox yüksək səviyyədə oyun nümayiş etdirirdi. Vüqarın bu gün bizimlə olmaması ən çox Azərbaycan millisində hiss olunur. Həşimovla yığmanız daha güclü idi. Bu gün Vüqarın Azərbaycan millisində yeri görünür.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar