29 mar 18:46idman

BOK və yaponiyalılar təzyiqə dözmədi


Martın 17-də futbol üzrə Avropa çempionatı təxirə salınandan sonra Tokio Olimpiadasını da belə aqibətin gözlədiyi rasional düşüncə daşıyıcılarının hər birinə aydın idi. Sadəcə, ikitərəfli təzyiq qarşısında qalan Beynəlxaq Olimpiya Komitəsinin (BOK) daha neçə gün davam gətirəcəyi maraq doğururdu. BOK-un İcraiyyə Komitəsi martın 22-də bu il 24 iyul – 9 avqust aralığında keçirilməsi nəzərdə tutulan Olimpiya Oyunları ilə bağlı yekun qərar vermək üçün dördhəftəlik fasilə götürəndə vəziyyətin yaxın günlərdə dəyişə biləcəyinə inanırdı. Amma cəmi iki gün sonra Olimpiadanın təxirə salındığı elan olundu.
Kimin dəlilləri daha güclü idi?
Oxucuda haqlı sual yarana bilər ki, söhbət ikitərəfli təzyiqdən gedirsə, bunlar hansılarda və BOK niyə bir ay gözləmədi? BOK martın 22-də fasilə götürdüyünü elan edən kimi təxirəsalma tərəfdarları (ABŞ, Kanada, Fransa, İspaniya, Braziliya və başqa ölkələr, bəzi federasiyalar və idmançı birlikləri) sərt hücuma keçdi. Kanada, Norveç və Avstraliya Olimpiada keçiriləcəyi halda idmançılarını Yaponiyaya buraxmayacağını açıqladı. BOK və qurumun prezidenti Tomas Bax, təbii ki, belə boykot variantı ilə razılaşa bilməzdi. İndi isə təxirəsalma variantının tərəfdarlarının dəlillərinə baxaq:
- bütün seçmə yarışlar pozulub, olimpiya təsnifatının ədalətliliyinə xələl gəlib, Olimpiada iştirakçılarının tərkibi adekvat olmayacaq;
- karantin üzündən bəzi ölkələrdə dopinq nəzarəti dayanıb. Bu isə o deməkdi ki, Oyunların bəzi potensial iştirakçıları hazırda heç bir cəza təhlükəsi ilə üzləşmədən yasaq preparatlardan yararlanmaq və bunların köməyi ilə Olimpiadaya hazırlaşmaq imkanına malikdi;
- idman obyektləri qapadıldığından, yerdəyişmə qadağası üzündən minlərlə idmançı normal şəkildə məşq etmək imkanından məhrumdu. Bütün ölkələrdə karantin rejimi fərqli vaxtlarda bitəcəyindən azarkeşlər qeyri-bərabər durumda olacaq.
Əlbəttə, bu dəlillərlə razılaşmayan və BOK-a təzyiq göstərən digər düşərgə də var idi. Bəzi beynəlxalq federasiyaların və Oyunların təşkilat komitəsinin dəlillərinə də baxmağa dəyər:
- federasiyalar böyük maliyyə itkisinə məruz qalacaq – BOK-un Olimpiadaya görə ödənişləri olmasa, onlardan bəziləri növbəti ilə qədər, sadəcə, müflisləşəcək;
- olimpiya qurğularının bir və ya iki il dayanması təşkilat komitəsinin böyük zərərə uğraması deməkdi;
- bəzi obyektlər (məsələn, olimpiya kəndi) artıq başqa mülkiyyətçilərə satılıb. Belədə ya əldəyişmə prosesini ləngitmək, ya da yeni obyektlər tikmək lazım gələcək;
- Oyunların təxirə salınması Olimpiadanın təşkilinə onmilyardlarla dollar xərcləyən Yaponiyanın iqtisadiyyatına ciddi zərbə vuracaq;
- Oyunların təxirə salınması növbəti illərin təqvimini korlayacaq, başqa böyük yarışların təşkilini də pozmaqla yeni maliyyə itkilərinə yol açacaq.
5 milyard dollardan artıq itki
Mart boyunca bütün idman dünyasını məşğul edən məsələyə, nəhayət, martın 24-də aydınlıq gəldi. Yaponiyanın baş naziri Sindzi Abe ölkəsinin BOK prezidenti Tomas Baxla Olimpiadanı növbəti ilə təxirə salmaqla bağlı razılığa gəldiyini bildirdi. Bir neçə saat sonra Tokionun qubernatoru Yuriko Koike və BOK da rəsmi bəyanatla təxirəsalma faktını təsdiqlədi.
Olimpiada ilin idman təqvimində qalan sonuncu böyük yarış idi. Göründüyü kimi, BOK və yaponlar dünya idman ictimaiyyətinin təzyiqinə davam gətirmədi. Bu da gözlənilən idi. Yuxarıda adını çəkdiyimiz ölkələrə iki gün ərzində Rusiya və Çin istisna olmaqla bütün nəhəng idman ölkələri qoşulmuş, təxirəsalma variantının tərəfdarlarının sayı 20-ni ötmüşdü. Beynəlxalq Yüngül Atletika və Gimnastika Federasiyaları da bu ideyanı dəstəkləyirdi. Bundan sonra aydın idi ki, məsələni uzatmaq həm BOK-un, həm də Yaponiyanın imicinə ciddi mənfi təsir göstərəcək. Və bu üzdən ciddi maliyyə itkilərinə rəğmən, Olimpiada-2020 Olimpiada-2021-ə çevrildi. Ən müxtəlif hesablamalarda təşkilatçıların təxirəsalmaya görə 5-5,5 milyard dollar ziyana düşəcəyi bildirilir.
Təbii ki, BOK, beynəlxalq federasiyalar, milli olimpiya komitələri, ümumiyyətlə, KİV-dən başlamış Yaponiyadakı otel-restoran şəbəkəsinin sahiblərinə qədər Oyunlarla bağlı olan istənilən şəxs bu qərardan ziyan çəkəcək. Kimsə onların itkiləri kompensasiya edəcəkmi, 2021-də həmin pulları geri qaytarmaq mümkün olacaqmı – bunlar da ciddi və aktual suallardı.
Olimpiadanın təxirə salınması 2021-in idman təqvimi ilə bağlı da çoxlu sual doğurur. Olimpiadanın təsnifat yarışları ilə bağlı BOK-un və beynəlxalq federasiyaların ayrıca qərarı olacaq. Komanda idman növlərində lisenziyalara toxunmamaq, sadəcə, yarımçıq qalan seçmə turnirləri başa çatdırmaq daha məntiqli yanaşma kimi görünür. Fərdi idman növlərində isə əməlli-başlı qarışıqlıq yaranacaq – indiki liderlərdən hansısa mövqeyini əldən verə və ya karyerasını bitirə, əvəzində hansı növlərdəsə yeni ulduzlar parlaya bilər. Bir sözlə, çox güman, seçimi yeniləmək lazım gələcək. Ancaq əvvəlcə hansısa rəqibə yox, koronavirusa qalib gəlmək lazımdı. Karantin qaydaları götürülmədən dünya idmanının gələcəyi çox dumanlı görünür. Yaya qədər pandemiyanın sonu çatmasa, hətta Olimpiada-2021-in perspektivləri haqda danışmaq da çətinləşəcək. Hələlik isə əldə olan yeni bilgi budu ki, BOK beynəlxalq federasiyalarla birgə 2021-in təqvimində iyul-avqust aralığında Olimpiada üçün “pəncərə açmaq” üzərində çalışır. BOK-un əlaqələndirmə komissiyasının rəhbəri Con Koutsun fikirləri ilə bu mövzuya yekun vurmaq olar: “Olimpiya Oyunlarını iyulun ortalarında bitəcək “Uimbldon” turniri ilə avqustun lap sonunda başlayacaq ABŞ Açıq Tennis Turniri arasında keçirmək lazımdı. Qarşıdakı dörd həftədə Olimpiada-2021-in yekun tarixini təsdiqləmək istəyirik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar