14 apr 14:03idman

“Nar” da Bakı-2017-nin tərəfdaşı oldu

“Nar” da Bakı-2017-nin tərəfdaşı oldu
İslamiadaya 40 minə yaxın bilet satılıb

Dünən “Fairmont” otelində “Nar”ın Bakı-2017-nin rəsmi telekommunikasiya tərəfdaşı seçilməsiylə bağlı müqavilə imzalandı. Bu mobil operator 4-cü İslam Həmrəyliyi Oyunları zamanı Əməliyyat Komitəsini mobil telekommunikasiya xidmətləri – zəng və data-kart xidmətləri ilə təmin edəcək, eləcə də İnformasiya Əlaqə Mərkəzi və Oyunların Texnologiya Şöbəsinə dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq. 4-cü İslam Həmrəyliyi Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov tədbirdə bunları dedi: “Artıq 57 ölkənin iştirak edəcəyi İslamiadaya 1 aydan az vaxt qalıb. Beləliklə, Azərbaycan xalqına və bütün dünyaya möhtəşəm Oyunlar təqdim etmək ərəfəsindəyik. Bu oyunlara evsahibliyi etməklə biz dinə sadiqliyimizi və İslam ölkələrinin birliyini nümayiş etdirmək fikrindəyik. İslamiadanı yüksək səviyyədə təşkil etmək üçün əlimizdən gələni edəcəyik. Bakı-2017-yə hazırlıq plana uyğun gedir. 17 yarış məkanında, Atletlər kəndində hazırlıq işləri başa çatır. Mayın 5-də Atletlər kəndini açıq elan etməyi planlaşdırırıq. Həmin gün ilk qonaqlarımızı qəbul edəcəyik. Könüllülərin təlimləri də yekunlaşmaq üzrədi. Aprelin sonunadək bu təlimləri başa çatdıracağıq. Bildiyiniz kimi, martın 19-dan biletlərin satışına start verilib. Satışlar gözlənilən səviyyədədi. Ümidlərimiz doğrulur. Artıq 40 minə yaxın bilet satılıb. Komanda növləri üzrə təqvim 90 faiz hazırdı. Sadəcə, bəzi ölkələrdən cavab gözləyirik ki, siyahını tam tərtib edək. Biz də oyunların təqviminin və başlama saatlarının qısa zamanda hazırlanmasının tərəfdarıyıq. Tezliklə bunu təsdiqləyib ictimaiyyətə açıqlayacağıq. Ulduz və idmançı səfirlər təbliğat işləriylə məşğul olur. Xüsusi dəstəmiz 15 rayonda su səyahəti tədbirinə cəlb olunub. Tərəfdaş və dəstəkçi şirkətlərə minnətdarlığımı bildirirəm. Bu gün Azərbaycanda uzun illərdi uğurla fəaliyyət göstərən və böyük abunəçi sayına malik “Nar” şirkəti Bakı-2017-nin rəsmi telekommunikasiya dəstəkçisi seçilib. Oyunlar zamanı yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq çox vacibdi. Əminəm ki, birgə əməkdaşlığımız sayəsində “Nar” şirkəti İslamiadanın uğurla həyata keçirilməsinə müsbət töhfəsini verəcək. “Nar”ın tərəfdaşlarımız sırasına qoşulması qürurvericidi. Şəbəkə ölkə ərazisinin 80 faizini əhatə edir və 2 milyondan artıq abunəçisi var. Hazırda xarici şirkətlərlə də sponsorluqla bağlı danışıqlar gedir. Ancaq hələ ortada rəsmi bir şey yoxdu. İnanıram ki, Bakı-2015 İslamiadanın kölgəsində qalacaq”.
“Nar”ın baş icraçı direktoru Klaus Müllerin fikirləri isə belə oldu: “İki il öncə ilk Avropa Oyunlarının tərəfdaşı kimi bu səpkili mühüm layihələrdə birgə əməkdaşlıq istiqamətində yetərincə təcrübə qazanmışıq. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, layihənin telekommunikasiya tərəfdaşı kimi “Nar”ın peşəkar əməkdaşları Bakı-2017-nin təşkilatçılarına və iştirakçılarına yüksək keyfiyyətli xidmət göstərəcək. Əminəm ki, Azərbaycanın tarixində İslamiada çox böyük hadisə olacaq və “Nar” şirkətinin bu hadisənin bir parçası olması bizə qürur verəcək. Bakı-2017-nin tərəfdaşları sırasında olmaqdan çox məmnunuq. Tezliklə 10 illik yubileyimizi qeyd edəcəyik. Bu Oyunların böyük uğurla keçirəcəyinə inanırıq. Müxtəlif idman növlərinə sponsorluq etməklə bağlı suala cavab verməkdə çətinlik çəkirəm. Çünki məndə bu haqda məlumat yoxdu. Ancaq telekommunikasiya sahəsində bizimlə əməkdaşlıq etmək istəyənlərlə münasibətlər qura bilərik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar