13 apr 19:08idman, manset

Zaur Axundov Biro Jadedən razı deyil

Zaur Axundov Biro Jadedən razı deyil
“Baş məşqçi məsələsinə mayda qayıdacağıq”

Millinin qələbəsiylə bitən oyundan sonra Futzal Federasiyasının prezidenti Zaur Axundov sualları cavabladı.
- Butun Azərbaycanı təbrik edirəm. Komandamız yüzfaizlik nəticə ilə final mərhələsinə vəsiqə qazandı. Artıq Sloveniyada keçiriləcək final mərhələsinə hazırlaşacağıq.
- Düşünmürsüz ki, ilk oyun başqa qarşılaşmalara nisbətən çox ağır keçdi?
- Fikrimcə, hər üç oyun ağır idi. Çünki rəqiblər bizə qarşı ciddi hazırlaşmışdı. Albaniyanın da bizə qarşı necə oynadığını gördüz. Bütün komandalar bizə qarşı özlərini sübut etmək istəyirlər. Hər oyunun fasiləsində paltardəyişmə otağına gedirdim. Narahatlıq, gərginlik var idi. Hələ turnirdən öncə bilirdik ki, rəqiblər bizə qarşı aqressiv oynayacaqlar.
- Yerli uşaqların çıxşından razı qaldız?
- Təbii ki, onların olması sevindiricidi. Məqsədimiz yerli uşaqları da yetişdirməkdi. Onlar təcrübəli əcnəbilərin yanında yetişəcəklər. Bu iş bizdə davamlı olacaq. 4-5 gəncimiz var ki, milliyə cəlb olunacaqlar. Uşaqların oyunları ümid verir. Onlara da zaman lazımdı ki, təcrübə toplasınlar. Avropa çempionatında heyətdə yerli futzalçılar olacaq.
- Rəqiblər uğuru olmayan futzal ölkələriydi. Əvvəllər daha güclü yığmalara qarşı oyunda bundan yaxşı çıxış etmişdik. Çempionatın səviyyəsi düşüb?
- Mən belə deməzdim. Neçə illərdi ki, yığma “Araz”ın bazasında qurulub. “Fənərbaxça”, “Xəzər adaları” kimi klublar var idi. Onlar çempionluğa oynayırdı. Yığmanın bazası “Araz”da olmasına baxmayaraq, digər klublardan yerli oyunçular milliyə çağırılır. Çempionatımızdan razıyam. Bizim məqsədimiz Azərbaycan bayrağını yüksəltməkdi, hansısa klubun inkişafını düşünmək yox.
- Biro Jade özünü doğrultdu?
- Narazı qaldığımız məqamlar oldu. Biro futzalçı kimi çox peşəkar idi. O, Azərbaycanda oynayanda millinin əsas üzvlərindən biri idi. Bizim üçün çox işlər görüblər. Amma baş məşqçi başqa səviyyədi. Yaxşı baş məşqçi olmaq üçün təcrübə lazımdı, illər keçməlidi. Biroda bu çatışmır. Miltinyo problemlərə görə getdi. Məcbur qalıb köməkçisi Bironu baş məşqçi qoyduq. Çünki 3-4 ay üçün yeni baş məşqçi tapmaq və üstəlik, bunu mövsümün ortasında etmək çox çətin olardı. Sınaq kimi bunu Biro Jadeyə həvalə etdik. İstəsə, yenə Azərbaycanda qalacaq. Amma millinin baş məşqçi məsələsinə mayda yenə qayıdacağıq. Sloveniyada baş məşqçi postunda hansı mütəxəssis olur-olsun, bizə nəticə lazımdı.
- Qazaxıstanda çalışan Kakau və Alesionun adı millimizlə yanaşı çəkilir...
- Biz Kakau ilə danışmamışıq. Bu cəfəngiyyatdı. Kakaunun müqaviləsi var. Olmasa belə, o bizim maraq dairəmizdə deyil. Alesio olub. Bir-iki ispan məşqçi var ki, bu gün də onlar gündəmdədi. Amma Kakau piar sevən insandı. Yəqin yatıb, yuxusunda görüb ki, Azərbaycana baş məşqçi gəlir. Baş məşqçi məsələsi mənim səlahiyyətimdədi. Sizi əmin edirəm ki, Kakau ilə danışıq olmayıb.
- Azərbaycandan qalmaqalla ayrılan Alesionun qayıdışı nə dərəcədə realdı?
- O, səhvini başa düşüb. Bizə məktublar yazdı, üzr istədi, Serbiyada görüşdük, danışdıq. Hər şey ola bilər.
- Milli Avropa çempionatı ərəfəsində daha çox yoldaşlıq görüşü keçirə biləcək?
- Biz bunu istəyirik. Amma görürsən ki, rəqiblərlə vaxt baxımından problem olur. Yoldaşlıq görüşləri vacibdi. İyuldan rəqib axtarışına başlayacağıq. Ən azı iki təlim-məşq toplanışı olacaq.
- Komandanın əsas heyət üzvlərindən Ramiz Çovdarovun qovulmasına münasibətinizi bilmək istərdik.
- Neçə ildi burdayam və həmişə demişəm ki, nəticədən də vacib nizam-intizamdı. Ramiz Çovdarovun milliyə dəvət edilməsinin təşəbbüskarı mən olmuşam. Gizlətmirəm, elə məşqçilər var idi ki, onun komandaya gəlməsini istəmirdilər. Onu “Araz”a da mən göndərmişəm. Amma o insan dəfələrlə komandada nizam-intizamı pozub. Baş məşqçinin mənə verdiyi məlumata əsasən onu komandadan kənarlaşdırdıq. Daxili intizamı pozduğuna görə. Ona hər zaman ehtiyacımız var. Bu gün də yeri görünürdü. Biz heç kimin üstündən xətt çəkmirik. Onunla dəfələrlə danışdıq, başa saldıq. Gələcəkdə səhvlərini başa düşsə, qayıdacaq.
- Üzr istəməlidi?
- Özü yaxşı bilir ki, kimin qabağında nizam-intizamı pozub. Bütün komandadan üzr istəmələdi. Mən federasiya prezidenti kimi istəyirəm ki, millidə oynasın. Amma hər şey özündən asılıdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar