13 apr 19:01idman

Şəfaqət Həbibova İslamiadada oynaya bilməyəcək

Şəfaqət Həbibova İslamiadada oynaya bilməyəcək
Belarus yığması Bakıya gələcək
Aprelin 11-də qadınlardan ibarət voleybol yığmamızın İslamiadaya hazırlığıyla tanış olmaq üçün Dərnəgül Voleybol Mərkəzinə yollandıq. Mənzil başına çatanda ikinci komanda yenicə gənclər yığmamızın baş məşqçisi təyin olunmuş Adnan Kistakın rəhbərliyi altında məşq edirdi. Onlar hazırlığı başa vurduqdan sonra əsas komanda meydana çıxdı. Əvvəlcə Faiq Qarayev təxminən 20 dəqiqə voleybolçularla söhbət etdi. O həmin gün doğum gününü qeyd edən Ayşən Abduləzimovanı təbrik etməyi də unutmadı. Bu yerdə onu nəzərinizə çatdıraq ki, İslamiadada məhz Qarayevin yığmaya baş məşqçilik edəcəyi dəqiqləşib. Hazırda Faiq bəyin rəhbərliyi altında 13 voleybolçu – Anastasiya Şaş, Kristina Yaqubova, Aynur Kərimova, Ayşən Abduləzimova, Alyona Həsənova, Valeriya Məmmədova, Ceyran Əliyeva, Oksana Kiselyova, Ülkər Kərimova, Yekaterina Jidkova, Anastasiya Qurbanova, Yelizaveta Səmədova və Marqarita Əzizova məşq edir. Mütəxəssisdən müsahibə almaq istəsək də, İslamiada ərəfəsində jurnalistlərin suallarını cavablayacağını bildirdi. Belədə millinin meneceri Oksana Kurtla danışdıq:
- Həm əsas, həm də ehtiyat yığma eyni vaxtda hazırlığa başlayıb. Aprelin 7-dən Dərnəgül Voleybol Mərkəzində təlim-məşq toplanışına start verilib. İlk iki gündə voleybolçular tibbi müayinədən keçdi. Bazar ertəsindən bütün güclə hazırlıq keçirik. Proqram üzrə məşqləri davam etdiririk. Həftə ərzində gündəlik 2 və 1 məşqimiz olur. Bəzi günlərdə fitnesdə fiziki hazırlıq üzərində işləyirik.
- Yığma tam heyətlə nə zaman hazırlıq keçə biləcək?
- Yana Kulan və Kseniya Poznyak Türkiyə çempionatında çıxışını davam etdirir. Onların klubları 5-8-ci yerlər uğrunda mübarizə aparır. Mayın ilk günlərində bizə qoşulacaqlar. İtaliyada çıxış edən Odina Bayramova isə aprelin sonlarında Bakıya gələcək. Yaponiyada kubok oyunları hələ bir müddət davam edəcək. Bu üzdən Polina Rəhimova İslamiadanın startı ərəfəsində yığmanın düşərgəsində olacaq.
- Gənc komandadan kimlərisə əsas heyətdə görə biləcəyik?
- Əlbəttə, ola bilər. Mən bunu gənc yox, ikinci yığma adlandırardım. Hər ölkədə 1-ci, 2-ci komandalar olur. Bəzən gözlənilməz zədələrlə üzləşirsən. Belədə 2-ci komandadan kimlərsə əsas heyətə cəlb oluna bilər. Bu rəqabəti artırmaq üçün atılmış addımdı. İkinci komandada yaxşı potensialı olan voleybolçular var. Niyə də onlar İslamiadada çıxış etməsin?!
- Bəs indi əsas heyətdə zədəlilər var?
- Ciddi zədəsi olanlar yoxdu. Kiçik zədələri olanları isə müalicə etdiririk.
- Şəfaqət Həbibova zədə üzündən mövsümü boşa verdi. İslamiadada oynaya biləcək?
- Təəssüf ki, Bakı-2017-də oynaya bilməyəcək. Yarımay əvvəl əməliyyat olunub. İslamiadaya qədər tam hazır vəziyyətə gəlməyəcək. Onun yoxluğunda 4 toppaylayıcıdan biri əsas heyətdə yer alacaq. Görünən odu ki, bu voleybolçu Kristina Yaqubova olacaq.
- Sloveniya toplanışı haqda nə deyə bilərsiz?
- Aprelin 15-dən mayın 2-dək Mariborda hazırlıq keçəcəyik. Orda həm fiziki hazırlığa fikir veriləcək, həm də oyunlarımız olacaq. Hələ rəqiblər müəyyənləşməyib. Çalışacağıq ki, mümkün qədər güclü komandalarla qarşılaşaq.
- Sloveniya toplanışından sonra plan necədi?
- Mayın 4-də Belarus yığması Bakıya gələcək. Ayın 11-nə kimi burda toplanış keçəcəklər. Həm əsas, həm də 2-ci komandamız onlarla yoxlama oyunu keçirəcək.
- Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan İslamiadadakı rəqiblərimizdi. İlk baxışdan əsas rəqib Türkiyə sayılır. Onlar bura əsas heyəti gətirəcək?
- Məndə olan məlumata görə, gənclərə üstünlük verəcəklər. Çünki Türkiyə yığması dünya çempionatının seçmə mərhələsinə hazırlığı əsas götürüb. Ancaq indidən heyətlərlə bağlı bir söz deyə bilmərəm. Onu da qeyd edim ki, İslamiadada 5 komanda dairəvi formada oyunlar keçirdikdən sonra ilk “4-lük” yarımfinalda mübarizə aparacaq. Birinci yeri tutan komanda dördüncüylə, 2-ci pillədə qərarlaşan isə ilk “3-lüy”ü qapayan yığmayla finala çıxmaq uğrunda oynayacaq.
- Yeri gəlmişkən, İslamiada və DÇ-2018-in seçmə oyunları arasında interval azdı. Zədə ehtimalını da göz önünə alıb, Bakı-2017-də gənclərə üstünlük vermək mümkündü?
- Faiq Qarayev bu haqda düşünür. Yığmanın 4 əsas oyunçusu hazırda toplanışda iştirak etmir. Yəqin ki, gənclər də heyətdə yer alacaq.
- İslamiadada voleybol yarışı “Kristal Zal”da baş tutacaq. Belarusla yoxlama oyunlarını orda keçirəcəksiz?
- Faiq müəllim bunu arzulayır. Çünki arenaya uyğunlaşmaq yaxşı olardı. Ancaq Əməliyyat Komitəsi orda məşq etmək üçün az vaxt verib. Çünki yarış ərəfəsində arenalara giriş-çıxış məhdudlaşdırılır. DÇ-2018-in seçmə mərhələ oyunları isə Bakı İdman Sarayında baş tutacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar