03 yan 10:45idman

“Qəbələ”: 2019-dan 12 məqam


“Qəbələ” İdman Klubu “qırmızı-qaralar”la bağlı 2019-da yaşanan ən önəmli 12 məqamı qeyd edərək, saytında bölüşüb.
1. İlk kubok
“Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub. Ümumilikdə 4-cü, ardıcıl 3-cü dəfə finalda oynayan “qırmızı-qaralar” mayın 19-da mükafata yiyələnib. Komanda Naxçıvanda keçirilən həlledici görüşdə “Sumqayıt”la qarşılaşıb. Stiven Jozef-Monrozun 3-cü dəqiqədəki erkən qolu matçın taleyini həll edib. 1:0 hesabıyla qalib gələn komandamız tarixində ilk dəfə ölkə kubokuna yiyələnib. Bu, klub tarixində 2006-cı ilin yayında birinci dəstənin qalibi kimi premyer-liqaya yüksəldikdən sonra ilk tituldu.
2. İki çempionluq
“Qəbələ” Futbol Akademiyasının komandalarının ölkə çempionatlarındakı uğurlu çıxışı 2019-da da davam edib. AFFA-nın təşkilatçılığı ilə keçirilən liqaların 2018/19 mövsümündə təmsilçilərimiz 6 mükafata yiyələnib. U-19 və U-16 çempion adına sahib çıxıb. Gənclər Liqasında çıxış edən U-19 komandasının ardıcıl 2-ci, ümumilikdə 4-cü uğuru olub. U-16 liqasında isə “Qəbələ”nin hegemonluğu aşkardı. Bu yaş qrupunda “qırmızı-qaralar” ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə qızıl medala yiyələnib. U-17 ilə U-15 mövsümü gümüş medalla yekunlaşdırıb. U-14 ilə U-12-nin qazancı isə bürünc medal olub.
3. Minsk-2019-da iki medal
Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında “Qəbələ”nin idmançıları da uğurla çıxış edib. Təmsilçilərimiz yığmanın hesabına 1 qızıl və 1 gümüş medal yazdırıblar. Boksçu Alfonso Dominges (81 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycana çempion kimi qayıdıb. O, həm də Avropa çempionatı statusu daşıyan yarışın da qalibi sayılıb. Karateçi Rafael Ağayev (75 kq) də növbəti medalını Minskdə qazanıb. Finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız yalnız həlledici görüşdə uduzaraq gümüş mükafata sahib çıxıb.
4. Yenə Gənclər Liqasında
“Qəbələ”nin U-19 komandası avrokubokların daimi iştirakçısına çevrilməkdədi. “Qırmızı-qaralar” tarixində 3-cü, ardıcıl 2-ci dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb. Bu turnirdə 2016/17 mövsümündə debüt edən, ötən il isə mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşən “Qəbələ” yenə Çempionlar yolunda qüvvəsini sınayıb. Komanda birinci mərhələdə Cənubi Kipr APOEL-i ilə görüşüb. Bölgə təmsilçisi səfərdə heç-heçəyə nail olsa da, evdə keçirilən görüşdə uduzaraq mərhələ adlaya bilməyib.
5. Avropada 20-ci medal
Millinin və “Qəbələ” İK-in karateçisi Rafael Ağayev Avropa çempionatlarında 20-ci medalını qazanıb. İdmançı buna İspaniyanın Qvadalaxara şəhərində nail olub. O, böyüklərin 54-cü Avropa çempionatında fərqlənib. 75 kq çəkidə mübarizə aparan karateçi yarışı gümüş medalla başa vurub. 5 qat dünya çempionu qitə birinciliklərində medal sayını yubiley həddinə - 20-yə çatdırıb. Bunun 11-i qızıl, 2-si gümüş, 7-si bürüncdü.
6. Avropa Liqasında 6-cı mövsüm
“Qəbələ”nin əsas komandası artıq avrokubokların daimi iştirakçısına çevrilib. “Qırmızı-qaralar” ardıcıl 6-cı dəfə qitəmiqyaslı turnirdə qüvvəsini sınayıb. Yarışa Azərbaycan kubokunun qalibi kimi qatılan komanda Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulub. 2014/15 mövsümündən bu turnirdə daim iştirak edən, iki dəfə dörd mərhələ adlamaqla qrupa yüksələn “Qəbələ” Gürcüstan “Dinamo”su ilə görüşüb. “Qırmızı-qaralar” bu dəfə Tiflis təmsilçisini keçə bilməyib.
7. Abbasovdan çempionluq kəməri
Azərbaycanın və “Qəbələ” İK-in MMA döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” təşkilatının çempionu adına yiyələnib. O, Rusiyanın paytaxtı Moskvadakı "Mıtişi Arena"da keçirilən turnirdə qalib olub. Yüngül çəkidə vakant olan çempionluq kəməri uğrunda görüşdə Qazaxıstan təmsilçisi Kuat Hamitovla 5 raundluq döyüşdə xal hesabıyla qalib gələn idmançı çempionluq kəmərinə yiyələnib. Nəriman 2019-cu ildə fərdi mükafat da qazanıb. Döyüşçü “Avand Production”un təşkilatçılığı ilə “Park İnn” otelində baş tutan tədbirdə “Caspian Awards” mükafatıyla təltif edilib.
8. İki futbolçumuz rəmzi komandada
2019-cu ilin yayında 2018/19 mövsümünün rəmzi komandası açıqlanıb. “Qəbələ” PFL-in tərtib etdiyi heyətdə iki oyunçu ilə təmsil olunub. Ötən mövsüm qırmızı-qara formada çıxış edən hücumçu Ceyms Adeniyi və müdafiəçi Voislav Stankoviç “11-lik”də yer alıb. Buna onların mövsüm ərzində turun komandasına düşmələri səbəb olub. Adeniyi 9, Stankoviç 6 dəfə bunu bacarıb.
9. Gənclərin festivalında medal
İdmançılarımız Bakıda keçirilən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalında da çıxış ediblər. “Qəbələ” İK-in cüdoçusu Gülşən Bəşirova yarışda uğura imza atıb. Klubun rayon bölməsinin yetirməsi olan 16 yaşlı istedad 44 kq çəkidə festivalın bürünc mükafatına yiyələnib. Gülşən 2019-cu ildə daha bir uğuruna Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında imza atıb. Bu yarışda 48 kq çəkidə mübarizə aparan cüdoçu komanda yarışlarında gümüş mükafata sahib çıxıb.
10. Bir ildə iki qızıl
“Qəbələ” İK-in cüdoçusu İmran Yusifov il ərzində iki mötəbər yarışın qalibi olub. +100 kq çəkidə çıxış edən idmançı Lüksemburqda keçirilən Avropa kubokunda bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa kubokunda da eyni uğura nail olub.
11. Avropa çempionatında bürünc medal
Taekvondoçu Cavad Ağayev Avropa çempionatında uğurla çıxış edib. Yığmanın üzvü olan idmançı İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında qitə birinciliyində dayanaq üzərinə çıxıb. 68 kq çəkidə mübarizə aparan Ağayev qitə çempionatında bürünc medal qazanıb.
12. Yeni sponsor
“Qəbələ” İK yeni sponsorla anlaşıb. Dekabrın 19-da “Qafqaz City Otel”də keçirilən tədbirdə klubla “Jalə” şirələri arasında sponsorluq müqaviləsi imzalanıb. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov və şirkətin Marketinq direktoru Amid Səfərov ilyarımlıq müqaviləyə imza atıblar. Anlaşmaya əsasən "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar