13 apr 18:37idman

İslamiadanın növbəti sponsoru SOCAR oldu

İslamiadanın növbəti sponsoru SOCAR oldu
4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçiləri sırasına SOCAR da qoşulub. Buna qədər AZAL, BP və “Microplus” Bakı-2017-nin rəsmi tərəfdaşı, “Fresco”, “ITicket.AZ”, “Milla” və “RedBull” şirkətləri isə rəsmi dəstəkçi olmuşdu. Bu gün isə “Nar” şirkəti ilə tərəfdaşlıqla bağlı müqavilə imzalanacaq. “Fairmont” otelində baş tutacaq tədbirdən sonra jurnalistlərin sualları cavablandırılacaq.
Bu arada Bakı-2017 Əməliyyat Komitəsi 34 ölkənin telekanallarıyla razılıq əldə edib. Eksklüziv yayın hüququna malik olanlar açılış və bağlanış mərasimlərini, birsaatlıq gündəlik icmal proqramını, futbol üzrə 16 qarşılaşmanı yayınlamaq hüququna sahibdi. Şimali Afrika və Orta Şərq ölkələrində yayın hüququnu Ərəb Dövlətlərinin Yayın Birliyi (ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayın şirkətlərini 4-cü İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı qazanıb. “TV Media Sport” (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayın şirkətləri – Kot d’İvuar (RTİ), Nigeriya (NTA Sports 24), Tanzaniya (Azam Media Group ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavriki (MBC) və Burkina-Faso (RTB) - qarşısında oyunların və proqramların yayınlanması ilə bağlı öhdəlik götürüb.
İslamiadadan söz düşmüşkən, Xəzərdən başlayan su səyahəti Astaradan sonra Şirvan şəhərində davam edib. Su səyahətinə Kür çayının Şirvan ərazisindən keçən hissəsində start verilib. Sərbəst güləş üzrə idman ustası, əməkdar məşqçi İsmayıl Həşimov, taekvondo üzrə ölkə çempionatının bürünc medalçısı Arif Şükürov və Şirvan şəhər 10 saylı tam orta məktəbin şagirdi Səma Əliyeva Bakı-2017-nin misdən hazırlanmış su qablarını Kür çayının suyu ilə doldurub. Bu su qabları axşam saatlarında şəhərdəki Heydər Əliyev meydanında keçirilən su festivalında nümayiş etdirilib. Həmin gün Şirvan Olimpiya İdman Kompleksində 4-cü İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən layihə rəhbəri Ülviyyə Əkbərova, Oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Bakıda keçiriləcək Oyunların ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb. Bakı-2017-nin təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında keçirilən müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvəsini sınayıb. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən kubok, diplom, məlumat kitabçaları verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar