01 noy 12:31idman

Faiq Qarayevə "Əmək" ordeni təqdim olundu


“Lazım olarsa, məşqçiliyə davam edəcəm”
Azərbaycan Voleybol Federasiyasının (AVF) 1-ci vitse-prezidenti Faiq Qarayevin ölkə idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunması ilə bağlı tədbir keçirilib. Mərasimdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, AVF-nin prezidenti, millət vəkili Cavid Qurbanov 60 yaşlı mütəxəssisi təbrik edərək, onun karyerasından söz açıb: "Faiq müəllim Rusiya və Türkiyədə işləyib. Daha sonra cənab Prezidentin dəvəti ilə Azərbaycana gəlib və ölkəmizdə bir sıra uğurlara imza atıb. Bir çox tanınmış voleybolçu onun rəhbərliyi altında yetişiblər. Faiq Qarayev bütün dünyada tanınıb. Onun böyük məşqçi olduğunu hər yerdə qəbul edirlər. Faiq müəllimlə 15 ildi dostuq, bu sahəyə gəlişimin səbəbkarı da odu. Cənab Prezident tərəfindən "Tərəqqi" və "Şöhrət" ordenlərinə layiq görülüb, "Əməkdar məşqçi"di. İndi isə "Əmək" ordeni ilə təltif edilib. Cənab Prezident şəxsən telefon açıb, onu təbrik edib. Ona cansağlığı, uğurlar arzulayıram".
Daha sonra Prezidentin sərəncamı oxunub və Cavid bəy "Əmək" ordenini Qarayevə təqdim edib. Ardınca Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib: "Mənim üçün xüsusi bir bayramdı. Faiq Qarayev bütün ömrünü voleybola sərf edib və Azərbaycanın ən öndə gələn idman xadimlərindən biridi. Onunla eyni gündə "Şöhrət" ordeni ilə təltif olunmuşuq. Nailiyyətlərini bütün dünyada bilir, tanıyırlar. Faiq müəllimi təbrik edirəm". Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə səbəbkarı nazir Azad Rəhimovun adından təbrik edib, onun karyerasından, uğurlarından söhbət açıb.
Daha sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Fərid Cəlalov və AVF-nin mətbuat katibi, veteran voleybolçu Şəfəq Kərimova Qarayevin Azərbaycan voleybolundakı rolundan danışıb, onun bu sahədə işini yüksək qiymətləndiriblər.
Hər şeyə görə təşəkkür edən Faiq Qarayev İlham Əliyevə minnətdarlıq edib, Cavid Qurbanovun Azərbaycan voleybolundakı rolundan danışıb: "Cavid müəllim 15 il dedi, amma bizim dostluğumuz 19 ildi davam edir. O, mənə hər zaman "qardaşım" deyir, bu mənim üçün layiqli sözdü. Onun mənim həyatımda böyük yeri olub. Heç voleybolda olmayanda, klub və federasiya rəhbəri kimi çalışmayanda da böyük dəstək verib. Bu gün federasiyada hər bir sahəyə xüsusi diqqət yetirilir, yeni voleybolçu və məşqçi nəsli yetişir. Bunun nəticəsini iki-üç ilə görəcəyik. Azərbaycanda voleybol çox sevilir. Kollektivi yığaraq dedim ki, bu orden tək mənim yox, hamımızın uğurudu. Rəhmətlik atam məni voleybola qoymurdu, "bu idman növü sənə nə verəcək?" deyirdi. Orden alandan sonra onun məzarına gedərək, təşəkkür etmişəm. Artıq Azərbaycanda tanınmış məşqçiyəm. Cənab prezident mənə zəng vurdu. Bu, mənim üçün böyük hadisədi. Onunla danışandan sonra güclü bir adam oldum, iki gün özümə gələ bilmədim. Prezidentin bu sözlərinin, medalın altından necə çıxa biləcəyimi düşündüm. Həmin zəng həyatımı çevirdi. Onun sözləri insana elə güc verir ki, yaşamaq, çalışmaq istəyirsən. Möhtərəm prezidentə təşəkkür edirəm. Hər zaman idmana xüsusi diqqət göstərir. Hər kəsə, ilk növbədə cənab prezidentə təşəkkür edirəm".
Tədbirdə AVF-nin Rəyasət Heyətinin adından qurumda işləyən və Azərbaycan voleybolunda xidmətləri olan Oqtay Musayev, Rafiq Rəsulov, Zöhrab Gözəlbəyli, Nərgiz İsmayılova və Nona İsmayılovaya yubileyləri münasibəti ilə xüsusi diplomlar və mükafatlar verilib.
Faiq Qarayev tədbirdən sonra jurnalistlərə açıqlama verib. Federasiya rəsmisi milli komanda və ölkə çempionatı ilə bağlı maraqlı fikirlər səsləndirib: “Bir daha ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm ki, mənə belə bir yüksək orden verib. Çünki bundan öncə də ordenlərim olub, amma 60 illiyimdə belə orden almaq mənim üçün şərəflidi. Cənab prezident tək mənə yox, idman sahəsində əməyi olan hər kəsə qayğı göstərir. Bundan sonra işimizi elə qurmalıyıq ki, voleybol sahəsində uğurlarımız daha çox olsun. Hazırda bəzi oyunçular bir az yaşlanıblar. Ona görə gənclərə şans veririk. Onlar Azərbaycan çempionatında iştirak edirlər. Qalan oyunçular isə xaricdə çıxış edirlər. Bunun üçün azad transfer hüququ verdik. Gələn il isə yəqin ki, avrokuboklarda iştirak edəcəyik. Qarşıda çox böyük yarışlar var. Voleybol idman növünü çox sevirlər. Yetərincə azarkeş kütləsi var. Çalışacağıq ki, bundan sonra da Azərbaycanda yaxşı voleybolçular olsun və gəncləri yetişdirə bilək”.
Vitse-prezident qadınlardan ibarət yığmanın baş məşqçi məsələsinin bir həftə ərzində həll olunacağını diqqətə çatdırıb: "Cavid müəllimlə planlaşdıracağıq ki, fikirlərimizi hansı məşqçiyə yönəldək. Mən hələ ki məşqçi karyeramı başa vurmamışam. Səhhətimlə bağlı problemlər var idi. Çox ciddi müalicə alırdım. Hazırda özümü yaxşı hiss edirəm. Lazım olarsa, məşqçiliyə davam edəcəm. Bunu da bildirmək istəyirəm ki, gənc komandanı yığıb gələn həftədən işləməyə başlayacam. Məşqçilərə kömək edəcəm. Məşqçilik karyeram hələ davam edir".
Qarayev həmçinin bildirib ki, həm kişilər, həm də qadınlar arasında superliqada 6 komanda mübarizə aparacaq. Hər iki çempionatda Gürcüstan komandaları mübarizə aparacaq. Artıq bununla bağlı Gürcüstan Voleybol Federasiyasından razılıq məktubu alınıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar