12 apr 12:25idman

Güləşçilər Bakı İdman Sarayına toplaşacaq

Güləşçilər Bakı İdman Sarayına toplaşacaq
Aprelin 13-dən 16-dək Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparacaq. Turnirin proqramına əsasən, aprelin 13-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 14-də yunan-Roma güləşi üzrə gənclər, 15-də sərbəst güləş üzrə yeniyetmələr, ayın 16-da isə sərbəst güləş üzrə gənclər qüvvəsini sınayacaq. Turnirin rəsmi açılış mərasimi aprelin 13-ü saat 17.00-da başlayacaq. İlk üç yeri tutanlar federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
Yığmadan uğurlu start
Aprelin 9-da Ukraynada qadın həndbolçulardan ibarət komandalar arasında mini-turnirə start verilib. Yığmamız ilk oyunda “Dnepryanka”ya 31:25 hesabıyla qalib gəlib.
Yelkənli qayıqçıların Sloveniya sınağı
Dünən Sloveniyada yelkənli qayıq üzrə "Optimist Sailing Point Regatta"
turniri başlayıb. Optimist kateqoriyası üzrə komandamız baş məşqçi Seyhun Yıldızın rəhbərliyi altında yarışacaq. Heyətdə Murad İsmayılov, Rafiq Orucov, Murad Allahverdi, İsmayıl Kərimov və Kristina Kərimova yer alıb. Laser kateqoriyası üzrə millimiz isə həmin ölkədə keçirilən "Laser Izola Spring Cup" yarışına qatılıb. Tuğçe Subaşının rəhbərliyi altında bu turnirdə Selcan Abbas, Cavid Kərimov və Ammar Hatim mübarizə aparacaq.
Avropa çempionatı başlayır
Xəbər verdiyimiz kimi, bu gün Latviyanın paytaxtı Riqada qadın şahmatçıların fərdi Avropa çempionatı start götürür. 145-dək zəka sahibinin mübarizə aparacağı qitə birinciliyində 9 təmsilçimiz də iştirak edəcək. Şahmat Olimpiadasının qalibi Gülnar Məmmədova (2357), son ölkə çempionu Günay Məmmədzadə (2348), eləcə də Zeynəb Məmmədyarova (2322), Ülviyyə Fətəliyeva (2287), Türkan Məmmədyarova (2267), Xəyalə Abdulla (2241), Nərmin Məmmədova (2240), Xanım Balacayeva (2196) və Gövhər Beydullayeva (2054) Latviyada uğur qazanmağa çalışacaq. İlk “14-lük”də yer alanlar fərdi dünya çempionatında oynamaq hüququ qazanacaq. Ancaq şahmatçılarımızın reytinqinə əsasən ilk “40-lıq”da yer almalarını belə uğur kimi dəyərləndirmək olar. Yarışın reytinq favoriti ukraynalı Anna Muziçukdu (2587). İsveçrə sistemi üzrə keçiriləcək turnir 11 turdan ibarət olacaq. Aprelin 18-i AÇ-də istirahət günü kimi nəzərdə tutulub. Hər gün oyunlar yerli vaxtla 15.00-da başlayacaq. Yalnız sonuncu gündə - aprelin 22-də şahmatçılar mübarizəyə 4 saat tez start verəcək.
Şahmatdan söz düşmüşkən, dünən Bakıda uşaqlar arasında beynəlxalq turnirə start verilib. Aprelin 14-dək davam edəcək yarışda Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 50-dən çox şahmatçı iştirak edəcək. İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq. Yarış «Gənclik» şahmat klubu, Şahmat Federasiyası və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Turnirin qalibi Parisdə təşkil olunacaq şahmat turnirində iştirak etmək hüququ qazanacaq. Qaliblər üçün mükafatlar “Bakcell”, “Bestcom” və “McDonalds” tərəfindən təqdim ediləcək.
Bayramova qələbədə sözünü dedi

Voleybol üzrə İtaliya A seriyasında 1/4 final mərhələsinə start verilib. “Firenze” evdə çətinliklə də olsa, “Konelyano”ya qalib gəlib – 3:2 (25:18, 25:15, 23:25, 17:25, 15:10). Odina Bayramova 20 xalla qələbədə pay sahibi olub. Cavab oyunu aprelin 17-də keçiriləcək.
İlk lisenziya ağır atletlərdən gəldi
Taylandın paytaxtı Banqkokda ağır atletika üzrə yeniyetmələr arasında 7-ci dünya birinciliyi başa çatıb. Yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) qatıldığı mundialda daha iki atletimiz çıxış edib. Ümidvar Bayramlı (94 kq) B qrupunda yarışıb. O, birdənqaldırmada 125 kq-ı qaldıraraq bu hərəkətdə 3-cü olub. Ümidvar təkanlaqaldırmada 153 kq-ı ram edib və bu hərəkətdə 3-cü olub. Bayramlı toplamda 278 kq-lıq nəticəylə B qrupunda 1-ci, yekun sıralamada isə 10-cu yeri tutub. Ümidvar ötən il keçirilən analoji yarışdakı nəticəsini 18 kq yaxşılaşdırıb.
Son təmsilçimiz Həsənbəy Həsənzadə (+94 kq) də B qrupunda “körpücüy”ə çıxıb. O, birdənqaldırmada 121 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü olub. Həsənbəy təkanlaqaldırmada 145 kq-ı ram edib və bu hərəkətdə 8-ci olub. O toplamda 266 kq-ı hesabına yazmaqla B qrupunda 6-cı, ümumi sıralamada isə 17-ci yei tutub.
Yekunda komandaların yığdıqları xallara əsasən gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına qazanılan lisenziyaların sahibləri müəyyənləşib. Qaydalara görə, hər ölkənin ən çox xal toplayan 6 atletinin xalları hesaba alınıb. İlk “25-lik”də yer alanlar ölkələrinin hesabına xallar yazdırıb. Yekunda ilk 7 pillədə yer alan ölkələr Olimpiadaya 2, sonrakı 10 ölkə isə 1 lisenziya əldə edib. Nəticədə komandamız 90 xalla 9-cu yeri tutub və Olimpiya Oyunlarına 1 lisenziya qazanıb. Azərbaycan toplanan xallara əsasən Ermənistan, Ukrayna, Gürcüstan və Şimali Koreya kimi bu idman növündə söz sahibi olan ölkələri qabaqlayıb. Gələn il keçiriləcək Avropa çempionatı da Argentinadakı Olimpiadaya lisenziya xarakteri daşıyacaq.
Qeyd edək ki, bu ölkəmizin bütün idman növləri üzrə Buenos-Ayresdə təşkil olunacaq Oyunlara qazandığı ilk lisenziyadı.
İkinci mərhələ başa çatdı
Velosiped İdmanı Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Olimpiya stadionu ətrafındakı yollarda kriterium üzrə paytaxt çempionatının 2-ci mərhələsi keçirilib. Müxtəlif kateqoriyalar üzrə ilk “3-lük”də yer alan idmançılar bunlardı:
Qızlar
18 km (6x3 km)
1. Ayan Xankişiyeva, 2. Viktoriya Buxenskaya, 3. Validə Cabbarova
U-17
36 km (12x3 km)
1. Əmral Əbdüləzizli, 2. Ramazan Əliyev, 3. Nikita Sitov
Gənclər
48 km (16x3 km)
1. Əli Qurbanov, 2. Rəsul Hüzeynzadə, 3. Mikayıl Səfərli
U-23/Elit
48 km (16x3 km)
1. Orxan Məmmədov (OEQİUVM), 2. Ayxan İltifatlı, 3. Bağır Həsənov
Göygöldə voleybol turniri
Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov Ümumrusiya Voleybol Federasiyasının prezidenti Stanislav Şevçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər qarşılıqlı fikir mübadiləsi aparıb. Qurbanov ölkəmizdə idmana göstərilən qayğıdan, idmançılarımızın, o cümlədən voleybolçularımızın ölkədaxili və beynəlxalq yarışlardakı fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb, Rusiya və Azərbaycan voleybol məktəblərinin tarixi köklərindən söz açıb. Şevçenko isə bütün sahələrdə olduğu kimi, idman sahəsində də Azərbaycanla ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Görüşdə işbirliyinin bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bu arada Şərqi Avropa Voleybol Zonaları Assosiasiyaları (EEVZA) çempionatlarından birini ölkəmizdə keçirəcək. Qurum 16 yaşadək voleybolçular arasında birinciliyini ölkəmizə həvalə edib. Ancaq yarış Bakıda yox, Avropa çempionatının qruplarından birinin oyunlarını qəbul edəcək Göygöldə baş tutacaq. Qarşılaşmalar iyunun 20-25-i aralığında keçiriləcək.
Sergey Onbış Almaniyada birinci oldu
Almaniyanın paytaxtı Berlində kişi idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib. 23 ölkənin iştirak etdiyi yarışda ölkəmizi Ağamurad Qəhrəmanov, Cavidan Babayev, Sergey Onbış və Səməd Məmmədli təmsil edib. Onbış paralel qollarda fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, dayaqlı tullanmada isə bürünc medal əldə edib.
İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışı keçirilib. Ayşən Bayramova, Siyana Vasilyeva, Diana Doman, Əlif Zeynəb Çelep və Aleksandra Platonovadan ibarət qrup komandamız çoxnövçülükdə 7-ci yeri tutub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar