12 apr 12:22idman

Samit Nuruzadə hələ heyəti müəyyənləşdirməyib

Samit Nuruzadə hələ heyəti müəyyənləşdirməyib
“Özümüzü zəif komanda saymırıq, nə favoritik, nə də autsayder”

İki il əvvəl ilk Avropa Oyunlarında olduğu kimi, 4-cü İslam Həmrəyliyi Oyunlarının proqramında da 3x3 basketbolu yer alıb. Bakı-2015-də yığmamız Elxan Əliyevin rəhbərliyi altında uğur qazana bilməmişdi. Bu dəfə Samit Nuruzadənin başçılığı ilə komandamız medal qazanmağa çalışacaq. Millimiz A qrupunda Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistanla münasibətləri aydınlaşdıracaq. B qrupunda isə İndoneziya, Qətər, Kot d’İvuar, Mali və İordaniya mübarizə aparacaq. Bəs görəsən, püşkatmanın nəticəsini yığmamız üçün uğurlu saymaq olar? Samit Nuruzadəni dinləyək: “Qruplardakı rəqiblərin fərqi yoxdu. Komandaların heyətləri tam müəyyənləşdikdən sonra müqayisə aparmaq olar. 3x3 basketbolunda heyətlər tez-tez dəyişir. Bu üzdən indidən proqnoz vermək çətindi. Qaydalara görə, 1,5 ildən artıq ölkə vətəndaşlığı olanlar 3x3 basketbolu yığmasında çıxış edə bilər. Səudiyyə Ərəbistanı çempionatında çoxlu amerikalılar oynayır. Ola bilər, aralarında vətəndaşlıq alanlar var. Qətər bu növdə U-18 üzrə dünya çempionatının qalibi olub. İndoneziyanın basketbolu çox yaxşı səviyyədədi. Türkiyə əvvəlki yarışlarda güclü heyətlə çıxış etmirdi. Ancaq bəlkə İslamiadada güclü basketbolçuların xidmətindən istifadə etdilər. Özümüzü zəif komanda saymırıq. Nə favoritik, nə də autsayder. Normal komandamız var. Başqaları da bizdən çəkinə bilər”.
Samit bəy hədəflə bağlı iddialı açıqlama verdi: “Həmişə qarşıma hədəf qoyuram. İstənilən yarışa qələbə üçün yollanıram. İslamiadada da hədəfimiz var. Bakıda keçirilən ilk Avropa Oyunlarında yığmamız uğursuz çıxış etdi. Bu dəfə yaxşı nəticə qazanmağa çalışacağıq. Bu da basketbolun təbliği yolunda önəmli rol oynaya bilər”.
Ancaq çalışdırıcı hələ heyətin kimlərdən ibarət olması üzərində baş sındırır: “Heyətlə bağlı indidən bir şey deyə bilmərəm. Bilirsiz ki, bir çox çempionatlarda mübarizə davam edir. Legioner həyatı yaşayanların Bakı-2017-də oynayıb-oynamayacağı bilinmir. Çempionatlarının həmin vaxtda bitib-bitməməsindən çox şey asılıdı. Seçim imkanımız güniş deyil. Marşal Moyzesin yenə yığmada yer almaq ehtimalı var. Zaur Paşayev bu mövsüm Gürcüstan çempionatında daha az oynayır. Bunun da səbəbi “Kutaisi”nin yerli yığmanın oyun qurucusunu transfer etməsidi. Amma Paşayevin gücünə bələdəm. Son çempionat oyununda da komandasının ən məhsuldar basketbolçusu oldu. Zaur üçün orda vəziyyət ürəyi istədiyi kimi olmasaydı, komandasını dəyişərdi. Ola bilər, onu daha çox pley-off mərhələsi üçün saxlayıblar. Ukrayna təmsilçisi “Kremen”də yaxşı mövsüm keçirmiş Amil Həmzəyevin də millidə yer almaq ehtimalı var. “Qalatasaray”da çıxış edən Orxan Aydını da siyahıdan silməmişik. Federasiya rəhbərliyinə geniş siyahı təqdim etmişik. Orda 20-yə yaxın basketbolçunun adı var. Qısa siyahı isə yaxın günlərdə bilinəcək. Mayın 8-dən sonra tam heyətin formalaşacağını düşünürəm. “4-lüy”ü müəyyənləşdirdikdən sonra yoxlama oyunları keçirəcəyik. Türkmənistanla belə görüş planlaşdırmışıq. Bəlkə Türkiyə ilə də qarşılaşdıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar