27 sen 13:42idman

Yığmanın dağıstanlı üzvü bayrağımızı götürməkdən imtina edib


Bəxtiyar Əliyev: “Qazaxlar türk yox, rusdular”
Sentyabrın 14-dən 22-dək Qazaxıstan paytaxtı Nur-Sultan dünyanın ən güclü güləşçilərinin cəng meydanına çevrilmişdi. Planetin ən güclü bahadırlarının işitirak etdiyi dünya çempionatına azərbaycanlı pəhləvanlar da qatılmışdı. Ötən saylarımızda xəbər verdiyimiz kimi, ümumilikdə Nur-Sultanda ölkəmizi 28 güləşçi təmsil etdi və onların qazancı 6 medal, Tokio-2020-yə 2 lisenziya oldu. Karyerasında 2-cü dəfə dünya çempionu olan Mariya Stadniklə yanaşı, sərbəst güləşdə 97 kq-da döşəyə çıxan Şərif Şərifovun “gündoğar ölkə”də Azərbaycanı təmsil edəcəyi dəqiqləşib.
Qazaxıstan paytaxtına güləşçilər, federasiya rəsmilərindan başqa, azərbaycanlı güləşsevərlər də səfər ediblər. Onlardan biri də Bəxtiyar Əliyevdi. Xatırlayırsızsa, dünya çempionatı ərəfəsində Bəxtiyar bəy qəzetimizə müsahibə vermiş, əvvəlki dünya çempionatlarına azarkeş kimi səfərləri zamanı üzləşdiyi çətinliklərdən söhbət açmaqla yanaşı, bəzi məsələlərə görə Güləş Federasiyasının rəhbərliyini tənqid etmişdi. Onun əsas narazılığı federasiya rəsmilərinin böyük turnirlərin təşkil olunduğu ölkələrdə azarkeşlərə yetərincə diqqət ayırmaması ilə bağlı olmuşdu. Bəs görəsən, bu dəfə necə oldu? Nur-Sultana yollanan güləş azarkeşlərimizin səfər təəssüratı necədi? Bu məqsədlə yenidən Bəxtiyar bəylə görüşüb söhbətləşməyi lazım bildik. Redaksiyamızın qonağı Nur-Sultana səfəri ilə bağlı öncə bunları dedi: “Əvvəlcə onu bildirim ki, qazaxlar təşkilatçılıq baxımından özlərindən çox razı idilər. Öz aləmlərində elə düşünürdülər ki, çox yüksək səviyyədə dünya çempionatı təşkil ediblər. Ancaq mənə görə Nur-Sultanda qeyri-adi heç nə olmadı. Biz, yəni Azərbaycan belə mötəbər tədbirlərin təşkili baxımından çox irəlidəyik. Dünya çempionatının keçirildiyi idman kompleksi Qazaxıstanın KXL-də çıxış edən buzüsztü hokkey komandasının ev oyunlarını keçirdiyi arena idi. Bildiyiniz kimi, dünya çempionatının ilk günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxdılar. Həmin ərəfədə yerli azarkeşlərin yarışa marağı çox aşağı idi. Mən VİP sektora bilet alıb yarışı ordan izləyirdim. Ancaq görəndə ki, maraq yox səviyyəsindədi, adi bilet alıb, VİP-də oturdum. Onu da bildirim ki, VİP sektora bilet bizim pulla 50 manat idi. Bundan başqa, 15 və 5 manatlıq biletlər də satışa çıxarılmışdı. Bakıdan Nur-Sultana 3 nəfər yollansaq da, Qazaxıstan paytaxtında azərbaycanlı azarkeşlərin sayı 30-a yaxın idi. Əksəriyyəti də Rusiya, Belarus və Ukraynanın müxtəlif şəhərlərindən öz hesablarına gəlmişdilər. Burdan gedəndə 25 azarkeşə çatacaq atribut – bayraq və başqa vasitələr götürmüşdüm. Güşləşçilərimizin çıxışı zamanı onları azarkeşlərimiz arasında paylayırdım. Artıq bu cür yarışlarda azarkeş kimi müəyyən təcrübəyə malik olduğumdan nəyi necə etməli olduğumuzu yaxşı bilirdim. Sərbəst güləş yarışları başlayanda artıq qazaxlar da arenaya axın etməyə başladılar. Bu bizim üçün bir qədər gözlənilməz olduğundan Hacı Əliyevin görüşünü canlı izləyə bilmədik. Nəyə görə? Qeyd etdiyim kimi, yunan-Roma güləşçilərinin çıxışı zamanı arenaya gəlib, 5-10 dəqiqəyə bilet alıb içəri daxil olurduq. Ancaq “sərbəstlər”in yarışında kassalar qarşısında uzun növbələr yaranmışdı. Biz də bilet almaq üçün bir saatdan artıq növbədə dayanmalı olduq ki, bu da Hacının ilk qarşılaşmasını buraxmağımıza səbəb oldu. Nur-Sultanda keçirilən dünya çempionatı zamanı şəhərdə taksi fəaliyyəti ilə məşğul olanlar “qaz vurub, qazan doldurdular”. Bəzən biz özümüzkülərdən narazılıq edirik, taksi sürənləri “fürsətcil” adlandırırıq. Qazaxıstan paytaxtında üzləşdiyimiz durumu görəndən sonra bizimkilərə şükür etməliyik. Təsəvvür edin, səhər saatlarında yarışın keçirildiyi arenaya 1500 təngəyə getdiyimiz halda, axşam eyni yola görə taksi sürücüləri bizdən 3000-4000 təngə alırdılar. Otellərin də qiyməti notmal vaxtda olduğundan bir neçə dəfə baha idi”.
Ötən saylarımızın birində xəbər verdiyimiz kimi sərbəst güləş yığmamızın baş məşqçisi Saypulla Absaidov son anda Nur-Sultana yollanmayıb. Baş məşqçi mətbuata açıqlamasında “ayağımda ağrılar olduğu üçün Qazaxıstana yollanmadım və görüşləri Dağıstandakı evimdən izləyirəm” demişdisə, federasiyanın de-yure vitse-prezidenti, de-fakto prezidenti funksiyasını yerinə yetirən Namiq Əliyev “hər güləşçinin fərdi məşqçisinin yarışa yollanmasına qərar verdik” deməklə fərqli fikir ortaya qoymuşdu ki, bu da müəyyən söz-söhbətlərə səbəb olmuşdu. Dünya çempionatını canlı izləyən Əliyevlə söhbətdə baş məşqçinin mundiala qatılmamasının pəhləvanların çıxışına təsir göstərib-göstərmədiyini öyrəndik: “Açığı, yığmanın baş məşqçisinin Nur-Sultana gəlməməsinin güləşçilərimizin çıxışına nə dərəcədə təsir göstərdiyini deyə bilmərəm. Ancaq ilk gündən yerli və “milliləşdirilmiş” güləşçilərin arasında bir soyuqluğun yaşandığı hiss olunurdu. Düşərgənin iki hissəyə bölündüyü görünürdü. Lakin həlledici qarşılaşmalarda soyuqluq aradan qalxdı, hamı bir nəfər kimi finala çıxan güləşçilərimizi – Şərif Şərifovla Cəbrayıl Həsənovu dəstəkləyirdi. Yeri gəlmişkən, onu da vurğulayım ki, digər çəki dərəcələrində güləşən idmançılarımız da tribunada yer alıb finalçılara dəstək oldular. Adını çəkmək istəmədəyim dağıstanlı güləşçilərdən birinə Azərbaycan bayrağını vermək istədim. Ancaq o bayrağımızı götürməkdən imtina etdi. Onu başa düşürəm, ətrafda Rusiyadan olan nümayəndə heyəti var idi. Ancaq bayrağı götürməyən həmin güləşçinin üzərinə Azərbaycan yazılmış üst geyimini belinə bağlaması və Azərbaycan sözünün arxa tərəfdən “yumşaq yer”inin üstünü örtməsi mənə pis təsir etdi. Sənə həmin geyimi verməyiblər ki, onunla arxanı örtəsən... İnşallah, həmin güləşçi yəqin ki, bundan sonra yığmaya cəlb olunmayacaq”.
Həmsöhbətimiz çempionata evsahibliyi edən qazaxların hakimlərin hesabına medal qazandıqlarını, hakim səhvləri ilə bol dünya çempionatı izlədiyini vurğulamağı da unutmadı: “Hacı Əliyevin ilk görüşünü izləməyə geciksək də, döşəkdə yaşananlardan xəbərdar olduq. Gec də olsa, bununla bağlı yarışın Hakimlər Komitəsinə etirazımızı çatdırdıq. Şəxsən özüm komitədə yer alan ədalət təmsilçilərindən biri ilə söhbət etdim. Onun sözlərinə inansaq, Əliyevin fəndini düzgün qiymətləndirməyən türk hakim Tokio-2020-də olmayacaq. Beynəlxalq Güləş Federasiyası onu cəzalandırıb. Söhbətləşdiyim referi onu da bildirdi ki, Hacının rəqibi rusiyalı güləşçi olmasaydı, böyük ehtimalla qələbə bizim pəhləvana veriləcəkdi. Rus güləş mafiyası öz işini gördü. Ümumiyyətlə, Nur- Sultanda təşkil olunan dünya çempionatı hakimliyin fiaskosu kimi yadda qaldı. Ədalət təmsilçiləri meydan sahiblərinə o qədər üzgörənlik etdilər ki, hətta bəzən yerli azarkeşlər belə onların qərarlarına gülürdülər. Qazax azarkeşlərdən biri ilə söhbətim zamanı o mənə maraqlı bir faktı dedi. Belə ki, dünya çempionatının Qazaxıstan paytaxtında keçirilməsi üçün qazax oliqarxlardan biri təşkilatçılıq üçün külli miqdarda vəsait xərcləyib. Bunun qarşılığında da yerli güləşçilərə müəyyən güzəşt tələbi irəli sürüb. Qazax güləşçilərə üzgörənliyin arxasında da məhz bu məqam durub. Bundan başqa, həmin şəxs Qazaxıstanın 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına evsahibliyi etmək istədiyini bildirdi və güləş üzrə dünya çempionatının təşkilinin bu layihəinin tərkib hissəsi olduğunu söylədi. Dünya çempionatının İtanbulda yox, Nur-Sultanda keçiriləcəyi xəbəri çıxanda çox sevinmişdim. Düşünürdüm ki, Türkiyədə qərb ölkələri, ABŞ nəticələrə təsir edəcək. Ancaq Qazaxıstanda yaşananları izlədikdən sonra mundialın İstanbulda keçirilməməsinə çox təəssüfləndim. Qazaxlar türk yox, rusdular. Bizim güləşçilər ruslarla güləşəndə onlar bizə yox, ruslara azarkeşlik edirdilər. Nur-Sultanda da hamı rus dilində danışır. Sanki Rusiyanın bir vilayətindəydik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar