25 sen 11:54idman

Son iki finalda da üzümüz gülmədi


Yığma mundialı 6 medal və… 2 lisenziya ilə bitirdi
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona çatıb. Səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub
Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Təcrübəli güləşçi slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl 2-ci dəfə dünya çempionatının finalında iştirak hüququ qazanıb. Sentyabrın 22-də ötən il finalda qarşılaşdığı Kayl Daykla üz-üzə gələn Cəbrayıl amerikalı rəqibinə məğlub olaraq növbəti dəfə gümüş medal qazanıb.
Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.
Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Yarımfinalda olimpiya və ikiqat dünya çempionu Kayl Snayderdən güclü olan Şərif sentyabrın 22-də olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olmuş Abdulrəşid Sadullayevlə qarşılaşıb və həlledici görüşdə uduzaraq gümüş medalı boynundan asıb.
Qeyd edək ki, 97 kq-da mükafatlandırma mərasimində Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev də iştirak edib. O, 5-ci dəfə dünya çempionu olan Abdulrəşid Sadullayevə qızıl medalı və kəməri təqdim edib.
61 kq
1/8 final
Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (Kuba) 7:0
1/4 final
Əhmədnəbi Qvarzatilov - Behnam Eşaq Ehsanpur (İran) 12:13
79 kq
1/8 final
Cəbrayıl Həsənov - Dmitri Tkaçenko (Ukrayna) 7:0
1/4 final
Cəbrayıl Həsənov - Qalimjan Usserbayev (Qazaxıstan) 13:4
yarımfinal
Cəbrayıl Həsənov - Teymuraz Salkazanov (Slovakiya) 4:3
final
Cəbrayıl Həsənov - Kayl Dayk (ABŞ) 2:4
86 kq
təsnifat
Aleksandr Qostiyev - Cabrail Şapiyev (Özbəkistan) 1:4
97 kq
təsnifat
Şərif Şərifov - Minvon Seo (Koreya) 11:4
1/8 final
Şərif Şərifov - Valeri Andreytsov (Ukrayna) 4:0
1/4 final
Şərif Şərifov - Elizbar Odikadze (Gercüstan) 6:0
yarımfinal
Şərif Şərifov - Kayl Snayder (ABŞ) 5:2
final
Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya) 0:4

Reaksiyalar
Şərif Şərifov: "Bu dünya çempionatı çox çətin idi. Çünki Olimpiadaya lisenziya xarakteri daşıyırdı. Hamı uğura köklənmişdi. Mən də hazırlaşmışdım. Abdulrəşid Sadullayevlə bir-birimizi çox yaxşı tanıyırdıq. Özümü yaxşı hiss edirdim, amma alınmadı. Təəssüf ki, bu dəfə də uduzdum. Onunla qonşuyuq, eyni zalda məşq etmişik, bir-birimizə, güləş taktikamıza yaxşı bələdik. Ola bilsin, bu məqam mənə daha da çətinlik yaratdı. Qələbə üçün nə çatmadığını söyləyə bilmərəm. Rəqibim 4:0 hesabı ilə önə keçəndən sonra nəsə etməyə çalışsam da, heç nə alınmadı".
Cəbrayıl Həsənov: “Əvvəlki məğlubiyyətin əvəzini çıxmaq istəsəm də, alınmadı. Rəqib ilk yarıda ehtiyatlı güləşdi. İkinci hissədə iki imkan oldu, bacarmadım. Səhvlərim vardı, növbəti turnirlərdə düzəltməyə çalışacam. Finalda rəqibim məni öz güləşinə çəkdi. Ötən gün yarımfinal görüşündə qolumda ağrılar hiss etdim. Heç bir həyəcan yox idi, qələbə üçün çıxmışdım xalça üzərinə. Finallarda uduzduğuma görə özümü bəxtsiz güləşçi də saya bilərəm”.

Yeri gəlmişkən…
Qadınlardan ibarət yığmamız 2020-ci ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıb. Aslan Ağayevin baş məşqçisi olduğu komanda buna 48 xalla yekun sıralamada 8-ci yeri tutmaqla nail olub. Dünya kubokunda 8 yığma iki qrupda mübarizə aparacaq. Sərbəs güləş millimiz isə 50 xalla 7-ci olub. İlk “üçlük”də Rusiya (190 xal), Qazaxıstan (103 xal) və ABŞ (94 xal) qərarlaşıb.

Maraqlıdı…
108 lisenziyanın oynanıldığı mundialda 6 medal – Mariya Stadnik (50 kq, qızıl), Rafik Hüseynov (82 kq, yunan-Roma, gümüş), Cəbrayıl Həsənov (79 kq, sərbəst güləş, gümüş), Şərif Şərifov (97 kq, sərbəst güləş, gümüş), Eldəniz Əzizli (55 kq, yunan-Roma, bürünc), Elis Manolova (65 kq, bürünc) qazansaq da, Tokio Olimpiadasına yalnız Stadniklə Şərifov vəsiqə əldə edib. Yığmamız bu göstəricidə 16 ölkədən geri qalıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar