10 apr 21:24idman

NTD 7-ci dəfə çempion oldu

NTD 7-ci dəfə çempion oldu
Tahir Baxşıyev: “Səksənlər”dən fiziki hazırlıq sarıdan üstün idik”

Şənbə günü basketbol üzrə ölkə çempionatına yekun vurulub. “The Club Port Baku” idman zalında keçirilən həlledici oyunlarda sürpriz nəticə qeydə alınmayıb. Əvvəlcə “Dərviş” çətinlik çəkmədən “Marşallar”a qalib gəlib - 91:59. Beləliklə, “Dərviş” bürünc medal qazanıb. Final görüşü daha gərgin məcrada keçib. Bununla belə, NTD debütantın sensasiyaya imza atmasına imkan verməyib. Tahir Baxşıyevin yetirmələri “Səksənlər”i 90:82 hesabıyla məğlub edib. Bununla da NTD uzun fasilədən sonra çempionluq həsrətinə son qoyub. Bu, NTD-nin 7-ci çempionluğu olub. Mövsümün ən yaxşı basketbolçusu (MVP) çempion komandanın üzvü Polad Həsənov seçilib. “Dərviş”in lideri Fuad Niftəliyev ən yaxşı hücumçu, “Səksənlər”in oyunçusu Roman Matuşenko ən yaxşı müdafiəçi olub. “NTD U-16”nın basketbolçusu Cəbrayıl Əkbərov isə mövsümün tapıntısı kimi qiymətləndirilib.
Dünən çempionun çalışdırıcısının təəssüratlarını öyrəndik: “İlk iki periodda ciddi üstünlüyümüz var idi. 20 xaldan artıq fərq yaratmışdıq. Tədricən ehtiyat oyunçuları meydançaya buraxdım. 3-cü periodda oyunumuz alınmadı. Xal fərqini azaltdılar. Qarşılıqlı xallarla mübarizə davam etdi. Nəticədə qarşılaşmada overtayma ehtiyac yarandı. Əlavə 5 dəqiqədə qələbə qazana bildik. Nicat Məmmədli zədəli olduğuna görə oynamırdı. Əkbər Məmmədov da əlindəki ağrıyla mübarizə apardı. Sonda cəmi 5 basketbolçuyla oynadıq. “Səksənlər”dən fiziki hazırlıq sarıdan üstün idik. Onların heyətində isə təcrübəli basketbolçular çoxluq təşkil edirdi”.
Tahir bəy həm də U-20-nin hazırlıq planından danışdı: “İndi istirahətə çıxmışıq. Ancaq fasilə uzun çəkməyəcək. Bir həftədən sonra məşqlərə başlayacağıq. Əvvəlcə fiziki hazırlıq üzərində çalışacağıq. Sonra Gürcüstanda toplanış keçəcəyik. Bakıya qayıdıb bir müddət məşq etdikdən sonra daha iki mini-turnirə qatılmağı planlaşdırırıq. Bu yarışlar Belarus və Gürcüstanda keçiriləcək. İyulun 13-də isə Rumıniyada U-20 kateqoriyasında Avropa çempionatının B divizionunda mübarizə start verəcəyik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar