21 sen 16:31idman

Hacı Əliyev Nur-Sultanda qalmaqal törətdi


Dünya Güləş Birliyinin Hakimlər Komitəsi qırmızı vərəqəni ləğv etdi
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında qadınların mübarizəsi başa çatıb. Ötən sayımızda Mariya Stadnikin (50 kq) karyerasında ikinci dəfə planetin ən güclü pəhləvanı olmaqla Tokio Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazandığını xəbər vermişdik. Beşinci yarış günündə xalça üzərinə çıxan təmsilçilərimizdən isə ikisi medal qazanmaq şansını saxlayırdı. Tatyana Omelçenko (59 kq) dünən təsəlliverici görüşə çıxıb və Anjelina Lisaka (Ukrayna) sonuncu xal prinsipinə görə uduzub - 6:6. Elis Manolova (65 kq) isə əksinə, “bürünc” uğrunda görüşdə Yuliana Vasilyeva Yanevanı (Bolqarıstan) 3:1 hesabı ilə üstələyərək karyerasında ilk dəfə dünya çempionatının medalını qazanıb.
Altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start verilib. İrina Netreba ilk görüşdə Burkino Faso idmançısını üstələyib. Ancaq növbəti mərhələdə alman həmkarıyla bacarmayıb.
Elmira Qəmbərova ilk görüşdə Rumıniya təmsilçisinə yenilib.
Mahir Əmiraslanov təsnifat mərhələsində çətinliklə olsa da, qırğız güləşçiyə qalib gəlib. Rusiyalı dünya çempionuyla görüş dramatik keçib. Həmyerlimiz hesabda 3:0 öndə olsa da, üstünlüyü əldən verərək uduzub.
Hacı Əliyev startda 2 il əvvəl dünya çempionatının finalında məğlub etdiyi Hacımurad Rəşidovla qarşılaşıb. Hakimlərin müəmmalı qərarlarıyla Hacı görüşdən məğlub ayrılıb. Üçqat dünya və Avropa çempionu hakimlərin qərarı ilə barışmayıb və nəticədə qarşısında qırmızı vərəqə görüb. Amma sonradan Dünya Güləş Birliyinin Hakimlər Komitəsi vərəqəni ləğv edib. Bu isə o deməkdi ki, diskvalifikasiyadan yayınan Əliyev rəqibi finala yüksələcəyi təqdirdə bürünc medal uğrunda görüşlərə qatılmaq hüququ qazanacaq. Xoşbəxtlikdən rusiyalı pəhləvan həlledici qarşılaşmaya vəsiqə qazanaraq Hacının yolunu açıb.
Qalmaqala gəlincə, ilk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev son saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb - 4:3. Lakin Rusiya tərəfi qərara etiraz edib. "Çelenc"ə baxıldıqdan sonra onların etirazı qəbul edilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, Rəşidov qalib elan olunub - 4:2. Qərardan narazı qalan Hacı qırmızı vərəqəni hakimlərə tərəf atıb. Ona isə hakimlər qırmızı vərəqə verib. Təmsilçimiz daha sonra hakimlərin üzərinə getmək istəyib. Yalnız yerli polislərin müdaxiləsindən sonra üçqat dünya çempionu xalçanı tərk edib.
62 kq
1/16 final
Elmira Qəmbərova - Krişta Tunda İnçe (Rumıniya) 2:3
68 kq
1/16 final
İrina Netreba - Yuvette Zie (Burkina Faso) 6:4
1/8 final
İrina Netreba - Anna Karmen Şell (Almaniya) 2:5
57 kq
təsnifat
Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (Qırğıstan) 5:4
1/16 final
Mahir Əmiraslanov - Zavur Uquyev (Rusiya) 3:4
təsəlliverici görüş
Mahir Əmiraslanov - Bexbayar Erdenebat (Monqolustan)
65 kq
təsnifat
Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya) 2:4
təsəlliverici görüş
Hacı Əliyev - Əmr Ramazan Hüseyn (Misir)
Qeyd edək ki, təsəlliverici görüşlər bu gün baş tutacaq.
Yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə sart veriləcək. Dünən həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
70 kq
təsnifat
Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə)
74 kq
təsnifat
Hacımurad Hacıyev - Kumar Suşil (Hindistan)
92 kq
1/8 final
Şamil Zubairov - Süleyman Qaradəniz (Türkiyə)
125 kq
təsnifat
Cəmaləddin Məhəmmədov - Vitali Piaşnyak (Belarus)

Reaksiyalar
Namiq Əliyev: “Dünya çempionatı çox ağır mübarizə şəraitində keçir. Artıq həm qızıl, həm gümüş, həm də bürünc medalımız var. Amma yenə medallarımız olacaq. Sabah mübarizəyə sərbəst güləşçilərimiz başlayırlar. Onlardan medallar gözləyirik... Mariya Stadnik ən güclülər - çinli, yaponiyalı, rusiyalı, kubalı və hindistanlı pəhləvanlarla eyni qrupda idi. Buna baxmayaraq, çox böyük şərəflə güləşdi və finala yüksəldi. Həlledici qarşılaşmada isə gözəl qələbə qazandı... Hələ qarşıda dünya və Avropa təsnifat turnirləri də var. Bizim üçün güləşçilərimizin durumunu görmək önəmli idi. Digər tərəfdən, çoxlu səhv oldu. Dünya Güləş Birliyinin büro iclasında Hakimlər Komitəsi ilə bağlı çox böyük iradlar səsləndirildi. Rəsul Çunayevin görüşündə ona iki dəfə passiv güləşə görə cəza verdilər. Yarışboyu belə səhv olmamışdı. Beka Kandelakinin görüşündə hakim fit çaldı, lakin hesab 9:0-a yüksəldikdə dayandı və hesabı 7:0-a endirdi. Görüş isə Kandelakinin parter duruşu ilə davam etdirildi. Yəni müəyyən səhvlər olub. Obyektiv və subyektiv amillər də var. Hər halda, idmançılarımızın kifayət qədər potensialı var və bizə nə qədər lisenziya lazımdısa, qazanacaqlarına inanıram... İki medal qazansalar da, lisenziyasız qalan yunan-Roma güləşçiləri ilə bağlı mütləq cəza tədbirləri olacaq. Lakin bunu burda xırdalamağa lüzum görmürəm. Bakıya qayıdandan sonra müzakirə edəcəyik. Tokio Olimpiadasına bir ildən də az vaxt qalıb. Məşqçilər korpusunda müəyyən dəyişikliklər etməyə çalışacağıq. Lakin Olimpiadaya bir il qalmış hansısa məşqçinin dəyişdirilməsi məqsədəuyğun deyil. Sadəcə, məşqçilər korpusunu gücləndirəcəyik... Saypulla Absaidovun Nur-Sultana gəlməməsi başqa səbəbdəndi. Heç bir istefa söhbəti yoxdu. Sadəcə, müəyyən idmançılarımız şəxsi məşqçilərlə hazırlaşırlar. Xüsusən də Dağıstandan olanlar. Bu halda onlar özlərini daha rahat hiss edirlər. Ona görə də belə məsləhət oldu ki, bu formatda gəlsinlər. Burda bir problem görmürəm. Belə məsləhət oldu ki, onlar sakit, öz məşqçiləri ilə çalışmaqda davam etsinlər. Çempionatı yola verək, qayıdandan sonra bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik. Sadəcə, idmançının psixoloji durumu pozulmaması, öz məşqçisi ilə hazılaşmaq istədiyi üçün belə addım atılıb”.
Mariya Stadnik: “Bu medala qədər gəldiyimiz yolu bilmirsiz. Qələbəni şəxsi məşqçim, dünyanın ən yaxşı məşqçisi Andrey Stadnikə həsr etmək istərdim. Bu medal onun xidmətinin nəticəsidi. Böyük təşəkkürlər! Mənim üçün rəqibin fərqi yox idi. Bura qızıl medal üçün gəlmişdim. Hansısa rəqibin iştirak etməməsi anlayışı yoxdu. Güclü olmaq istəyirsənsə, ən güclüləri udmalısan. Bu halda güclülərin güclüsü olursan. Qazanılmayan cəmi bir qızıl medal qaldı. Sonra isə istirahət etmək olar. Olimpiya qızılınadək isə çalışmaq, vuruşmaq lazımdı”.
Elis Manolova: "Çempion olmaq üçün hazırlaşmışdım. Amma dünən Rusiya təmsilçisinə uduzdum və təsəlliverici görüşlərə qatıldım. Məğlub olandan sonra axşam özümü çox pis hiss edirdim. Lakin özümü toparlaya bildim. Özümə dedim ki, bu gün medal qazanmalıyam. Bürünc də medaldı. Sevinirəm ki, Azərbaycana bürünc medal qazandıra bildim. İnanıram ki, qarşıdakı yarışlarda çempion olaram.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:46 U-21-in sabiq üzvü bir səhvin qurbanı olub Bu gün, 13:46 U-21-in sabiq üzvü bir səhvin qurbanı olub Bu gün, 13:41 Nazarov Rəşad Sadıqovun rekorduna göz dikib? Bu gün, 13:39 “Qarabağ”la sona qədər mübarizə aparacağıq” Bu gün, 13:37 "Forza Neftçi" büdrəmir Bu gün, 13:34 Bəhmən Həsənov Elxan Məmmədovla görüşmək istəyir Bu gün, 13:31 Krasson “Qarabağ”la oyunu unuda bilmir Bu gün, 13:29 “Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram” Bu gün, 13:24 İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi Bu gün, 13:23 AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə! Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub Bütün xəbərlər
Ən çox oxunanlar