10 apr 21:21idman

Yeniyetmələrin Çexiya uğuru

Yeniyetmələrin Çexiya uğuru
Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçirilib. Yığmamız turnirə geniş heyət - 28 idmançı ilə yollanıb. İlk yarış günündə Vüsalə Kərimova (40 kq) alman Eleanora Makşin, rumıniyalı Anamariya Stroe və türk Mubərra Günəşə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəhanə Hacıyeva (48 kq) və Fəridə Səfərova (52 kq) mübarizəni erkən başa vurub. Oğlanlara gəlincə, Əli Əskərzadə (50 kq) avstriyalı Daniel Leutqeb, italyan Qabriele Maserinispan, ispan Jaume Bernabeu, bolqar Lyuboslav Qriqorov və türk Əjdər Tokayı məğlub edərək, qızıl medal qazanıb. Ayxan Tanrıverdiyev (55 kq) rumıniyalı Adam Radvanski, çex Yan Bohdalek, ukraynalı Danilo Tomaşevski və serb Deyan Qruyiçi, Əmrah Salimli isə macar Bençe Mate, slovakiyalı Bruno Banski və italyan Leonardo Valerianini üstələyərək yarımfinala yüksəlib. Yığma üzvlərinin duelindən Tanrıverdiyev qalib ayrılıb. Ancaq finalda türk Mihrac Akkuşa uduzan Ayxan “gümüş”lə kifayətlənib. Salimli isə ukraynalı Oleq Veredibanı devirərək “bürünc”ü boynundan asıb. Vüsal İbrahimov (60 kq) sırayla Aleksandr Veqele (Almaniya), Vadim Çernov (Ukrayna), Marius Kolt (Rumıniya), Luici Sentraççio (İtaliya) və Mateo Çuku (Almaniya) məyus edərək ən güclü olub. Murad Abuşov (50 kq)
Kənan Mehdiyev, Fuad Nəbiyev, Nazir Talıbov (hamısı 55 kq), Nəbi Bayramov, Bahaddin Ağayev, Nicat İsmayılov (hamısı 60 kq), Qalib Qurbanov, Qnyaz Mahmudlu və Sabir İsmayılov (hamısı 66 kq) fəxri kürsüdən kənarda qalıb.
Dünən 11 təmsilçimiz tatamiyə çıxıb. Məhəmməd Abdullayev (+90 kq) Vladimir Kasyanok (Ukrayna), Martin Salvado Karilyo (İspaniya), Filip Milyeviç (Xorvatiya) və Ömər Aydını (Türkiyə) sıradan çıxararaq 1-ci yeri tutub. Cəfər Əkbərli (90 kq) yarımfinaladək Tomaş Liş (Böyük Britaniya), Luis May (Almaniya) və Kasper Kubiaka (Polşa) “ippon”la qalib gəlib. Finalın biraddımlığında latviyalı Emil Gerkensə boyun əyən Əkbərli Yvo Vitasseki (Almaniya) “ippon”la üstələyərək 3-cü yeri tutub. Günel Bəkirzadə (57 kq), Vüsal Şamilov (73 kq), Tunar Nəsirli (hər ikisi 73 kq), Yaqub İsmayılzadə, Niyal Əzimov, Orxan Quliyev (hamısı 81 kq), Adil Kərimli, Süleyman Yaqubov (hər ikisi 90 kq) və Camal Feyziyev (+90 kq) medal qazana bilməyib.
Yekunda yığmamız 4 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 1-ci yeri tutub. Almaniya (2-3-6) ikinci, Macarıstan (2-0-2) isə üçüncü olub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar