11 sen 14:53idman

İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər


Sərxan Musalı: “Bəlkə elə bu fikirlər bizim xeyrimizədi”
Sentaybrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzə Olimpiadaya lisenziya xarakteri daşıyan növbəti dünya çempionatı keçiriləcək. Mötəbər yarış ərəfəsində redaksiyamızla əlaqə saxlayan güləş azarkeşi Bəxtiyar Əliyev narazı qaldığı məqamlardan söhbət açmış, federasiya rəhbərliyinin güləş azarkeşlərinə diqqətsizliyindən giley-güzar etmişdi. Onun sözlərinə görə, o və onun kimi yığmamıza dəstək verən güləş azarkeşləri dəfələrlə böyük yarışlar ərəfəsində pəhləvanlarımızın açıq məşqlərini izləmək istəsələr də, qadağalarla üzləşiblər, yığma məşqçiləri, federasiya rəsmiləri onları güləş zalına buraxmayıblar. Bundan başqa, güləş azarkeşi İranda və bəzi başqa ölkələrdə futbolda olduğu kimi, güləşdə də fanklubların fəaliyyət göstərdiyini demiş, onların federasiya tərəfindən maliyyələşdiyini vurğulamışdı.
Bəxtiyar bəyin müsahibədə səsləndirdiyi fikirlərə qarşı tərəf reaksiya verdi. Redaksiyamızla əlaqə saxlayan federasiyanın mətbuat katibi Sərxan Musalı Bəxtiyar bəyin dediklərinə münasibət bildirmək istədiyini söylədi : “Əvvəlcə onu qeyd edim ki, Bəxtiyar bəylə tanışlığım “Futbol+” qəzetində çalışdığım dönəmə təsadüf edir. 2015-ci ildə Tehranda keçirilən Dünya Kubokundan sonra redaksiyamıza gələrək təəssüratını bölüşmüşdü. Daha sonra isə Budapeştdə rastlaşdıq. Ötən il Macarıstanda keçirilən dünya çempionatında Bəxtiyar bəy yaxınları ilə birgə güləşçilərimizə böyük həvəslə dəstək verirdi. O, Budapeştdə təhsil alan tələbələrə bir növ dirijorluq edirdi. O zaman şəkillərini çəkib Azərbaycan Güləş Federasiyasının “feysbuk” səhifəsində paylaşaraq, dəstəyə görə təşəkkürümüzü bildirmişdim. Kaş hər bir azərbaycanlı ən azı Bəxtiyar bəy kimi vətənpərvər ola. O ki qaldı onun məşqə buraxılmamasına, açığı, bununla bağlı şəxsən mənə müraciət etməyib. Etsəydi, ona bu şəraiti məmnuniyyətlə yaradardıq. Düzdü, təhlükəsizlik, idmançıların diqqətinin yayınmaması və başqa məsələlərə görə azarkeşlərin kütləvi şəkildə və müntəzəm yığmaların məşqini izləməsinə icazə verilmir. Ancaq məhdud sayda, xüsusən də Bəxtiyar bəy kimi güləşin, idmanın fanatına belə şərait yarada bilərik. Necə ki, bir neçə gün əvvəl baş tutan açıq məşqi iki italyan turist də böyük maraqla izlədi. Sadəcə, bir gün əvvəl əlaqə saxladılar və güləşə böyük maraq göstərdiklərini, yığmalarımızın məşqini izləmək istədiklərini bildirdilər. Biz də bunun üçün şərait yaratdıq. Titullu güləşçilərimizlə xeyli şəkil də çəkdirdilər. Nəhayət, azarkeşlərə səfərlə bağlı maddi dəstək məsələsinə toxunum. Etiraf edək ki, hər nə qədər güləş ölkəmizdə nəticə baxımından ən məhsuldar idman növü olsa da, federasiyamızın büdcəsi geniş deyil. Ayrılan vəsait əsasən qurumun və yığmaların xərclərinə sərf olunur. Bu üzdən beynəlxalq yarışlara azarkeşlərin ezam olunması hazırda mümkün deyil. Yeri gəlmişkən, belə yarışlar zamanı həmin ölkələrdə yerləşən səfirliklərimizin yardımına çox ehtiyac olur. Onların təşkilati dəstəyi fonunda həmin ölkədə yaşayan, işləyən və ya təhsil alan həmvətənlərimizin bir qismini arenaya cəlb etmək mümkündü. Məsələn, ötən il Macarıstandakı səfirliyimizə müraciətimiz nəticəsiz qalmadı. Səfirliyin əməkdaşları bu baxımdan bizdən köməyini əsirgəmədi. Qapalı arenada 10 nəfərin dəstəyi belə hiss olunur. Ümid edirəm ki, Nur-Sultanda da azarkeş dəstəyi baxımından sıxıntı yaşamayacağıq. Lisenziya xarakteri daşıdığı üçün bu dünya çempionatı həddən artıq çətin olacaq. Xüsusən də olimpiya çəkilərində mübarizə pik səviyyədə keçəcək. Belədə kənardan dəstək güləşçilərimiz üçün əlavə güc rolunu oynayacaq. Sonda onu da qeyd edim ki, kimlərsə bizi favoritlər sırasına daxil etməyə bilər. Bəlkə elə bu fikirlər bizim xeyrimizədi. Təlim-məşq toplanışları uğurlu və plan üzrə keçib. İnanıram ki, Nur-Sultanda dünya güləş ailəsi Azərbaycan pəhləvanlarının gücünü görəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar