07 sen 02:38idman

Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq


Bəxtiyar Əliyev: “Onlar bayrağımızı yelləməyi belə özlərinə sığışdırmadılar”
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək. Bahadırlarımız 2019-cu ilin ən mötəbər yarışına hazırlığı davam etdirirlər. Bir neçə gündən sonra isə onlar mundialın təşkil olunacağı qədim türk torpağına yola düşəcəklər. Bu yerdə onu da qeyd edək ki, pəhləvanlarımız dünya çempionatının keçiriləcəyi Nur-Sultanda dəstəksiz qalmayacaqlar. Bir qrup azərbaycanlı güləş həvəskarı Qazaxıstan paytaxtına yollanaraq güləşçilərimizə dəstək verəcəklər ki, onlardan biri də Bəxtiyar Əliyevdi. Onunla söhbətdə həm Qazaxıstan səfərinin detallarına, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Əvvəlcə onu qeyd edim ki, mən artıq neçənci dəfədi güləş yığmamıza dəstək olmaq üçün azarkeş qismində böyük turnirlərə yollanıram. 2015-ci ildə Tehranda keçirilən dünya kubokuna, Macarıstanda təşkil olunan dünya çempionatına, bu il Belarusda baş tutan 2-ci Avropa Oyunlarına yollanıb güləşçilərimizə dəstək olmuşam. Qazaxıstan paytaxtında təşkil olunacaq dünya çempionatına da yollanacam. Kiçik qrup halında olsaq da, Nur-Sultanda güləşçilərimizə dəstək verəcəyik. Mənim İranın güləş həvəskarları ilə də isti münasibətlərim var. Bizdən fərqli cənub qonşularımızın Güləş Federasiyası fanklublara xüsusi diqqət ayırır. İranlıların beynəlxalq yarışlarda tribunada davranışlarından, sinxron hərəkətlərindən, şüarlarından hiss olunur ki, əvvəlcədən bütün bunlar üzərində işləyiblər. Elə bil futbol azarkeşidilər. Soruşanda kı sizə bu dəstək hardandı, ölkənin Güləş Federasiyandan maliyyələşdirildiklərini bildirirlər. Ümumilikdə dünya üzrə ən çılğın güləş azarkeşləri amerikanlılardı. Budapeştdə Cəbrayıl Həsənovun amerikalı güləşçi ilə final qarşılaşmasında rəqibin fanatları az qala tribunaları dağıdırdılar.
- Qeyd etdiz ki, Qazaxıstana kiçik qrupla yollanacaqsız. Neçə nəfərsiz?
- İlkin plana əsasən heyətimiz 10 nəfərə yaxın olmalı idi. Lakin maddi problem səbəbindən sonda üç nəfər qaldıq. Qazaxıstana təyyarə bileti çox baha olduğu üçün sonda mən və daha iki nəfər yollanası olduq. Bu say da az deyil. 3 nəfər kifayətdi ki, lazımi anda güləşçilərimizə dəstək olmaq üçün böyük qrup formalaşdırılsın. Məsələn, Macarıstanda gözləmədyim halda rusiyalı azarkeşlər Cəbrayılın amerikalı ilə final görüşündə “Yaşasın, Azərbaycan”, “İrəli, Azərbaycan” şüarlarını səsləndirməyə başladılar. Hətta bizdən bayraq istəyirdilər ki, tribunalarda qaldırsınlar. Açığı, final qarşılaşmasından əvvəl zalda olan türk və iranlı azarkeşlərlə görüşüb söhbət etmişdik. Öz aramızda razılaşmışdıq ki, bir-birimizə dəstək olacağıq. Düzdü, onların heç bir idmançısı finala çıxmağına görə bizdən yardım görmədilər. Ancaq bu o demək deyildi ki, eyni addımı onlar da atsınlar.Təəssüf ki, nə türklər, nə də iranlılar vədinə əməl etdilər. Onlar neytral seyirçi rolunda final qarşılaşmasını izlədikləri halda, ruslar bizim güləşçiyə çox böyük dəstək olub qələbəyə səslədilər. Qazaxıstana üç azarkeşin getməsi də normaldı. İşimizi düz qursaq, yüksək effekt əldə edə bilərik. Bu sayla ətrafımıza ən azı 20-25 tərəfdar toplaya bilərik. Necə ki bunu Macarıstanda edə bilmişdik. Budapeştdə səfirliyimizin dəstəyi ilə Macarıstanda oxuyan tələbələrimiz, Avropada yaşayan 10-a yaxın həmvətənimiz və kiçik qrupumuz zalda böyük canlanma yaratmışdıq, idmançılarımıza lazımi dəstəyi təmin etmişdik. Əsas odu ki, bünövrə olsun, onun ətrafını düzüb-qoşmaq çətin deyil.
- Sirr deyilsə, Qazaxıstan səfər sizə neçəyə başa gələcək?
- Mən, ümumiyyətlə, səyahət etməyi çox xoşlayıram. Üstəlik, güləşə olan sevgimi də nəzərə almaq lazımdı. Harda bu idman növü ilə bağlı sanballı yarış keçirilirsə və bizim güləşçilər orda iştirak edirlərsə, çox düşünmədən, heç nəyi nəzərə almadan ora yollanıram. Həm yarışı izləyirəm, həm də həmin şəhəri gəzirəm. Ancaq bəzən elə olub ki, vizaya görə gedə bilməmişəm. Məsələn, Rumıniyadakı Avropa çempionatına viza səbəbindən yollana bilmədim. Ümumiyyətlə, Şengen vizası tələb olunan ölkələrə səfər etməkdə çətinlik çəkirəm. O qədər sənəd tələb edirlər ki, adam zaman baxımından onları toplayıb təqdim etməkdə çətinlik çəkir. Söhbətimizin əvvəlində bildirdiyim kimi, Qazaxıstandakı mundialla getmək istəyənlərin sayı çox idi. Ancaq çox maliyyə tələb olunduğundan əksəriyyəti gedə bilmədi. Bilet aldığım bəzi turizm şirkətlərinə məsləhət gördüm ki, dünya çempionatının keçirildiyi günlərdə Qazaxıstana bir tur təşkil etsinlər. Özünüz də bilirsiz ki, turla gedəndə qiymətlər bir qədər fərqli olur. Ümumiyyətlə, Azərbaycanda idman turları inkişaf etməyib. Onlara dedim ki, bir yoxlayın. Səmərəli olarsa, gələcəkdə bundan yararlanın. Bütün dünyada bu təcrübədən yararlanırlar. Nəyə görə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında yaponlar özlərinin turizm şirkətlərinin turlarından istifadə edərək bu qədər yol gələrək tribunada idmançılarına dəstək oldular? Yəqin sizlər də gördüz ki, həmin mundilada zalda 100-dən çox yapon idmansevər-turist var idi. Onların köynəklərində həmin turu təşkil edən turizm şirkətinin reklamı yer almışdı. Açığı, iki şirkətə bu məsələ ilə müraciət etdim. Onu da bildirdim ki, bu heç də çətin iş deyil, lazım gəlsə, onlara dəstək verə, nəyi necə etməli olduqlarını da izah edə bilərəm. Az-çox bu sahədə təcrübəm var. Onsuz da şirkətdən çox şey tələb olunmur. Müraciət edən insanları yarış yerinə aparıb-gətirmək və şəhər turu təşkil etmək lazımdı. Bu sahədə təcrübəsi olan biri kimi deyə bilərəm ki, bütün yarışlar səhər saatlarında başlayır və günortaya yekunlaşır. Saat 14.00-dan 18.00-a qədər şəhər turu və bir də axşam saatlarında baş tutan final qarşılaşmalarından sonra müştəriləri gecə gəzintisinə çıxarmaq lazımdı. Bu qədər sadə. Təəssüf ki, müraciətimə heç bir turizm şirkəti qarşılıq vermədi. Xərcə gəlincə, təyyarə biletinə 600 manat vermişəm. Nur-Sultanda 4 ulduzlu oteldə ikinəfərlik otağın qiyməti 90 manatdı. Biz isə 3 nəfərlik otaqda qalacağıq. Adətən, bu cür yarışları izləmək üçün səfərə çıxan turist nə 3 ulduzlu, nə də 5 ulduzlu oteldə özünə yer edir. 5 ulduzlunun qiyməti çox baha olur. 3 ulduzlu otel bir qədər diskomfort olur və turnirin keçirildiyi məkandan uzaqda yerləşir. Biz də yarışın keçiriləcəyi idman kompleksindən 5 dəqiqəlik məsafədə yerləşən oteli seçdik. Budapeştə də, Minskdə də belə etmişdim. Tehranda səhv edib, bir qədər aralıda olan oteli seçmişdim və onun əziyyətini çəkdim. Ordan dərs çıxarmışdım.
- Güləşçilərimizə dəstək olmaq üçün azarkeş qismində artıq bir çox yarışlarda iştirak etmisiz. Güləş Federasiyası heç sizinlə maraqlanıb, əlaqə saxlayıb?
- Bu bizim yaralı yerimizdi. Bu il Minskdə keçirilən Avropa Oyunları zamanı cüdo yarışlarında da iştirak etdik. Düşündük ki, Belarusa gəlmişiksə, güləşlə yanaşı, cüdoçularımıza da dəstək verək. Tribunada olduğumuz zaman gördük ki, bir qrup azərbaycanlı da yarışı izləyir. Onlara yaxınlaşıb söhbətləşdik. Məlum oldu ki, Milli Olimpiya Komitəsinin sıravi əməkdaşlarıdı və Belarusa ezam olunublar. Onlara Azərbaycan bayraqlarını verib, idmançılarımıza dəstək olmalarını istədim. Əvəzində nə gördüm? Onlar bayrağımızı yelləməyi belə özlərinə sığışdırmadılar. Sadəcə, oturacaqların üstünə asdılar. Güləş Federasiyasından da nə mənə, nə də başqa güləş azarkeşlərinə heç bir dəstək yoxdu. Ancaq yarışın təqvimini mənə göndəriblər. Siz dəstəkdən danışırsız, bizə heç məşqləri izləməyə imkan yaratmırlar. Bir dəfə yığmanı iranlı məşqçi çalışdırarkən bizə belə fürsət yaradılıb. Hər dəfə məsul yarışlar ərəfəsində son məşqləri izləmək istəsək də, bizə şərait yaradılmır. Buna baxmayaraq, sosial şəbəkələr vasitəsilə güləşçilərin özləri ilə əlaqə saxlayıb, ümumi durumdan xəbərdar oluruq. Bir də federasiyanın saytındakı görüntüləri izləyib ümumi məlumat əldə edirik. Yeri gəlmişkən, onu da bildirim ki, qarşıdakı dünya çempionatı bu günə qədər mundiallar arasında ən mötəbəri olacaq. Məndə olan məlumata görə, budədəki mundialın harda keçirilməsi ilə bağlı böyük qüvvələr baş-başa gəlib. Mənə hələ 2 il öncə 2019-da Türkiyənin dünya çempionatına evsahibliyi edəcəyi deyilmişdi. Bir çox ölkələr, başda ABŞ, Yaponiya və qərbi Avropa dövlətləri olmaqla Türkiyəyə üstünlük verirdilər. Ancaq ruslar və onların dəstək verdiyi güləş mafiyası bunun əleyhinə idilər. Görünür, sonda rus mafiyası və ona dəstək verən postsovet məkanı respublikaları istəklərinə nail oldular və Qazaxıstana bu imkanı yaratdılar. Hazırda dünyanın idman ictimaiyyətinin fikrincə, Nur-Sultanda keçiriləcək mundial Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra ən çox maraq kəsb edəcək yarış olacaq. Həm turnirin təşkil olunması uğrunda gedən mübarizəni, həm də Tokio-2020-yə lisenziya xarakteri daşıdığını nəzərə alsaq, bu mundial xüsusi önəm daşıyacaq. Onu da dəqiq bilirəm ki, bütün ölkələr bu dünya çempionatına xüsusi hazırlaşıblar, ən güclü güləşçilərlə təmsil olunacaqlar. Açığı, iranlı güləş azarkeşləri ilə münasibətim olduğundan onlardan müəyyən informasiya əldə etmişəm. Onlar mənə hansı çəkidə İranı kimin təmsil edəcəyini də deyiblər. İranlıların fikrincə, bizim yığmamız bu gün çox zəifdi və mundialda “qızıl” qazanmaq şansı sıfırdı. İranlılar Tiflisdə keçirilən son beynəlxalq turnidə qeydə alınan nəticələri nəzərə alaraq, bu fikirləri səsləndirilər. Mən də onlara həmin yarışda yığmamızın “ikinci nömrələr” ilə təmsil olunduğunu bildirmişəm.
- Səsləndirdiyiniz fikirlərdən belə qənaətə gəlmək olar ki, güləşi çox yaxından təqib edirsiz və mundialda kimin favorit olacağını bilirsiz...
- Məncə, hər çəkidə azərbaycanlı güləşçiləri bir ölkənin təmsilçisi gözləyir. Fikrimcə, Hacı Əliyevin əsas rəqibi Asiyadan olan güləşçi olacaq. Onun çəkisində ruslardan ehtiyatlanmağa dəyməz. Asiya dedikdə isə Yaponiya və ya İran güləşçilərindən birini nəzərdə tuturam. Cəbrayıl Həsənovu, məncə, yenə amerikalı güləşçi ilə rəqabət gözləyir. Finala qədər bu iki idmançı üz-üzə gəlməsə, həlledici görüşdə məhz ikisi güləşəcək.Cəbrayıl eyni çəkidə çıxış edən rusdan və iranlıdan güclüdü.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar