09 apr 20:18idman

“Qran-pri”yə bir “bürünc”lə start

“Qran-pri”yə bir “bürünc”lə start
AÇ-yə geniş heyətlə
Türkiyənin Antalya şəhərində cüdo üzrə “Qran-pri” start götürüb. Dünən 5 çəkidə medalçılar müəyyənləşib. İlk yarış günündə 7 cüdoçumuz tatamiyə çıxıb. İlkin Babazadə (66 kq) startda bosniyalı Petar Zadroya qalib gəlsə də, moldovalı Denis Vieruya uduzub. Onunla eyni çəkidə çıxış edən Vüqar Şirinli debütdə özbək Sərdar Nurillayev qarşısında aciz qalıb. Aişə Qurbanlı (48 kq) çinli Çen Qiaoyanı üstələdikdən sonra 1/4 finalda israilli Noa Minsker tərəfindən durdurulub. Təsəlliverici görüşdə kosovolu Fyolla Kelmendini sıradan çıxaran həmyerlimiz bürünc medal uğrunda görüşdə rusiyalı Sabina Giliazovaya təslim olub. Bu çəkidəki digər təmsilçimiz Gültac Məmmədəliyeva elə ilk mərhələdə portuqaliyalı Mariya Siderotla qarşılaşmada məyus olub. Nəzakət Əzizova (52 kq) yerli İrem Korkmazdan güclü olsa da, israilli Gili Kohenlə bacarmayıb. Təsəlliverici görüşdə Türkiyənin daha bir təmsilçisi Damla Çalışkanı mübarizədən kənarlaşdıran yığma üzvü 3-cü yer uğrunda dueldə daha bir türk Mərvə Taşa qalib gələrək “bürünc”ü boynundan asıb. 57 kq-da çıxış edənlər mübarizəni erkən başa vurub. Leyla Şahin rusiyalı Aygül Kutsenkoya, Nərgiz Hacıyeva isə özbək Sənubər Sultanovaya yenilib.
Həftəsonu daha 6 cüdoçumuz qüvvəsini sınayacaq. İlk mərhələdə Gülsədəf Kərimova (63 kq) Olqa Kriukova (Rusiya), Hüseyn Rəhimli (73 kq) Hyunsu Park (Koreya), Uşanqi Kokauri (+100 kq) isə Da Som Yanq (Koreya) ilə münasibətləri aydınlaşdıracaq. İkinci mərhələdə çıxış edəcək təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) Eunsonq Çoi (Koreya) – Laşa Lomidze (Rusiya), Tural Safquliyev (90 kq) Meyrambek Janqabay (Qazaxıstan) – Çanho Kim (Koreya), Elxan Məmmədov (100 kq) isə Əli Ərdoğan (Türkiyə) – Şirəli Jurayev (Özbəkistan) qarşılaşmasının qalibiylə üz-üzə gələcək.
Cüdodan söz düşmüşkən, aprelin 20-dən 23-dək Polşanın paytaxtı Varşavada böyüklər arasında Avropa çempionatı keçiriləcək. Yığmamız qitə birinciliyinə geniş heyət - 14 cüdoçu ilə yollanacaq. 42 ölkədən 390 (238 kişi, 152 qadın) idmançının qatılacağı məsul yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Nəzakət Əzizova (hər ikisi 52 kq) və Səkinə Zayirova (57 kq) tatamiyə çıxacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar