07 apr 22:32idman

Komanda növlərində rəqiblərimiz müəyyənləşdi

Komanda növlərində rəqiblərimiz müəyyənləşdi
Futbol yığmamız çətin qrupa düşdü

Dünən “Bulvar” otelində 4-cü İslam Həmrəyliyi Oyunlarının proqramında yer alan komanda növləri üzrə püşkatma mərasimi keçirildi. Əvvəlcədən bütün kollektiv növlərində eyni sayda iştirakçının vahid reqlament üzrə yarışacağı gözlənilirdi. Başqa sözlə, 8 komandanın 2 qrupda mübarizəyə start verəcəyi və hər qrupda ilk 2 yeri tutanların yarımfinala yüksələcəyi proqnozlaşdırılırdı. Ancaq bu proqnoz tam doğrulmadı. Belə ki, su polosunda, qadın voleybolunda və qadın həndbolunda cəmi 5 iştirakçı çıxış edəcək ki, onlar da dairəvi sistem üzrə qarşılaşacaq və toplanan xallara əsasən medalçılar müəyyənləşəcək. İlkin ehtimallara görə, püşkdə bəxti gətirməyən yığmamız futbol üzrə U-23 millimizdi. Püşkatmanın nəticələriylə tanış olun:
Futbol
A qrupu: AZƏRBAYCAN, Kamerun, Səudiyyə Ərəbistanı, Mərakeş
B qrupu: Türkiyə, Əlcəzair, Fələstin, Oman
Su polosu
Kişilər
AZƏRBAYCAN, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İndoneziya
Voleybol
Kişilər
A qrupu: AZƏRBAYCAN, Türkiyə, Türkmənistan, Pakistan, Fələstin
B qrupu: İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı, Mərakeş
Qadınlar
AZƏRBAYCAN, Türkiyə, Kamerun, Qırğızıstan, Tacikistan
3x3 basketbolu
Kişilər
A qrupu: AZƏRBAYCAN, Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı, Pakistan
B qrupu: İndoneziya, Qətər, Kot d’İvuar, Mali, İordaniya
Qadınlar
A qrupu: AZƏRBAYCAN, Türkmənistan, Əlcəzair, Mali, Əfqanıstan
B qrupu: İndoneziya, Türkiyə, Suriya, Fələstin, Pakistan
Həndbol
Kişilər
A qrupu: AZƏRBAYCAN, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan
B qrupu: Türkiyə, Mərakeş, İraq, Əfqanıstan
Qadınlar
AZƏRBAYCAN, Özbəkistan, Kamerun, Türkiyə, Kot d’İvuar
------
Reaksiyalar
Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti: “Püşkün nəticələrinə ümumi baxdıqda bizim üçün əlverişli saya bilərik. Yalnız futbolu istisna edə bilərəm. Ən güclü komandalar bir qrupa düşüb. Ümid edək ki, yığmamız bu çətinliyin öhdəsindən gələr. Əksər komandalarımız Türkiyə ilə eyni qrupda yer alıb. Bu da bizi gərgin oyunların gözləməsindən xəbər verir. Yarışa hazırlaşmaq və qalib gəlmək lazımdı. 5 komandaların yer aldığı növlərdə dairəvi sistem üzrə yarış keçiriləcək”.
Yaşar Vahabzadə, futbol üzrə U-23 yığmasının baş məşqçisi: “Bütün iştirakçılara hörmətlə yanaşmaq lazımdı. Bütün komandalar iddialıdı. Biz də həmçinin. Düzdü, güclü rəqiblərlə eyni qrupda yer almışıq. Komandaların reytinqinə əsasən bunu söyləyə bilərik. Buna baxmayaraq, bizim də üstünlüyümüz var. “Doğma divarlar” arasında oynayacağıq və azarkeş dəstəyi tərəfimizdə olacaq. Çalışıb yaxşı oynamalı və nəticə qazanmalıyıq. Yaşı 23-dən yuxarı olan 3 futbolçunun xidmətindən yararlana bilərəm. Bu kvota üçün 6-7 namizədimiz var. Bilirsiz ki, hələ ölkə çempionatı davam edir. Mayın 5-də keçiriləcək kubokun finalı qarşılaşması ilə mövsümə yekun vurulacaq. Bütöv komanda şəklində məşqimizi bundan 2 gün sonra keçirə biləcəyik. Mayın 8-də isə İslamiadada ilk oyunumuza çıxacağıq. Bu üzdən yoxlama görüşlərində gücünüzü sınamaq imkanımız olmayacaq. Təki heyətə cəlb etmək istədiyimiz futbolçularımız zədələnməsin. Yaxın vaxtlarda heyət açıqlanacaq. Qrupda favorit kimi Kamerunun adını çəkə bilərəm. İlkin hədəfimiz qrupdan çıxmaqdı. Sonrasını zaman göstərər”.
Ruslan Abışov, futbolçu: “Çox ağır qrupa düşdük. Kamerun və Mərakeş çox güclü futbol məktəbləri olan ölkələrdi. Bu yığmalar hər zaman sözünü deyib və yaxşı futbolçuları olub. Şübhə etmirəm ki, Bakıya çox güclü heyətlə gələcəklər. Səudiyyə Ərəbistanı yığması haqda isə məlumatımız yoxdu. Hələ qarşımızda bir ay vaxt var. Turnirə çox yaxşı hazırlaşmalıyıq. Rəqibləri maksimum dərəcədə təhlil etməliyik. Ən əsası, öz gücümüzə inanmalıyıq. Minimum vəzifə qrupdan çıxmaq olmalıdı. Heç bir rəqibdən çəkinməyə ehtiyac yoxdu. Futbolda hər şey olur. İnanıram ki, hər şey millimiz üçün yaxşı nəticələnəcək. Çalışacam ki, qısa zamanda tam formaya düşüm və yığmaya çağırılsam, əlimdən gələn köməyi edim”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar