19 iy 13:46idman

10 idman növündə 122 idmançı

10 idman növündə 122 idmançı
Çingiz Hüseyzadə: “Komanda hesabında ilk “10-luq”da yer almağa çalışacağıq”
İyulun 16-da Milli Olimpiya Komitəsində (MOK) 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək idmançılar, məşqçilər və federasiyaların nümayəndələri ilə görüş təşkil olunub. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, festivala qatılacaq nümayəndə heyətinin rəhbəri və MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, qurumun marketinq şöbəsinin rəisi Mehman Kərimov iştirak ediblər.
Hüseynzadə ölkəmizin bir neçə gündən sonra daha bir böyük yarışa evsahibliyi edəcəyini qeyd etməklə yanaşı, yığmamızın uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Əminik ki, gənc idmançılarımız Avropa Gənclər Yay Olimpiya Festivalında uğurla çıxış edəcəklər. Festivalın 14-18 yaşlı gənclər üçün keçirildiyini nəzərə alaraq Beynəlxalq və Avropa Olimpiya Komitələri üç layihə həyata keçirir. Bunlardan biri - “Olimpiya mədəniyyəti və təhsil” proqramı MOK, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə uğurla reallaşdırılır. Biz ilk dəfə bu yarışda tam heyətlə mübarizə aparacağıq. Komandamızın hazırlığı yüksək səviyyədədi. Komanda hesabında ilk “10-luq”da yer almağa çalışacağıq. Festivalın proqramına ilk dəfə güləş yarışları salınıb. Bu da komandamızın ümumi hesabda uğur qazanması üçün əlverişli imkandı. Əsasən güləşçilərimizdən və cüdoçularımızdan medallar gözləsək də, atletika və başqa idman növlərində də uğurlu nəticələr ola bilər”.
Hazırlıqla bağlı danışan Rzayev isə qeyd edib ki, festivalda 48 ölkədən 3900 atlet 10 idman üzrə mübarizə aparacaq. Ölkəmizi 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Bu idman növlərinin hər birində 18 nəfərlə təmsil olunacağıq. Cüdoda 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülükdə 6 idmançımız mübarizə aparacaq. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlar və qızlardan ibarət həndbol millilərimizdə ümumilikdə 30 oyunçu yer alıb. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Nümayəndə heyətimizin ümumilikdə 198 nəfərdən ibarət olacağını söyləyən Rzayev qeyd edib ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet 135 dəst medal uğrunda yarışacaq.

Yeri gəlmişkən…
Festivalda ölkəmizi təmsil edəcək oğlan və qızlardan ibarət yığmaların heyəti açıqlanıb. Yarışda 3 qız və 3 oğlan velosipedçi mübarizə aparacaq. Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin festivala hazırlıq məqsədilə Belçikada təşkil olunan təlim-məşq toplanışı və bir sıra yoxlama yarışlarının nəticələri əsas götürülüb. Beləliklə, qızlar arasında Lalə Əbdürəhmanova, Gülşən İsmayılova (hər ikisi 7 saylı Olimpiya Məktəbi), Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi), oğlanların birinciliyində isə Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi), Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi) və Nofəl Nuriyev (“Neftçi” İdman Klubu İctimai Birliyi) çıxış edəcək. Proqramına əsasən iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə mükafatçılar müəyyənləşəcək.

Maraqlıdı...
Dünən hazırlıq prosesi ilə yaxından tanış olmaq üçün idman obyektlərinə baxış keçirən gənclər və idman naziri Azad Rəhimov veloparkda olub. Nazir velosiped yarışlarının start və finiş nöqtələrinin yerləşdiyi idman qurğusunda görülən işlərlə bağlı ətraflı məlumat alıb, velosipedçilərlə görüşüb və onlara uğurlar arzulayıb.

Bilin ki...
Festivalında basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz də mübarizə aparacaq. Samit Nuruzadənin yetirmələri qrup oyunlarını "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirəcək. İlk görüş iyulun 22-si, saat 18.15-də Serbiyaya qarşı olacaq. Ertəsi isə yığmamız Fransa ilə münasibətləri aydınlaşdıracaq. Bu qarşılaşmanın start fiti 18.15-də səslənəcək. Nəhayət, qrupun son oyununda, iyulun 24-ü, saat 20.30-da rəqib Xorvatiya olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar