13 iy 15:28idman

Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir


“Avropa çempionatında Olimpiadaya vəsiqə qazanacağıma inanıram”
İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Ümumdünya Yay Universiadasında üçtəkanla tullanmada qızıl medal qazanan Nazim Babayev təəssüratını bölüşüb. AZƏRTAC-a danışan atlet bunları deyib: “30-cu Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağını zirvələrə qaldıraraq vətənimin idman şərəfini layiqincə qoruya bildiyim üçün qürur duyuram. Yarışa İngiltərədə keçirilən Avropa çempionatından sonra hazırlaşmağa başladım və bir ay ərzində iki dəfə təlim-məşq toplanışlarında oldum. Bu yarışlara məşqçimlə birlikdə Antalyada hazırlaşırdım. Bu il əsas hazırlaşdığım yarışlar Universiada və 23 yaşadək idmançılar arasında Avropa çempionatıdı. Bu qitə çempionatı İsveçin Qalve şəhərində keçiriləcək. Hazırda bu yarışa yollanıram. Universiadada gərgin mübarizə yaşandı. Yarışın əvvəlində planlaşdırdığım kimi tullana bilmədiyim üçün çıxışlarımdan razı qalmırdım. Hətta iki cəhdim qeydə alınmadı. Amma üçüncü cəhddə özümü toparlayaraq 16,36 m nəticə göstərərək finala yüksəldim. Finalda yenə iki cəhdim uğursuz oldu. Lakin sonuncu cəhddə 16,89 m nəticə ilə qızıl medal qazandım. Qızıl medal aldığıma görə sevinirəm. Mənim üçün bu yarışda əsas məqsəd Azərbaycanın bayrağını yüksəltmək idi. Göstərdiyim nəticə normaldı. Əsas odu ki, Azərbaycan bayrağını zirvələrə qaldırdım və vətənimin idman şərəfini ləyaqətlə qorudum”.
Universiadaya hazırlıq dövründə bir neçə turnirdə çıxış etdiyini vurğulayan atlet sözlərinə belə davam edib: “Bunlardan ən əsası İtaliyada keçirilən Brilyant Liqa idi. Bu yarışda 17,06 m nəticə göstərmişdim. Cari mövsümdə göstərdiyim ən yaxşı nəticədi. İstəyirdim bu yarışlarda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanım. Məqsədimə nail ola bilmədim. İsveçdə keçiriləcək Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın bayrağını yüksəldəcəyimə və Olimpiadaya vəsiqə qazanacağıma inanıram”.
Qeyd edək ki, Nazim Babayevin medalı yığmamızın Universiadada ikinci qızılıdı. Daha əvvəl idman gimnastı Marina Nekrasova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş qazanıbsa, komanda yarışında cüdo millimiz bürünc medala yiyələnib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar