12 iy 12:36idman

Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır


Poladxanlı: “Məqsədim daha iddialı klubun şərəfini qorumaqdı”
Artıq 8 aya yaxındı basketbol üzrə ölkə çempionatı keçirilmir. Klublarla federasiya rəhbərliyi arasında yaşanan narazılıq birincilərin çempionatı boykot etməsi ilə nəticələndi ki, bu haqda dəfələrlə yazıb, tərəflərin hər birinə tribuna vermişik. Qarşıdurmanın nə vaxta kimi davam edəcəyi məlum deyil. Bəlli olan odu ki, bundan əziyyət çəkən ökə idmanı, basketbolsevərlər və basketbolçuların özləridi. Yığması beynəlxalq yarışlara qatılmayan, klubları avrokuboklarda oynamayan ölkənin basketbolçuları da “daxili qazanda qaynamaqla” heç nə əldə edə bilməyəcək. Halbuki onların arasında Endər Poladxanlıdan heç də geri qalmayan, bu gün Avropanın başqa çempionatlarında çıxış edə biləcək səviyyədə oyunçular var. 1,98 m boya malik, hücumçu mövqeyində çıxış edən Endər (basketbol camiəsi onu Eldar kimi tanıyır) ötən mövsümü Fransanın güclülər dəstəsində çıxış edən “Şöle”nin düşərgəsində keçirib. Gənc basketbolçu mövsümlərarası fasilədən istifadə edərək istirahətini doğma vətəndə keçirmək üçün Bakıya gəlib. Fürsətdən istifadə edib Poladxanlı ilə həm Fransadakı həyatı, həm də basketbolumuzun bugünkü durumu barədə söhbətləşdik.
- Basketbola Azərbaycanda başlasam da, 4 il əvvəl ustalıq səviyyəmi artırmaq üçün Praqaya yollandım. Bu işdə mənə NTD-nin prezidenti Bəhram Abdinov yardımçı oldu. Məhz onun sayəsində, onun ayırdığı vəsait hesabına Çexiyanın ən tanınmış basketbol akademiyalarının birində ustalıq səviyyəmi artırdım.
- Bəs necə oldu ki, Fransaya yollandın?
- Praqada mənimlə eyni komandada ukraynalı baksetbolçu çıxış edirdi. 2017-ci ildə Çexiyada təhsilimi başa vurub Bakıya qayıtmışdım. Təxminən bir aydan sonra həmin ukraynalı dostum mənimlə əlaqə saxladı və bildirdi ki, Kiyevdə bir neçə komandanın iştirakı ilə toplanış təşkil olunacaq. Onu izləmək üçün fransız agentlər Ukraynaya gələcəklər. Gəl, sən də özünü yoxla. Onun sözü ilə Kiyevə getdim. Üç gün toplanışda iştirak etdim və bu gün də agentim olan fransızla tanış oldum. O məni öz ölkəsinin təmsilçilərindən birinə aparacağını bildirdi və bir müddət sonra artıq mən Fransa güclülər dəstəsindən mübarizə aparan “Şöle”nin düşərgəsindəydim. Orda olduğum müddətdə ikinci komandada çıxış etdim və geridə qalan mövsümdə şərəfini qoruduğum “Şöle”nin ikinci komandası gənclər liqasının çempionu oldu.
- Növbəti mövsüm, yəqin ki, əsas komandaya cəlb olunarsan...
- 21 yaşım tamam olduğundan artıq gənclər liqasında oynaya bilmərəm. O liqada 21 yaşa qədər basketbolçuların çıxışına icazə verilir. Ona görə də artıq yeni peşəkar müqavilə imzalamağın vaxtı çatıb. Agentim hazırda yeni klub axtarışındadı. “Şöle” rəhbərliyi məni əsas komandaya dəvət edir, ancaq tələsik qərar vermək istəmirəm. Məqsədim daha iddialı klubun şərəfini qorumaqdı. Açığı, İspanıyada çıxış etmək istəyirəm. Agentim də əsasən bu yöndə çalışır.
- Çempionatı olmayan, klubları avrokuboklarda çıxış etməyən ölkənin basketbolçusu olmaq nə deməkdi? Fransızlar bununla bağlı sənə heç sual verib, Azərbaycan basketbolunun durumu ilə maraqlanıblar?
- Təəssüf ki, vəziyyət bu dərəcəyə gəlib çatdı. Yaşananlardan çox məyusam. Əlbəttə, maraqlanıblar, çempionatın keçirilməməsinin, millinin beynəlxalq yarışda iştirak etməməsinin səbəbini soruşublar.
- Bəs nə cavab vermisən?
- Hər şeyi olduğu kimi danışmışam. Yalandan nə deyim? Onlara bir neçə il öncəyə kimi bizdə normal çempionatın keçirildiyini, klublarımızın və yığmanın qitəmiqyaslı turnirlərə qatıldığını bildirmişəm. Maraqlananlara basketbolumuzda baş verən son proseslər barədə də ətraflı məlumat vermişəm. Üstəlik, onu da vurğulamışam ki, Azərbaycanda basketbola sərmayə qoymaq istəyən, qarşısına ciddi hədəflər qoya biləcək iş adamları var. Sadəcə, onları yaxın buraxmırlar. Elə Abdinovun adını çəkmişəm. Yığmamızın yarışlarda iştirak etməməsi basketbolçularımız üçün mənfi haldı. Məsələn, mənim SV-mi hansısa kluba təqdim edəndə yığma karyeramla bağlı xanada heç nə yazılmır. Bu artıq qarşı tərəfdə basketbolçu barədə başqa fikir formalaşdırır.
- Qeyd etdin ki, Çexiyaya yollanmağında bütün yük Bəhram bəyin üzərində olub. O sənin təhsilini maliyyələşdirib. İndi isə agentin fransızdı. Belə olan halda Bəhram bəyin qazancı nə olacaq?
- Bəhram müəllim basketbola təmənnasız sevgi bəsləyir. Onun kimi insanlar çox azdı. O, sadəcə, istəyirdi ki, mən ölkə xaricində oynayım, avropalılara Azərbaycandan da basketbolçu çıxdığını göstərim. Onun əsas məqsədi budu. O heç vaxt məndən qazanc ummayıb.
- “Köhnə qitə”yə yollanmağın başqa azərbaycanlı basketbolçuların da ora yolunu aça bilər. Bu məsələdə onlara köməyin dəyir?
- Agentimə bizim bəzi gənclərin adlarını vermişəm. Maraqlanıb, onların iştirak etdiyi oyunların videoyazısını izləyib. Aralarında bəyəndikləri də var. Görək necə olur?
- Federasiya rəhbərliyi heç səninlə maraqlanıb?
- Qətiyyən. Bir dəfə də olsun, əlaqə saxlamayıblar.
- Bəs özün necə?
- Mən etməliyəm? Özüm federasiyaya zəng vurmalı və ya getməliyəm ki, mən də varam? Bu düzgün deyil. Avropada legioner həyatı yaşayan yeganə azərbaycanlı basketbolçuyam. Federasiya özü mənimlə maraqlanmalı, yeri gələndə hansısa işdə yardımçı olmalıdı.
- Başqa ölkənin yığmasında oynamaq təklif olunsa, razılaşarsan?
- Heç vaxt. Azərbaycanı heç bir ölkənin yığmasına dəyişmərəm.
- Nə vaxta kimi Bakıdasan?
- Avqustun oratalarına kimi. Ondan sonra artıq bütün klublar yeni mövsümün hazırlığına start verir. Yəqin ki, o vaxta kimi yeni klubumun adı da müəyyənləşəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar