07 apr 21:59idman, manset

Su səyahəti başladı

Su səyahəti başladı
Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində 4-cü İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Prezident İlham Əliyev, Bakı-2017-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak edib. İlham Əliyevin mərasimdə səsləndirdiyi fikirləri ixtisarla diqqətinizə çatdırırıq: “Gələn ay Azərbaycan 4-cü İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. İslamiadanın Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədi və bizim üçün böyük şərəfdi. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdi və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. İslamiadanı qəbul etmək üçün tam hazırıq. 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Qonaqları səbirsizliklə gözləyirik. Oyunlarda 57 ölkənin təmsil olunması rekord göstəricidi. Biz buna çox sevinirik. Əminəm ki, qonaqların ölkəmiz, onun reallıqları ilə, qədim tariximizlə tanış olmaq üçün imkanları olacaq. Bu il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdü. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidi. Əminəm ki, gələn ay keçiriləcək oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdi və bizim birliyimiz bizim gücümüzü artırır. Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib. Bizim müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan yaradır. Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. Eyni zamanda, başqa şəhərlərdə 40-dan çox müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu özlüyündə idmana olan marağı artırır. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Rio-2016-da 18 medal qazandıq və kəmiyyətə görə 14-cü yeri tutduq. Avropa ölkələri arasında 7-ci, İslam aləmində isə 1-ci olduq. Bu, bizi sevindirir və ruhlandırır. Hər dəfə bayrağımız beynəlxalq yarışlarda qaldırılanda hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir. İslam Həmrəyliyi Oyunlarının rəmzi sudu. Su həyat deməkdi. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”.
Sonra Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud çıxış edib: “İslamiada dövlətlərimizin idmançıları arasında həmrəyliyi təşviq etmək, qardaşlıq və dostluq münasibətlərini gücləndirmək üçün İslam dünyasının övladlarını bir yerə toplayacaq. Bu yarış nəcib əxlaq və əsil dəyərlərlə yanaşı, dözümlülük və yüksək çalışqanlıq ruhu ilə seçilən müsəlman idmançının düzgün və ideal simasını göstərmək üçün əlverişli fürsətdi. Azərbaycanın Bakı-2017-yə son hazırlıq işləri ilə bağlı gördüklərim tam qaneedicidi. Azərbaycan xalqına təşəkkür edir, hamıya uğurlar arzulayıram”.
Daha sonra mərasim bədii hissə ilə davam edib. Ustad xanəndələr Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında muğam təqdim edilib. Uşaq iki nüfuzlu idmançının - taekvondo üzrə dünya çempionatının ikiqat mükafatçısı Rəşad Əhmədov və güləş üzrə 3 qat olimpiya medalçısı Mariya Stadnikin müşayiəti ilə Xəzər dənizinin sahillərindən birlik rəmzi olan suyu bütün Azərbaycana paylamaq üçün toplayıb. İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edib. Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti 3000 km-dən çox məsafəni qət edəcək. Bu məkanların hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. “Xəzərdən başlayan səyahət” mayın 12-də başa çatacaq.
<a href="http://breasgambce.ugu.pl/lucapo/wedding-album-maker-gold-v-308-seria
l-key.html#">wedding album maker gold v 3.08 serial key</a> website x5 evolution v10 1 with patched bumble coreavc professional edition v1 6 5 0 edge seedmore organics
<a href="http://viaflorpad.ugu.pl/pufofeco/free-downloadable-photo-book-softwa
re.html#">free downloadable photo book software</a> golden axe the rise of death adder pcb euro truck simulator 2 pc full game with crack by skidrow password

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar