05 iy 10:00idman

“Problemi Gənclər və İdman Nazirliyində axtarmaq lazım deyil”


AGİN-in mətbuat katibi federasiya rəsmilərini, məşqçiləri və idmançıları nişan verdi
Minskdə keçirilən 2-ci Avropa Oyunları tarixin yaddaşına köçsə də, azərbaycanlı idmançıların Belarus paytaxtında çıxışı hələ də müzakirə olunur. Təmsilçilərimizin qazancı 28 medal oldu ki, onlardan 5-i qızıl, 10-nu gümüş, 13-ü isə bürüncdü. Azərbaycan medal sayına görə yekun sıralamada yarışı 10-cu pillədə başa vurdu. Medal sayının az olması, Bakıda təşkil olunan 1-ci Avropa Oyunları ilə müqayisədə ümumi sıralamada idmançılarımızın aşağı pillədə qərarlaşması idman ictimaiyyəti arasında heç də xoş qarşılamadı.
Bəs görəsən, ölkənin idman siyasətinə cavabdehlik daşıyan Gənclər və İdman Nazirliyi 2-ci Avropa Oyunlarında qeydə alınan nəticələrdən razı qalıbmı? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbətləşdik.
“Bunun günahı idmançıda və məşqçidədi”
- İdmançılarımızın 2-ci Avropa Oyunlarında çıxışından razı qaldız?
- Medalların sayını nəzərə alanda sevinirik, qazanılan nəticələrə görə qürrələnirik.Güləş, boks, karate kimi idman növlərində idmançılarımız qazandıqları nəticələrlə bizləri sevindirdilər. Ancaq açıq desək, məyus olduğumuz növlər də oldu. Məsələn, cüdodan daha yaxşı nəticələr gözləyirdik. Əfsuslar olsun ki, ümidlərimizi tam doğrultmadılar. Yaxşı nəticə dedikdə, biz cüdoçulardan qızıl medallar gözləyirdik. Bəzi idman növləri var idi ki, ölkəmizdə kifayət qədər populyar olsa da, təəssüf ki, Minskdə həmin növdə medal qazanmaq mümkün olmadı. Halbuki Azərbaycanda həmin idman növünün bünövrəsi var. Əlbəttə, istərdik ki, medallarımızın, xüsusilə də “qızıl”ın sayı daha çox olsun. Nəzərə alsaq ki, növbəti il Tokioda Yay Olimpiya Oyunları keçiriləcək, deməli, idmançılarımız, məşqçilərimiz işlərinə daha fərqli, ciddi şəkildə yanaşmalıdılar.Yəqin ki, məşqçilərimiz öz işlərini daha yaxşı bilirlər, yetirmələrinin potensiallına daha yaxından bələddilər. Görünür, bəzi şeylərə daha çox diqqət yetirmək lazımdı.
- Elə idman növləri var ki, orda çıxış edən idmançılar Bakıda keçirilən 1-ci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında az qala torba ilə medal qazanmışdılar. Ancaq Minskdə onlardan səs-soraq çıxmadı. Buna nümunə kimi güllə atıcılığını göstərmək olar... Bəlkə Bakıda “doğma divarlar” amili özünü göstərib?
- Təbii ki, “doğma divarlar” da kömək edə bilər. Ancaq söhbətimizin əvvəlində də bəzi idman növlərində məyusluq yaşadığımızı bildirdim. Əbəs yerə “məşqçilər bəzi şeylərə daha çox diqqət ayırmalıdı” demədim. Bu sırf onların üzərinə düşən işdi. Gənclər və İdman Nazirliyi ölkənin gənclər və idman siyasətinə cavabdeh qurumdu. Nazirlik dövlət tərəfindən ayrılan vəsaitin hesabına idmançılara təlim-məşq toplanışı təşkil edir. Sual verirlər ki, nazirlik nəticələrlə bağlı nə deyə bilər? Özünüz də bilirsiz ki, bizim təqvim planımız var və onu da ayrı-ayrı federasiyalar tərəfindən bizə verilən təqvim planına əsasən tərtib edirik. Həmin təqvim planı da nazirliyin rəsmi saytında yerləşdirilir. Ona uyğun olaraq idmançıları beynəlxalq yarışlara, təlim-məşq toplanışlarına ezam edirik. Heç vaxt ola bilməz ki, təqvim planında hansısa yarış olsun, ancaq biz ora yollanacaq idmançılara maliyyə ayırmayaq. Mütləq şəkildə vəsait ayrılır. Hətta hansı idman növü hansı ölkədə daha yaxşı inkişaf edibsə, idmançılarımızı həmin ölkəyə toplanışa göndəririk. İdmançı gedib yarışda məsuliyyətsizliyi, zəif olması, işinə qeyri-ciddi yanaşması üzündən mükafatçılar sırasına düşə bilmirsə, problemi Gənclər və İdman Nazirliyində axtarmaq lazım deyil. Bunun günahı idmançıda və məşqçidədi. Təbii ki, biz ölkənin idman siyasətinə cavabdeh qurumuq. Ancaq yaxşı olardı ki, idman mediası, jurnalistlər uğursuzluqla bağlı məşqçiyə və idmançıya sual ünvanlayardılar. Soruşmalıdılar ki, niyə sən dəfələrlə udduğun rəqibə bu yarışda məğlub oldun? Niyə yarışdan öncə “mən turnirə hazıram” deyən idmançı uduzandan sonra “mən yarışa psixoloji cəhətdən hazır deyildim” söyləyir? Bəlkə problem daxildədi? Bunu araşdırmaq lazımdı. Çox istərdim ki, qələm əhli bu nüanslara da diqqət yetirərdi.
- “Milliləşdirilmiş” idmançıların ön planda olması da çox müzakirə olunan mövzulardan biridi. Xüsusilə boksla bağlı son günlər istər mediada, istərsə də sosial şəbəkələrdə heç də xoş olmayan söz-söhbət yayılıb.
- Sözün düzü, mən “milliləşdirilmiş” sözünü qəbul edə bilmirəm. Bir idmançı Azərbaycanın bayrağını qaldırıb, himni səslənərkən əlini ürəyinin üstünə qoyursa, deməli, o azərbaycanlıdı. Mariya Stadnik uzun illərdi Azərbaycanın adı üçün güləşən xanımdı, biz ona necə legioner deyək? O müsahibəsində də Azərbaycanın, hökumətimizin ona və bütün idmançılara göstərdiyi qayğıdan söhbət açdı. Boksdan danışırıqsa, Minskə yollanan yığmada azərbaycanlı boksçular da var idi. Bütün komanda kənardan dəvət olunanlardan ibarət deyildi ki. Ola bilər, kiməsə qarşı haqsızlıq olunub və ona görə uduzub. Ancaq hamısı haqsızlıqla üzləşməyib axı. Zəif çıxış edənlər də oldu. Ona görə də problemin kökünü daxildə axtarmaq lazımdı. Bəlkə nəsə dəyişməlidi, ola bilsin, nəsə düz olmayıb. Mən indi nəsə deyə bilmərəm. Buna məşqçilər cavabdehlik daşıyır. Mən onların işini görə bilmərəm,necə ki, onlar mənim işimi görə bilməzlər. Hərə öz sahəsinə cavabdehlik daşıyır. İstər Milli Olimpiya Komitəsi, istərsə də federasiya prezidentləri tərəfindən idmançılarımızın uğur qazanması üçün kifayət qədər maliyyə və diqqət ayrılır. Hansı yarışlar lazımdı, göndərilirlər, hansı toplanışlar olmalıdı, təşkil olunur. Yenə deyirəm, idmançılar problemi özlərində axtarsınlar.
“İşi çətinləşdirən arenaların bir-birindən çox aralı olması idi”
- Yekun sıralamada Gürcüstanın bizi qabaqlamasına necə baxırsız? Etiraf edək ki, Azərbaycanda idmana daha çox sərmayə yatırılır, nəinki qonşu ölkədə. Ancaq son nəticədə onlar bizdən üstün olurlar. Niyə?
- Siz məni fikirlərimi təkrarlamağa məcbur edirsiz. Bu suala məşqçilər və idmançılar cavab verməlidi. Bizə sual verməyinizi anlayışla qarşılayıram və heç vaxtda suallardan yayınmıram. Amma məşqçi cavab verməlidi. Məşqçi yarışa gedəndə “komanda hazırdı”, idmançı yarışa yollananda “mən hazıram” deyib, sonradan “mən rəqibə o qədər də ciddi yanaşmadım” söyləyirsə, günah nazirlikdə yox, onlardadı. Araşdırsaz, müsahibələrə diqqət yetirsəz, kimləri nəzərdə tutduğumu müəyyənləşdirə bilərsiz.
- 1-ci Avropa Oyunlarına Bakı evsahibliyi etmişdi və hamı da təşkilatçılıqdan razı qalmışdı. Bəs Minskdə necə?
- Səmimi etiraf edim ki, gözlədiyimizdən də yaxşı oldu. Yarışa çox ciddi hazırlaşmışdılar. Onların imkanları daxilində hər şey yüksək səviyyədə idi. Düzdü, özlərinin də qeyd etdiyi kimi, Azərbaycan səviyyəsində olmasa da, hər şey normal idi. Onu da nəzərə almaq lazımdı ki, bünövrəni qoyan ölkə həmişə fərqlənir. 100-cü Avropa Oyunları keçirərkən belə, Bakını daim yada salacaqlar. Çünki biz özünəməxsusluğu yaratmağı bacaran ölkəyik. Belaruslar da potensiallarını nəzərə alaraq, yarışa yetərincə ciddi yanaşmışdılar. Maraqlı, ölkənin tarixini və mədəniyyətini özündə əks etdirən açılış mərasimi oldu. Atletlər Kəndində idmançılara istənilən şəraiti yaratmışdılar, qidalanma yüksək səviyyədə idi. Düzdü, bəzi çatışmazlıqlar var idi. Məsələn, yarışların keçirildiyi məkanlar bir-birindən uzaq olduğundan jurnalistlər bəzi yarışlara çata bilmirdilər. Bu da yarış üçün ayrılan nəqliyyat vasitələrinin aşağı sürətlə hərəkət etməsindən irəli gəlirdi. Əslində onları da qınamaq olmaz. Bakıda olduğu kimi, Minskdə də avrobuslara müəyyən sürət həddi qoyulmuşdu. İşi çətinləşdirən arenaların bir-birindən çox aralı olması idi. Könüllülər çox yaxşı, pozitiv idilər. Hərdən olurdu ki, onlardan bəziləri üzərlərinə düşən missiyanı tam yerinə yetriməkdə çətinlik çəkirdilər. Arenaları yaxşı tanımadıqlarından istiqamət vermək baxımından səhvlərə yol verirdilər. Ümumilikdə isə Minskin 2-ci Avropa Oyunlarının öhdəsindən gəldiyini vurğulamaq lazımdı. İstər qarşılanma, istərsə də yolasalma yüksək səviyyədə idi.
- Azərbaycanın belə yarışları təşkil etmək baxımından təcrübəsi çoxdu. Belaruslar bizim mütəxəssislərin köməyindən yararlandı?
- Bu məqama xüsusi toxunmaq istərdim. Bir azərbaycanlı kimi fəxr etdim ki, 1-ci Avropa və 4-cü İslam Həmrəyliyi Oyunlarında işləmiş 10-dan çox mütəxəssisimiz Minskdə iş başında idilər. Onlardan ikisi ilə tez-tez əlaqə saxlayırdım. Sevda xanım Milli Olimpiya Komitələri ilə İş Departamentinin rəhbəri idi. Samir bəy isə Əməliyyat Komitəsinə rəhbərlik edirdi. Hər ikisi yüksək postda idilər. Bizim atletlərlə xüsusi olaraq maraqlanırdılar. Hamımız fəxr edirdik ki, bizim yüksək vəzifədə nümayəndələrimiz var. Bilirdik ki, hər hansı problemlə üzləşəcəyimiz halda müraciət edə biləcəyimiz insanlar var.
“Biz heç bir sualdan çəkinmirik, qorxmuruq və...”
- Minskə yollanan idmançılarımızın geyim dəsti çoxları tərəfindən bəyənilmədi. Ruslara, ukraynalılara və bir çox ölkələrin nümayəndələrinə baxarkən bilmək olurdu ki, bu idmançı hansı ölkəni təmsil edir. Çünki geyim dəstlərində bayraqlarının rəngləri həkk olunmuşdu, milli rəmzlərdən istifadə edilmişdi. Bizim geyimlərdə isə milli ornamentlərdən heç biri əks olunmamışdı. Adi, gündəlik istifadə üçün nəzərdə tutulan qırmızı-ağ rəngli forma idi. Geyim dəstinin dizaynı kimə məxsusdu, idmançılarımızın bu formada Belarusa yollanmasına kim qərar verib?
- Düzü, bu haqda məndə məlumat yoxdu. Yaxşı olardı ki, bu məsələyə Milli Olimpiya Komitəsindən aydınlıq gətirəsiz. Mən də onlardan soruşacam. Fikrimcə, rəng seçimi çox maraqlı idi, geyim dəstinin arxasında Azərbaycan yazılmışdı. Çox rahat geyim idi.
- Bizdə olan məlumata görə, qəzetimizin 1 iyul sayında dərc olunan “Güləş döşəyinə uzanan Azərbaycan idmanı” yazısı nazirlikdə heç də xoş qarşılanmayıb, hətta çox böyük narazılıq doğurub... Yazılanlarla razılaşmırsız?
- Bəli, narazılıq doğurub. Bunu etriaf etməliyəm. Onu da anlayıram ki, kim nədənsə narazı qalırsa, o dəqiqə Gənclər və İdman Nazirliyinə mürciət edir (gülür). Biz heç bir sualdan çəkinmirik, qorxmuruq və bütün suallara da cavab verməyə hazırıq. Mənim, sadəcə, istəyim odu ki, hansı idman növündən narazılığınız varsa, ona cavabdehlik daşıyan federasiyalara da müraciət edin. Onlar da cavab versinlər. Onlara təlim-məşq toplanışları, yarışlar getmək üçün maliyyə ayrılıbsa, özlərinin də dedikləri kimi heç bir narazılıqları yoxdusa, niyə onda həmin növlərdə nəticə qazana bilmirlər? Çox istərdim ki, məşqçilər, idmançılar bu məsələyə aydınlıq gətirsinlər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar