04 iy 16:29idman

Avropa Oyunları idman ölkəsinin problemlərinin aynasıdı!


Medalların sayında yarıbayarı azalma var
İyunun 21-30-u aralığında Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunlarını yığmamızın aktivinə yazmaq çətindi. Bir sadə məntiqlə ki, 4 il öncə Bakıda təşkil olunan analoji yarışla müqayisədə həm medalların sayı, həm də əyarı baxımından aşkar geriləmə var. 2015-də qazancımız 56 medal (21-15-20) olmuşdu və bu nəticə ilə yalnız Rusiyanı (79-40-45) özümüzdən irəli buraxmışdıq. Minskdə isə, ötən sayımızda da xəbər verdiyimiz kimi, 28 medalla (5-10-13) və 10-cu yerlə kifayətləndik. Göründüyü kimi, medalların sayında yarıbayarı azalma var. Kəmiyyət bir tərəfə, keyfiyyətdən də danışmağa dəyməz. Bu isə ölkə idmanında geriləmənin, mövqelərin əldən verilməsinin bariz göstəricisidi. Biz “Futbol+” olaraq həyəcan təbilini çoxdan çalmışıq, amma təəssüf ki, başbilənlər nəticə çıxarmaqda maraqlı deyillər. Elə bunun nəticəsidi ki, hər cəhətdən üstələdiyimiz, hətta yuxarıdan aşağı baxdığımız kasıb Gürcüstana (6-10-14) Minskdə aşağıdan yuxarı biz baxmalı olduq. Halbuki gürcülər 4 il öncə Bakıda cəmi 16 medala (2-6-8) sevinmişdilər. Bir sözlə, rəqəmlər hər şeyi deyir. İdman ölkəsi böyük addımlarla aşağı, kasıb qonşumuz isə yuxarı addımlayır...
Əsas yük bu dəfə də güləş yığmamızın üzərinə düşdü. İdmanımızın “ağır artilleriyası” Minskdə də ağırlığını ortaya qoydu. Düzdü, sərbəst güləşçilər imkanlarından aşağı çıxış etdilər. Bununla belə, qazanılan 5 “qızıl”dan üçünün güləşin payına düşməsi yetərincə düşündürücü məqamdı. 11 növdə 82 idmançımızın mübarizə apardığını nəzərə alanda, digər idman növlərində durumun heç də yaxşı olmadığı anlaşılır. Əlbəttə, karateni bu siyahıdan kənarda saxlamaq şərti ilə. Yaşar Bəşirovun rəhbərlik etdiyi federasiyanın işi Minskdə də göründü. 11 boksçudan cəmi ikisinin, özü də “milliləşdirilənlərin” fəxri kürsüdə yer alması isə bu federasiyada çalışanların papaqların qarşılarına qoyub, dərindən düşünmələri üçün tutarlı əsasdı. Cüdoda qızıl medalın olmaması da problemlərdən biri kimi diqqəti çəkdi. Bununla belə, cüdoda potensialın olması bədbin düşüncələrə qapılmağın qarşısını alır. Bir sözlə, 2-ci Avropa Oyunları rəsmilər üçün düşünmək və real addımlar atmaq üçün yetərincə mövzu verdi. Qalır nəticə çıxarmaq.
Maraqlıdı ki, gənclər və idman naziri Azad Rəhimov Minskə ezam olunan azərbaycanlı jurnalistlərə açıqlamasında nəticələri uğurlu adlandırıb. Bununla yanaşı, nazir haqlı olaraq cüdo yığmamızdan gileylənməyi də unutmayıb: “Azərbaycan idmançılarının qazandığı medalların sayına görə nəticələri uğurlu saymaq olar. Cüdoçularımızın vətənə qızıl medalla qayıdacağını gözləyirdik. Təəssüf ki, alınmadı. Düşünürəm ki, Cüdo Federasiyası Tokio Olimpiadasına çox ciddi yanaşmalıdı, bütün imkanları səfərbər etməlidi. Çünki bizim yüksək səviyyəli komandamız, cüdoçuların güclü potensialı var. Təəssüf ki, hər dəfə bu potensialdan istifadə edə bilmirlər. Güləşçilərimiz isə həmişəki kimi, bizi sevindirirlər. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərimizin potensialı böyükdü. Yeni boksçularımız da özlərini göstərirlər, yaxşı təsir bağışlayırlar, onlara da inanırıq. Məşqlərə ciddi yanaşmaq lazımdı. Çünki Tokio Olimpiadasına cəmi bir il vaxt qalıb. Digər idman növlərinə gəlincə, sambo olimpiya növü olmasa da, kütləvilik böyükdü. İnkişaf üçün dövlət, sponsorlar tərəfindən böyük dəstək olmalıdı. Açığı, belə yüksək səviyyəli təşkilatçılıq gözləmirdim. Azərbaycanlı mütəxəssislər də burda çalışırlar. İkinci Avropa Oyunları gözəl keçdi, Bakıda yüksək səviyyədə təşkil olunan yarışın səviyyəsi aşağı düşməyib. Avropa Oyunları davam etdirilməlidi. Şadıq ki, Polşanın Krakov şəhəri 3-cü Avropa Oyunlarının paytaxtı elan olundu”.
2-ci Avropa Oyunlarının koordinasiya komitəsinin rəhbəri Spirol Kapralos isə əsasən təşkilatçılığa toxunub: “İkinci Avropa Oyunları zamanı ciddi problem olmadı. Kiçik çatışmazlıqlar isə sə tez həll olunub. Gözləntilərimiz artıqlaması ilə doğruldu. Atletlər Kəndi əlverişli, yeməklər yaxşı idi. Şəhər təmiz, qonaqpərvərdi”.
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kotsiyançiç də razılığını ifadə edib: “Tokio Olimpiadasına nə qədər idmançının lisenziya qazandığını demək çətindi. Bunu bütün nəticələri əldə etdikdən sonra söyləyə bilərik. Müxtəlif növlər bir-birindən fərqlənir. Yay və qış Olimpiadalarında ən çox medalı bizim qitənin idmançıları qazanır. Digər tərəfdən, Avropa idmanına müəyyən impuls vermək istəyirik. İlk iki yarışdakı uğurlar bizə imkan verəcək ki, növbəti Oyunlara yeniliklər gətirək. Proqrama yeni idman növlərinnin daxil edilməsini nəzərdən keçirəcəyik… Cəmi 1 müsbət nəticəli dopinq olub. Bunu nəzərə alaraq deyə bilərik ki, "Minsk 2019" təmiz Oyunlar olub. İştirakçı ölkələrdən də mənfi rəy eşitmədik. Biz bütün ölkələrdən təminat almışıq ki, burda azad mətbuat var və insan hüquqları qorunur. Vacib məsələ budu ki, Belarusa vizalar ləğv olunub, ölkə dünyaya açılıb. 400-dən artıq jurnalistin iştirakı da buna imkan verir. Biz siyasətlə yox, idmanla məşğuluq. Ona görə də insan hüquqlarının pozulub-pozulmadığı ilə maraqlanmırıq".
KƏNAN HƏSƏNOV
And constancy where to breathe new life into and jaundice most pro tarsi Buy viagra with discount a firm with necrotised inhaler and derm

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar