03 iy 14:53idman

İkinci Avropa Oyunlarında 10-cu yer…


Başqalarını bildik, bəs gürcülərdən niyə geri qalmalıyıq?
İyunun 21-də Belarusun paytaxtı Minskdə start götürən 2-ci Avropa Oyunlarına dünən yekun vurulub. Sərbəst güləşçilər mübarizəyə qoşulandan sonra “qızıl” hesabını açan, bununla yanaşı, ilk “onluğ”a yüksələn yığmamız “daxıl”ını bir qədər də zənginləşdirib. Son iki gündə Minskin idman arenalarında yaşanan mübarizənin xronologiyasına diqqət yetirək.
Karate
A qrupunda yer alan İrina Zaretskanın (68 kq) italyan Silviya Semeraro ilə duelində qalib müəyyənləşməyib. Sonrakı iki dueldə isə təmsilçimiz uyğun olaraq Alize Aqieri (Fransa) və Miroslava Kopunovanı (Slovakiya) yenib. Yarımfinalda Qalina Melnyuku (Ukrayna) da yolundan kənarlaşdıran təmsilçimiz həlledici görüşə vəsiqə qazanıb. Finalda yenidən Semeraro ilə münasibətləri aydınlaşdıran İrina bu dəfə uduzaraq gümüş medalla təsəlli tapıb.
Asiman Qurbanlı (+84 kq) A qrupunu məğlubiyyətsiz başa vurub. Tirol Darnel Lardinlə (Hollandiya) Alparslan Yamanoğlunu (Türkiyə) yenən, Conatan Horne (Almaniya) ilə heç-heçə edən karateçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Qoqita Arkaniyanı (Gürcüstan) da üstələyən Asiman həlledici görüşdə Ancelo Kvasiçə (Xorvatiya) da şans tanımayaraq yığmamızın hesabına 5-ci qızıl medalı yazdırıb.
Kata üzrə mübarizədə Roman Heydərov B qrupunda 24,63 xalla üçüncü yeri tutaraq növbəti mərhələyə yüksəlib. Bu dəfə isə 25.40 xal toplayaraq bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Həlledici dueldə İlya Smorgunerdən (Almaniya) üstün olan Roman Avropa Oyunlarını üçüncü pillədə başa vurub.
Nuranə Əliyeva (50 kq) A qrupunda Serap Arapoğlu Özçəlik (Türkiyə), Sara Hubriş (Almaniya) və Mariya Kulinkoviçə (Belarus) uduzaraq mübarizəni dayandırıb. Rafiz Həsənov (67 kq) da hər üç görüşdə yenilib. O, İv Martial Tadissi (Macarıstan), Artyom Kravtsov (Belarus) və Stefan Pokornı (Avstriya) ilə bacarmayıb.
Firdovsi Fərzəliyev (60 kq) B qrupunda İlya Bulatovu (Belarus) yenib, Emil Pavlovla (Makedoniya) Ancelo Kreszento (İtaliya) ilə heç-heçə edərək yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı Yevgeni Plaxutini məğlub etsə də, finalda latviyalı Kalvin Kalnınşla bacarmayıb.
Yığmamızın lideri Rafael Ağayev (75 kq) B qrupunda Co Kellaveylə (Böyük Britaniya) Ərman Eltemuru (Türkiyə) üstələdikdən sonra Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib. Qrupu birinci pillədə başa vuran təmsilçimiz yarımfinalda Pavel Artamonova (Estoniya) da qalib gəib. Finalda isə ukraynalı Stanislav Horuna (Ukrayna) uduzub.
Boks
Finaldakı yeganə təmsilçimiz Alfonso Dominges (81 kq) Benjamin Vittakerlə (Böyük Britaniya) münasibətləri aydınlaşdırıb. Beş raunddun üçündə rəqibindən üstün olan təmsilçimiz himnimizi səsləndirib. Beləliklə, 11 nəfərdən ibarət boks yığmamız Avropa Oyunlarını legionerlərin qazandığı iki medalla başa vurub. Öncə yarımfinalda mübarizəni dayandıran Lorenso Sotomayor (69 kq) “bürünc”lə kifayətlənmişdi.
Gimnastika
İdman gimnastı İvan Tixonov çoxnövçülükdə 80.230 xal toplayaraq 14-cü yeri tutub. Dünən isə dayaqla tullanmada Marina Nekrasova 6-cı olub.
Güləş
İyunun 28-də yunan-Roma güləşi yığmamızın qalan 3 üzvü mübarizəyə qoşulub. Avropa çempionatının gümüş medalçısı İslam Abbasov (87 kq) 1/8 finalda vaxtından əvvəl Nikolay Dobrevi (Serbiya), 1/4 finalda Avropa çempionu və iki dəfə dünya üçüncüsü olan Viktor Lorintsi (Macarıstan), yarımfinalda isə İvan Hukleki (Xorvatiya) məğlub edib. Dünən baş tutan həlledici qarşılaşmada ukraynalı Yan Belenyuk onun qələbə yürüşünü dayandırıb.
Orxan Nuriyev (97 kq) ilk görüşdə Daniel Qastlla (Avstriya) bacarmayıb. Rəqib finala kimi irəliləyə bilmədiyindən təmsilçimiz təsəlliverici görüşlərdən də kənarda qalıb. Sabah Şəriəti (130 kq) 1/8 finalda Ante Milkoviçi (Xorvatiya) üstələsə də, növbəti görüşdə Yakobi Kayaxaya (Gürcüstan) uduzub. Amma rəqib finala yüksəldiyindən Şəriəti yarışı bürünc medalla başa vurmaq şansı əldə edib. İlk təsəlliverici qarşılaşmada Romas Fridrikası (Litva) məğlub edən pəhləvanımız üçüncü yer uğrunda görüşdə Oskar Marviki (Norveç) də üstələyib.
Velosiped idmanı
Şosse üzrə keyrində Sergey Omelçenko təsnifat mərhələsində dayanıb.
Beləliklə, yığmamız 2-ci Avropa Oyunlarını 28 medalla (5 qızıl, 10 gümüş, 13 bürünc) medulla komanda hesabında 10-cu yerdə başa vurub.
Azərbaycanı qabaqlayan ölkələrin göstəriciləri: Rusiya (44-23-42), Belarus (24-16-29), Ukrayna (16-17-18), İtaliya (13-15-13), Hollandiya (9-13-7), Almaniya (7-6-13), Gürcüstan (6-10-14), Fransa (6-9-13), Böyük Britaniya (6-9-8). Başqalarını bildik, bəs gürcülərdən niyə geri qalmalıyıq?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar