30 in 14:15idman

FİDE rəsmiləri Bakıda bir araya gəldi


Dvorkoviç: “İstərdik ki, Azərbaycanda FİDE-nin rəsmi turnirlərini də təşkil edək”
Xəbər verdiyimiz kimi, Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası keçirilir. Qurumun rəhbəri Arkadi Dvorkoviç dünən jurnalistlər üçün brifinq təşkil edib. Rusiyalı funksioner FİDE ilə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında əməkdaşlıq haqda sazişin imzalanacağını bildirib: “FİDE Azərbaycan Şahmat Federasiyası ilə sıx əməkdaşlıq edir. Hazırda burda böyük yarışların keçirilməsini müzakirə edirik. Azərbaycanda təşkil olunan turnirləri də dəstəkləyirik. Apreldə Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə gəldim. Çox gözəl hadisədi. İstərdik ki, Azərbaycanda FİDE-nin rəsmi turnirlərini də təşkil edək. Bu, “Qran-pri” turnirinin mərhələsi də ola bilər, başqa yarış da. Yaxın vaxtlarda FİDE ilə AŞF arasında şahmatın inkişafına dair rəsmi saziş imzalayacağıq. Bu, ilk növbədə uşaq şahmatını və sosial layihələri əhatə edəcək”.
Dvorkoviç Prezident Şurasının iclasının gündəliyində duran əsas məsələlərə də toxunub: “Əvvəla, qonaqpərvərliyə görə təşəkkür edirəm. Toplatının burda yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bakıda şahmat həyatının daha intensiv olmasına və daha çox yarışların keçirilməsinə şad olarıq. Bu gün toplantıda çox önəmli məsələləri müzakirə edirik. Onlardan üçünü xüsusi fərqləndirərdim. Birinci məsələ yarışların keçirilməsi sistemi və məkanların müəyyənləşdirilməsidi. Məsələn, dünya kubokunda daha çox ölkə təmsilçilərinin mübarizə aparması ilə bağlı təkliflər var. İstəyirik ki, şahmat yalnız bu sahədə dominantlıq edənləri yox, başqa ölkəri də əhatə etsin. İkinci məsələ fərqli ölkələrdə şahmatın inkişafına dəstəkdi. FİDE bu məqsədlə cari il üçün 3 milyon avro ayırıb. Qafqaz ölkələri şahmatın inkişafı baxımından başqa dövlətlərə nümunə ola bilər. Üçüncü məsələ isə FİDE-nin işinin tənzimlənməsidi. Yeni nizamnamə hazırlamışıq və onu qurumun Baş Assambelyasında müzakirəyə çıxaracağıq. İclasda həmçinin hakimlərin, məşqçilərin işi, siyasi problemlər və başqa məsələləri müzakirə edirik”.
FİDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da jurnalistlər önünə çıxıb: “Bakıda FİDE və Avropa Şahmat İttifaqının iclasları keçirilib. Bu gün isə şahmat üzrə növbəti nüfuzlu tədbir - FİDE-nin Prezident Şurasının iclası işə başlayıb. Belə mühüm tədbirlərin ölkəmizdə təşkili Azərbaycanın şahmat aləmində yüksək nüfuzunun, ölkəmizdə idmanın bu növünə marağın, diqqət və qayğının göstəricisidi. Ötən il FİDE-nin Batumidə keçirilən iclasında Arkadi Dvorkoviç qurumun yeni prezident seçilib. Bundan sonra kadr dəyişikliyi oldu və bildiyiniz kimi, mən FİDE-nin vitse-prezidenti seçildim. Hazırda qurumun yeni heyəti Bakıda məhsuldar fəaliyyətə başlayıb. İclasda bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. FİDE Azərbaycanda daha çox rəsmi turnirlərin keçirilməsində maraqlıdı və bununla bağlı məsələ də müzakirə olunur”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar